Icma.az
close
up
RU
Bir həftə sumaq suyu içsəniz, nə baş verər? Bilinməyən faydaları

Bir həftə sumaq suyu içsəniz, nə baş verər? Bilinməyən faydaları

Olke.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Hər bitkinin özünəməxsus faydaları var. Sumaq bir çox mühüm faydaları ilə geniş istifadə edilən bitkidir. İbn Sinanın "Əl-Qanun-Fi't" adlı tibbi kitabında bəhs etdiyi sumaq mədə problemlərindən və qaraciyər xəstəliklərindən tutmuş ağız yaralarına və həzm pozğunluğuna qədər bir çox problemləri aradan qaldırır.

Ölkə.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, müntəzəm olaraq sumaq suyu içmək orqanizmdə dəyişikliklərə səbəb olur.

Odur ki, həmin dəyişiklikləri təqdim edirik:

Özünəməxsus aroması olan sumaq suyu da bitkisi də kifayət qədər faydalıdır və alternativ təbabətdə də tez-tez istifadə olunur.

Yaxın Şərqdə tez-tez istehlak edilən sumaq, ən yüksək antioksidant tutumlu ədviyyatdır.

7 gün sumaq suyu içsəniz nə baş verər?

- Qanın insulin səviyyəsini tarazlaşdırır. Bu onu şəkərli diabet və yüksək qan təzyiqi olan insanlar üçün tövsiyə olunan qida halına gətirir.
- Antioksidan xüsusiyyəti sayəsində yuxarı tənəffüs yolu infeksiyalarında yaranan ani yüksək hərarəti salaraq beyin sağlamlığını qoruyur.
- Həftədə bir stəkan sumaq suyu içmək sinir sistemində deformasiyaya uğramış hüceyrələrin sayını azaltmağa və sağlam hüceyrələrin artmasına kömək edir. O, həmçinin yorğunluq, stress və depressiya riskini azaldır.
- Qida zəhərlənmələri zamanı sumaq ədviyyatını qaynadıb bir stəkan içmək faydalı ola bilər. Həm mədənizi, həm də bağırsaqlarınızı təmizləyir, sidik və defekasiya zamanı zəhərlənməyə səbəb olan zərərli bakteriyaları yox edir.
- Sumaq suyu həzmi tənzimlədiyi üçün arıqlamaq üçün istifadə edilə bilər.
- Gün ərzində yarım çay stəkan sumaq suyu içmək də həzmsizlik və şişkinliyin qarşısını alır.
- Uşağın iştahı zəifdirsə, ayda bir dəfə sumaq suyu içmək də faydalıdır. Bu, yalnız uşağınızın immunitet sistemini gücləndirmir, həm də iştahını stimullaşdırır, onların daha sağlam qidalanmasına kömək edir.

İbn Sinanın da sağlamlıq üçün tövsiyə etdiyi sumağın faydaları:

- Xolesterolu tənzimləyir.
- Dərini qoruyan xüsusiyyətlərə malikdir. Dəri problemlərinin müalicəsində istifadə edilə bilər.
- Mədə problemlərinin və həzmsizliyin qarşısının alınmasında təsirlidir.
- İltihablara yaxşı təsir edir. Sumaq toxumu ağciyər infeksiyalarına və onları törədən göbələklərə qarşı təsirlidir. Oynaq xəstəliklərinə xeyirlidir.
- Ağız yaralarına yaxşı gəlir.
- Ürəyi dəstəkləyir.
-Güclü sidikqovucudur təsiri sayəsində sidik yolları infeksiyalarından qorunmağa kömək edir və yüksək təzyiqi aşağı salır.

Turş dadı olan sumağı vaxtilə sultanlar dərman əvəzedicisi kimi istifadə edirdi. Türkiyəli daxili xəstəliklər üzrə mütəxəssis Canan Karatay sumaq çayının faydasından söz açıb. Sumaq toxumlarının immun sisteminə müsbət təsirlərini izah edən Karatay bu möcüzəvi çayın hazırlanma qaydasını da paylaşıb.

Qaraciyər bədənimizdə əsas rol oynayır və sağlamlığımız üçün vacib orqandır. Osmanlı sultanları tərəfindən “Sultan ədviyyatı” hesab edilən sumaq burada işə düşür. Sumaq qaraciyər funksiyasını dəstəkləyən ən təsirli ədviyyatlardan biridir. Qaraciyəri faktiki olaraq sıfırlayır və funksiyasını bərpa edir.
Sumaq güclü detoksifikatordur və bu səbəbdən illərdir dərman ədviyyatı kimi istifadə edilir.
Sumaq çayının müntəzəm istifadəsi qaraciyərdə yığılan bütün toksinlərin yuyulmasına kömək edir. Lakin çox güclü zərərsizləşdirici olduğu üçün hamilə qadınların ondan uzaq durması məsləhət görülür. Həm də həftədə 3-4 dəfədən çox olmayaraq istehlak etmək tövsiyə olunur.

Sumaq çayının hazırlanma qaydası

Çay stəkanına bir çay qaşığı üyüdülmüş sumaq toxumu əlavə edin. Çayın üstünə qaynar su tökün və qarışığı dəmləyin. Təxminən 5 dəqiqədən sonra sumaqlı çayınız hazır olacaq. İstəyirsinizsə, çaya 1 və ya 2 damcı kəklikotu yağı da əlavə edə bilərsiniz.

Bununla belə, diqqətli olun, sumaq çayının həddindən artıq istehlakı mədə yanması və ya reflüyə səbəb ola bilər. Buna görə də, istifadə etməzdən əvvəl həkiminizlə məsləhətləşmək vacibdir.

Billurə

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:133
embedMənbə:https://olke.az
archiveBu xəbər 23 İyul 2025 11:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see216

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see216

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see193

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see176

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see174

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see170

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see170

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see169

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see168

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see168

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see160

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see154

Azərbaycan banklarının depozit portfeli

24 Yanvar 2026 12:40see149

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see147

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see146

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see143

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see142

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see141

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see141

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri