Icma.az
close
up
RU
Şəhidlərdən qalan əmanət: Antiterror un ən gənc şəhidinin anasına SON HƏDİYYƏSİ

Şəhidlərdən qalan əmanət: Antiterror un ən gənc şəhidinin anasına SON HƏDİYYƏSİ

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

Vətən müharibəsindən sonra Qarabağın dağlıq hissəsində cərəyan edən separatizm hərəkətləri Azərbaycanın öz ərazilərində suverenliyini bütünlüklə təmin etmək üçün başqa seçim yolu qoymadı və lokal xarakterli antiterror əməliyyatının keçirilməsi qaçılmaz zərurətə çevrildi. 
Nəticədə 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyi tam bərpa edildi. Cəmi 23 saat 43 dəqiqə ərzində erməni separatçıları ağ bayraq qaldırmağa məcbur oldular. Məhz uğurla aparılan həmin əməliyyatdan sonra Xankəndi, Xocalı, Ağdərə, Xocavənd və Əsgəranda üçrəngli Azərbaycan bayrağı yüksəldi, ölkəmizin ərazi bütövlüyü tamamilə bərpa edildi. 
Bu tarixi zəfəri bizə yaşadan, suverenliyimizi bərpa edən, Ermənistanın bölgədə bütün hərbi hissələrini məhv edən və bizə əbədi sülhü qazandıran 192 nəfər şəhidlik zirvəsinə ucalaraq uşaqdan - böyüyə hamımızın qəhrəmanına çevrildi. 
Modern.az-ın “Şəhidlərdən qalan əmanət” rubrikası bu gün antiterror əməliyyatlarının ən gənc şəhidi Zeynal İsmiyevə həsr olunur.
İsmiyev Zeynal Mustafa oğlu 2005-ci il iyulun 2-də Lənkəran şəhərində dünyaya gəlib. 5-ci sinifə qədər Hövsan qəsəbəsindəki 280 nömrəli məktəbdə oxuyub, sonra təhsilini Köhnə Günəşlidəki 263 nömrəli məktəbdə davam etdirib. 2022-ci ildə Bakı Biznes və Kooperasiya Kollecinə qəbul olunub və turizm işinin təşkili ixtisası üzrə 8 ay təhsil alıb. Təhsilini yarımçıq qoyan Zeynal 2023-ci il iyulun 3-də hərbi xidmətə yollanıb. H
Hərbi xidmətə əvvəlcə Gəncədə başlayıb, sonra isə Xocavəndə köçürülüb. 18 yaşlı Zeynal 2023-cü ilin sentyabr ayının 19-da şəhidlik zirvəsinə ucalıb. Onun ailəsi isə bu xəbəri həmin ayın 20-si öyrənib. 
Amma həyat hər zaman birnəfəsə oxunan xronika qədər sadə olmur. Ailəsinin hər doğum günündə dilədiyi uzun ömür arzusu sadəcə on səkkiz dəfə səsləndi. Ən gözəl illəri hələ qabaqda olarkən, Zeynal Azərbaycanın suverenliyi uğrunda canından keçən gənc şəhidlərdən birinə çevrildi.


Onun döyüş yolu qısa, amma hamımızın xatirində iz qoyacaq qədər şərəfli oldu. Zeynal döyüş yoldaşları ilə birlikdə Ermənistan silahlı qüvvələrinin ön xəttini, dərinlikdəki mövqelərini və uzunmüddətli atəş nöqtələrini dəqiqliklə sıradan çıxardı. O, cəmi 18 yaşında öz yaşı qədər döyüş təcrübəsi olan separatçıları ön cəbhədə məhv edərək, iradənin gücünü sübut etdi.
Əgər Zeynalın son anlarına onun gözü ilə baxa bilsəydik, yəqin ki, qələbəyə inanan əsgərlərin birliyini, vətən torpağını qorumaq əzmini görərdik. O, son nəfəsində belə geri çəkilmədi və şəhidlik zirvəsinə yüksələrək adını Azərbaycanın qəhrəmanlıq dastanına yazdı.
Bu xəbər ailəsinə çatanda isə yaddaşın qapıları bir-bir açıldı: ilk addımları, məktəb çantası ilə yola düşdüyü səhərlər, doğum günlərində üfürdüyü şamlar, son zəngdə səsləndirdiyi zəng… hamısı gözlər önündən keçdi. 
Zeynalla bağlı xatırlanan günlər ümumilikdə sadəcə 18 ili əhatə edirdi. Amma o, 18 il yaşasa da, həmişəlik miras qoydu. Çünki şəhidlik ömrün qısalığı ilə ölçülmür, qoyduğu izlə ucalır.

“Oğlum haqqında çox söz deyə bilərəm, istərdim ki, balamın mənə ilk və son hədiyyəsi haqqında danışım” – anası Vüsalə xanımla söhbətimiz bu cür başladı. Nəsə demək çətin idi. Bəlkə də bunu şəhidimizin anası da başa düşdüyü üçün 1 saat sonra danışa biləcəyini söylədi. 


Gün sonuna yaxın Vüsalə xanımla yenidən danışmaq imkanımız oldu. Gücünü toparlayan şəhid anası onun üçün müqəddəs əşyaya çevrilən hədiyyə haqqında danışmağa başladı:
“2023-cü il fevralın 24-ü mənim ad günüm idi, 40 yaşım olurdu. Ad günümü keçirməyəcəyimi demişdim, onda hələ bilmirdim ki, bu, oğlumla birlikdə keçirdiyim sonuncu xoş gündür. Amma işdən evə gələndə sürprizlə qarşılaşdım, oğlum böyümüşdü, ən azı onda elə düşünürdüm. Mən onun hələ də körpə olduğunu şəhid olanda başa düşdüm. 18 yaşı var idi, hələ tələbəydi, öz yolpullarını yığıb mənə hədiyyə boyunbağı almışdı. Bəlkə də 40 illik həyatımın ən xoşbəxt günü idi. Bir gün belə sevgimi əsirgəmədiyim oğlum indi mənə sevgisini bu cür göstərirdi. Boyunbağını tez-tez taxmaqdan qorxurdum ki, ona nəsə olar. İyul ayında Zeynalı əsgərliyə yola saldıq, avqust ayında andiçməsinə gedəndə həmin boyunbağını taxdım. Necə sevindi...  Hər dəfə soruşurdu ki, ana, niyə sənə aldığım hədiyyəni taxmırsan... İnanmazsınız, amma indi o boyunbağını taxa bilmirəm, bir şey olar deyə çox qorxuram. Axı o mənim oğlumdan mənə qalan ilk, son və ən dəyərli hədiyyədir”.

“Bir də oğlumun sevdiyi qıza aldığı hədiyyə var idi... Sizə şəklini göndərəcəyəm. Sevdiyi qız alıb o üzüyü oğluma, 14 fevral - sevgililər günündə. Üzüyün biri onda, biri də oğlumda olub”, - Vüsalə xanım çox kövrəlmişdi, bunu görmək çətin deyildi. Amma qəhrəman oğulun başıuca anasının son sözləri özünə də, bizə də güc verdi:
“Mən oğlumla fəxr edirəm, Allah bütün şəhidlərimizə rəhmət etsin, əminəm ki, onun ruhu şaddır, O, bütün şəhidlərimiz kimi canını vətənimiz uğrunda fəda edib. Oğlum mənim ürəyimdə yaşadığı kimi, bütün azərbaycanlıların da qəlbində yaşayacaq, buna əminəm”. 
Bu, bəlkə də ömür boyu unutmayacağımız təsirli söhbət oldu...

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:227
embedMənbə:https://modern.az
archiveBu xəbər 19 Sentyabr 2025 10:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri