Icma.az
close
up
RU
Bir gündə ölkədən 15 milyard dollar çıxarılıb Şok rəqəmlər açıqlandı

Bir gündə ölkədən 15 milyard dollar çıxarılıb Şok rəqəmlər açıqlandı

GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Türkiyədə baş verən son hadisələr Azərbaycanda da maraqla izlənir. İstər politoloqlar, istər media, istərsə də sıravi insanlar İstanbul Bələdiyyə başçısı Əkrəm İmamoğlunun və digərlərinin həbsinə həssas reaksiya verirlər və bu, diqqət mərkəzində saxlanılır.

Politoloq Şahin Cəfərli özünün sosial şəbəkə hesabında 19 martdan bu günə qədər Türkiyə Mərkəzi Bankının lirənin mövqeyini möhkəmləndirmək üçün xərclədiyi vəsaiti açıqlayıb və bu, kifayət qədər sensasion rəqəmlərdir.

Şahin Cəfərli

Globalinfo.az Şahin Cəfərlinin şərhini təqdim edir:

“Son 3 gündə (19-20-21 mart) Türkiyə Mərkəzi Bankının yerli bazarda satdığı valyutanın həcmi 26 milyard dolları ötüb

(İmamoğlunun saxlanılmasından əvvəl MB-nin net rezervləri svop daxil 73,9 milyard dollar, svop xaric 65,4 milyard dollar idi).

Polis əməliyyatının həyata keçirildiyi gün – 19 martda ölkədən 15 milyard dollar kapital çıxışı baş verib.

Mərkəzi Bank TL-ni dəstəkləmək üçün bazara birbaşa müdaxilə ilə bərabər, aşağıdakı alətləri də işə salıb:

– Gecəlik (qısamüddətli) borc faizi 2% artırılaraq 46%-ə qaldırılıb. (Dövriyyəyə buraxılan pul kütləsini azaltmaq üçün);

– Həftəlik repo hərracları (bankların nəğd pulla təmin edilməsi) müvəqqəti dayandırılıb;

– Bazara 3 aylıq likvid kağızlar çıxarılıb. (Bazardan nəğd pulun toplanması üçün).

Bundan başqa, Türkiyənin 2 illk, 5 illik və 10 illik dövlət kağızlarının faizləri, eləcə də kredit risk əmsalı (CDS) yüksəlib ki, bunlar dövlətin daha yüksək faizlə borclanması və ölkəyə yatırım gəlməsinin daha da çətinləşməsi deməkdir. (Türkiyənin toplam xarici borcu ötən ilə olan məlumata görə, 526 milyard dollar təşkil edir).

Əgər xalq tərəfindən seçilmiş İstanbul bələdiyyə başqanı vəzifəsindən kənarlaşdırılaraq yerinə hökumət tərəfindən heç bir legitimliyi olmayan qəyyum təyin olunarsa, eyni zamanda ölkədə kütləvi etirazlar davam edərsə, maliyyə bazarlarındakı təlatümün də davam edəcəyi və bütövlükdə ölkə iqtisadiyyatında neqativ tendensiyaların güclənəcəyi şübhəsizdir.

Türkiyə rəhbərliyinin hazırda nə düşündüyünü və hansı planlar qurduğunu təbii ki, bilmirik. Əgər seçki demokratiyasına və qutunun müqəddəsliyinə toxunulmayacaqsa, İmamoğlu namizəd olsun, ya olmasın, bu gedişat hakimiyyət üçün xoş perspektiv vəd etmir. (Son prezident seçkilərində müxalifətin zəif fiquru qarşısında, üstəlik, müxalif ittifaqın 2-ci adamının iqtidara işlədiyi bir şəraitdə, çətinliklə qalib gəldiklərini və cəmi 10 ay sonra keçirilən yerli hakimiyyət seçkilərində məğlub olduqlarını unutmayaq).

Yox, bundan sonra normal seçki keçirilməyəcəksə və diktaturaya zorakı keçid baş verəcəksə, onda ölkənin vətəndaş qarşıdurması xaosuna sürüklənməsi ehtimalı var ki, bu, nə Türkiyəyə lazımdır, nə də bizə”.

Əliyar Xəlil 

Globalinfo.az 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:203
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 22 Mart 2025 00:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see282

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see264

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see262

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see248

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see247

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see241

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see241

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see240

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see237

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see231

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see226

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see225

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see213

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see211

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see208

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see208

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see202

Üç ildən sonra ilk dəfə: Bu ölkə faiz dərəcələrini artırdı

29 Noyabr 2026 12:43see201

Rassel qalib oldu

28 Noyabr 2026 23:49see195

Bu bitkiləri çarpayınızın yaxınlığından götürün

29 Noyabr 2026 04:04see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri