Icma.az
close
up
RU
“Bir gecədə məşhur olmuşam” VİDEO

“Bir gecədə məşhur olmuşam” VİDEO

Bizim media portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Təsadüf yoxdur. Bununla razı deyiləm. Ulduzun parıldamağı, fəxri ad, populyarlıq... Bunları tərəzinin bir gözünə, digərinə də Allahın işıq, istedad verdiyi insanları qoyun. Onun Allahın verdiyi istedadı varsa... Bütün o titulların əsl sənətə aidiyyəti yoxdur. Dünya yaranandan isti-soyuq, qaranlıq-işıq, həmişə bu təzad olub. Hamı yaxşı oxuya bilməz. İnsandır, evdə oxuyub, paylaşıb, bəxti olub bir milyon insan onu izləyir”.
Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Lalə Məmmədova “Gün ortası” verilişində deyib. 
Sənətçi deyib ki, populyarlıqla sənət sahibi olmaq eyni deyil:
“Bu, o demək deyil ki, böyük istedadın sahibidir, ya da sənət üçün yaranıb. Ağıllı insanlar o ulduzluqdan istifadə etməlidirlər. Şans gülüb, əziyyət çəkmədən bir lentlə hər kəs onu tanıyıb. 
Məsələn, mən 20-21 yaşımda bir gecədə məşhur olmuşam. Oyanmışam ki, bütün Respublika məni tanıyır. Onda xarici dillərdə ifalar edirdim. Musiqi təhsilim yox idi. Musiqi savadsızlığımı ört-basdır edən Rafiq Babayev adına studiyada Siyavuş Kərimi kimi böyük musiqiçi ilə çalışmağım olmuşdu. 
Aygün Səmədzadənin mahnısı da  səs-soraq gətirdi. Rahatlaşıb otura bilərdim ki, hər kəs məni tanıdı, bundan sonra nəsə oxumasam da, “Məktəb illəri” ilə məni tanıyacaqlar. Özü də gözəl sənətkara bənzəyirdim, sıradan sənətkara yox. Anladım ki, bu ulduzluğu əlimdən qaçıra bilmərəm. Yenidən müəllim yanına getdim, Ağaxan Abdullayevdən dərs aldım, imtahan verib Milli Konservatoriyaya qəbul olundum. Şans məndə var idi. Qədrini bilməyə də bilərdim. 
 

Uğurun arxasında böyük zəhmət duranda ləzzəti başqa olur. “Bu sənətdə təsadüfidir” dediyimiz insanlar da bizim millətin balalarıdır. Onları millətdən kimi görmürük. Sadəcə deyirik ki, yenilik edin. Məsələn, masada gözəl təamlar var, ardınca “fast food” gətirirlər. O təamın dadını bilənlər “fast food” yeməyəcək. Uzağı mən bir dəfə yeyə bilərəm. 


Mənim nəyə ürəyim ağrıyır... Musiqinin o qədər gözəllikləri var. Əgər təhsil alsalar, göy qurşağındakı bütün rəng çalarlarını, notları görə bilərlər. İki-üç notun üzərində ağ-qaradan ibarət olmazlar. Onun niyyəti odur. Quyuya ha su töküm...  Mənim isə niyyətim başqadır”.

Sara, Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:196
embedMənbə:https://bizim.media
archiveBu xəbər 18 Fevral 2025 23:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see342

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see287

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see274

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see258

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see257

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

14 Oktyabr 2026 15:52see242

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see232

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see220

Ankara və İrəvanın yeni məramları nədir?

14 Oktyabr 2026 18:43see207

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see207

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see196

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see196

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see194

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see193

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

14 Oktyabr 2026 17:59see191

OPEC+ ölkələrinin hasilat güclərinin qiymətləndirilməsi ilin sonuna hazır olacaq

14 Oktyabr 2026 17:16see186

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see181

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see172

Sürücülərin NƏZƏRİNƏ: Avtomobilinə bu quraşdırmanı edənlər 150 manat cərimə olunacaq

14 Oktyabr 2026 20:04see169

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri