Icma.az
close
up
RU
Bir ildə 100 min: Ailələr uşaqdan niyə vaz keçir?

Bir ildə 100 min: Ailələr uşaqdan niyə vaz keçir?

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

2025-ci ildə Azərbaycanda 95 117 abortun 3 178 18-19 yaş qrupunda, 66 abort isə 15-17 yaş qrupunda qeydə alınıb. 

Məsələ Milli Məclisinin Ailə, qadın və uşaq məsələləri komitəsinin bugünkü iclasında müzakirə olunan Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2025-ci il üzrə Məlumatında əksini tapıb. 

Hesabatda bildirilib ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin məlumatlarına əsasən, 2025-ci ildə ölkə üzrə 95 117 abort qeydə alınıb.

Statistikaya görə, abort etdirənlərin 27 498-i 30-34 yaş, 26 329-u 25-29 yaş, 22 811-i isə 35 və yuxarı yaş qrupunda olan qadınlar olub. 

Qeyd olunub ki, 20-24 yaş qrupunda 15 235, 18-19 yaş qrupunda 3 178, 15-17 yaş qrupunda isə 66 abort qeydə alınıb.

Hesabatda vurğulanıb ki, abortların sayı 2021-ci ildə 46 877, 2022-ci ildə 57 999, 2023-cü ildə 73 816, 2024-cü ildə isə 78 245 olub. 

Bu da son illərdə abortların sayında ciddi artım olduğunu göstərir.

Məlumata əsasən, 2025-ci ildə kontrasepsiya vasitələrindən istifadə edən qadınların sayı 31 586 olub. Onların 9 843-ü 25-29 yaş, 7 922-si 30-34 yaş, 6 782-si isə 35-49 yaş qrupunda olub. 

Sənəddə həmçinin qeyd olunub ki, 2024-cü ildə doğulan 102310 körpənin 54 221-i oğlan, 48089-u isə qız uşaqları olub. Doğulan qız uşaqları ilə oğlan uşaqları arasındakı fərq isə 6 132 nəfər təşkil edib.

Məlumata görə, doğulanda cins nisbəti hər 100 qıza 113 oğlan təşkil edib. 

Hesabatda bildirilib ki, 2024-cü illə müqayisədə 2025-ci ildə doğulan qız uşaqları ilə oğlan uşaqları arasındakı fərq 6 132-dən 5 953-ə düşüb.

Vurğulanıb ki, ötən il 26 ana doğuş zamanı həyatını itirib. 

Abortların bu həddə çatması təhlükəli vəziyyətin göstəricisidirmi?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlama verən həkim-ginekoloq Ləman Əliyeva bildirib ki, abortlar artıq qorxulu həddə çatıb:

"Bu statistika artıq təkcə tibbi yox, ciddi sosial və psixoloji problemdir. Xüsusilə abortların 2021-ci ildə 46 min ikən 2025-ci ildə 95 mini keçməsi çox ciddi siqnaldır. Deməli, problem yalnız“istənilməyən hamiləlik deyil, ailə planlaması, maarifləndirmə, iqtisadi vəziyyət, psixoloji hazırlıq və reproduktiv sağlamlıq sistemi birlikdə yetərli işləmir. 

18–19 yaş qrupunda 3 178, 15–17 yaşda isə 66 abort faktı ayrıca narahatedicidir. Bu yaşlarda abort yalnız tibbi müdaxilə deyil, gələcək reproduktiv və psixoloji sağlamlığa da təsir edə bilən hadisədir. Burada əsas məsələ cəzalandırmaq yox, düzgün maarifləndirmə və qoruyucu yanaşmadır". 

O qeyd edib ki, digər tərəfdən, hər 100 qıza 113 oğlan düşməsi normal bioloji balansdan yüksəkdir:

"Bu, selektiv abort ehtimalını düşündürür. Bu fərq azalsa da, problem tam aradan qalxmış sayılmır. Bir başqa ciddi məqam isə odur ki, 95 mindən çox abort fonunda kontrasepsiyadan istifadə edən qadın sayı cəmi 31 min göstərilir.

Bu rəqəmlər arasında böyük uyğunsuzluq var və ailə planlaması xidmətlərinin əlçatanlığı və maarifləndirmənin zəif olduğunu göstərir. 26 ana ölümü isə ayrıca faciədir. Müasir tibbdə ana ölümü minimuma enməlidir və hər bir belə hal sistemin haradasa gecikdiyini göstərir". 

Gülər Həsənli 
"Cebheinfo.az"

Açar sözlər: uşaq Ləman Əliyeva

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:206
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 20 May 2026 11:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see302

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see294

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see266

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see240

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see236

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see234

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see229

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see227

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see225

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see215

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see203

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see199

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see199

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see197

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see196

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see195

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see193

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see193

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see191

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri