Icma.az
close
up
RU
“Bir həftəyə qayıdacaqdı...” Antiterror şəhidinin qızı

“Bir həftəyə qayıdacaqdı...” Antiterror şəhidinin qızı

Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.

Üç il əvvəl Azərbaycan tarixinin qızıl səhifələrindən biri yazıldı. 2023-cü il sentyabrın 19-da başlayan və cəmi 23 saat 43 dəqiqə davam edən lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin bütün ərazisində dövlət suverenliyi tam bərpa olundu.

Bu tarixi qələbə asan başa gəlmədi. Azərbaycanın neçə-neçə igid övladı Vətən uğrunda canından keçdi. Onlardan biri də Zahir Əliyev idi. O, övladlarının azad və bütöv Azərbaycanda yaşaması, böyüməsi üçün öz canını fəda etdi.

Şəhid Zahir Əliyevin qızı Aysu Əliyeva atası ilə bağlı xatirələrini və onunla son ünsiyyətini Modern.az-la bölüşüb.

Aysu deyir ki, atası hərbçi olduğu üçün 2020-ci ildən sonra tez-tez işğaldan azad edilmiş ərazilərdə xidmətə gedirdi. Hər dəfə evdən çıxarkən sanki döyüşə yollanırmış kimi ailəsi ilə sağollaşar, övladlarını bir-birinə tapşırardı. Lakin sonuncu gedişində hər şey zahirən əvvəlki kimi görünsə də, atasının səsində fərqli bir ahəng vardı:

“Atam hər dəfə bizimlə sağollaşanda bizi bir-birimizə tapşırıb gedərdi. Getməsindən bir gün əvvəl də həmişəki kimi bizimlə danışdı. Ancaq bu dəfə səsində qəribə bir dəyişiklik hiss olunurdu. Mənimlə və bacımla xeyli söhbət etdi, yenə nəsihətlərini verdi. Biz isə onun səsini və nəsihətlərini son dəfə eşitdiyimizi bilmirdik”.

Səhəri gün Zahir Əliyev evdən çıxarkən ailəsinə cəmi bir neçə söz deyib:

“Çıxışa gedirəm, Allaha əmanət olun”.

Bu sözlər Aysunun yaddaşına əbədi həkk olunub. Çünki atası əvvəlki gedişlərində ailəsinə həmişə “ehtiyatlı olun” deyərdi. Bu dəfə isə onları Allaha əmanət etmişdi:

“Əsas fərq də elə bunda idi. Atam həmişə gedəndə bizə "ehtiyatlı olun" deyərdi. Amma həmin gün "Allaha əmanət olun" söylədi. Sanki bu gedişin sonuncu olduğunu hiss etmişdi. Bir həftədən sonra qayıdacaqdı, heç olmasa, biz belə düşünürdük. Sonuncu şəklini əvvəlcə kiçik qardaşına, sonra isə bizə göndərmişdi”.

Aysunun qəlbində ən ağır iz buraxan məqamlardan biri atası ilə son telefon danışığında iştirak edə bilməməsidir. Zahir Əliyev ailəsinə sonuncu dəfə zəng edəndə Aysu məktəbdə olub:

“Atam evə son dəfə zəng edəndə anamla və kiçik bacımla danışmışdı. Mən məktəbdə olduğum üçün onun səsini son dəfə eşidə bilmədim”.


Zaur Əliyevin son fotosu. 19 sentyabr 2023-cü il saat 13:35

Həmin gün məktəbdə Aysunun ilk kimya dərsi olmuşdu. Evə qayıdan kimi sevincini həmişə olduğu kimi atası ilə bölüşmək istəyib. Telefonu əlinə alaraq ona mesaj yazıb:

“Ata, bu gün ilk kimya dərsimi keçdim”.

Lakin mesaj atasına çatmayıb.

“Mesajın çatmaması məni çox narahat etdi. Buna baxmayaraq, hiss etdiklərimi anama bildirmədim. Onu daha çox təşvişə salmaq istəmirdim. Bir qədər sonra binada qəfil səs-küy yarandı. Hamı təşviş içində idi, mən isə nə baş verdiyini anlamağa çalışırdım. Sonra anamın məni çağırıb haray çəkməsini eşitdim. Elə həmin an anladım ki, artıq hər şey üçün çox gecdir...”

Aysunun atasına yazdığı son mesaj cavabsız qaldı. Zahir Əliyev qızının ilk kimya dərsi barədə sevincini oxuya bilmədi. Ancaq Vətən üçün etdiyi fədakarlıqla övladlarına azad, bütöv və suveren Azərbaycan miras qoydu.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:62
embedMənbə:https://modern.az
archiveBu xəbər 20 Sentyabr 2026 14:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see325

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see316

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see299

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see284

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see238

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see233

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see229

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see225

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see215

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see214

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see207

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see206

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see201

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see199

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see198

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see189

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see172

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see171

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see168

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri