Bir həftə hər gün brokkoli yedi: Orqanizmində bu dəyişikliklər oldu
Milli.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Diyetoloq Loren Manaker bir həftə ərzində hər gün brokkoli yemək qərarına gəlib və təcrübənin nəticələri onu təəccübləndirib.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, o, "Prevention" nəşrinə müsahibəsində bu tərəvəzin rasiona daxil edilməsinin vəziyyətinə və xarici görünüşünə necə təsir etdiyindən danışıb.
Loren Manaker xatırladıb ki, tərkibində kalori miqdarının minimal olmasına baxmayaraq, brokkoli C, K və A vitaminləri, fol turşusu və kaliumla zəngindir. Bu məhsul mədə, ürək və beyin üçün olduqca faydalı hesab edilir. Loren Manakerin sözlərinə görə, brokkolinin daxil olduğu reseptlərlə yeddi günlük təcrübədən sonra onun həzm prosesi normallaşıb.
"Brokkoli liflə zəngindir və mənim həzm sistemim əlavə dəstəyi mütləq şəkildə qiymətləndirdi. Qarındakı şişkinlik azaldı, müntəzəm bağırsaq hərəkətləri hissi yarandı ki, bu da hətta sağlam qidalanmaya riayət edənlər üçün belə həmişə təmin edilmir", - deyə mütəxəssis qeyd edib.
Bundan əlavə, onun sözlərinə görə, təcrübə həftəsinin sonunda dərisinin keyfiyyəti nəzərəçarpacaq dərəcədə yaxşılaşıb. Manaker bu effekti tərəvəzin tərkibindəki C vitamininin orqanizmdə kollagenin - dəriyə parlaqlıq və elastiklik verən zülalın - sintezinə kömək etməsi ilə izah edib.
Loren Manaker həmçinin bildirib ki, antioksidant sulforafan dərini sərbəst radikalların və ətraf mühit amillərinin təsirindən qaynaqlanan zərərlərdən qorumağa kömək edə bilər. Eyni zamanda, diyetoloq monodiyetlərdən istifadə etməməyi və balanslı rasiona əməl etməyi məsləhət görüb.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:186
Bu xəbər 17 Avqust 2026 02:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















