Icma.az
close
up
RU
Bir uşaqla artım olmur Ailələr niyə kiçilir?

Bir uşaqla artım olmur Ailələr niyə kiçilir?

Icma.az, Sfera.az portalına istinadən məlumat verir.

Azərbaycanda əvvəllər "Geniş ailə" anlayışı mövcud idi. Yəni ailə dedikdə ər-arvad, uşaqlarla yanaşı baba-nənə də başa düşülərdi. Ailələr bu şəkildə tanınırdı. Amma indi ailələr əsasən ər-arvad və bir və ya iki uşaqdan ibarətdir.

Azərbaycanda geniş ailələr niyə sıradan çıxdı? Ailələrin kiçilməsinin müsbət və mənfi tərəfləri nədir?

Sözügedən məsələ ilə bağlı Sfera.az-a açıqlama verən sosioloq Lalə Mehralı son illər geniş ailə modelinin tədricən yerini kiçik, yəni “cırtdan” ailə modelinə verdiyini deyib.

 

Sosioloqun sözlərinə görə, bu model əsasən ata, ana və bir uşaqdan ibarət olur:

“Belə bir struktur isə demoqrafik baxımdan təhlükəli sayılır. Çünki əhali artımı baş vermir. İki nəfərin qurduğu ailədən yalnız bir övlad dünyaya gəlirsə, bu, nə əhali artımını təmin edir, nə də nəsil davamlılığını qoruyur. Əvvəlki nəsillər yaşlanır, orta nəslin isə ya övlad sahibi olmaq istəyi zəifdir, ya da övlad sayı minimumda qalır. Nəticədə isə yeni nəslin sayı azalmaqda davam edir”.

L. Mehralı tarixən xalq olaraq çoxuşaqlılığa önəm verdiyimizi qeyd edib.


O bildirib ki, mental və milli dəyərlərimiz geniş ailə modelini dəstəkləyib:

“Keçmişdə Azərbaycanda ailələrdə minimum 5 uşaq olurdu. O dövrdə çoxuşaqlı analara “qəhrəman ana” statusu verilir, xüsusi medallarla təltif olunur, dövlət tərəfindən sosial müavinətlər ayrılırdı. Bu cür stimullaşdırıcı tədbirlər insanları daha çox uşaq sahibi olmağa təşviq edirdi. Lakin son illərdə bu dəstək dayandırılıb. Hazırda çoxuşaqlılıq statusu yalnız 6 və daha artıq uşağı olan analara verilir ki, bu da reallıqda çox nadir hallarda müşahidə olunur”.


Onun fikrincə, uşaq pulu verilmədiyi üçün ailələrdə maddi narahatlıq artır və valideynlər daha çox övlad böyütməkdə çətinlik çəkəcəklərini düşünürlər:

“Təhsil, sağlamlıq və gündəlik ehtiyacların qarşılanması ilə bağlı gəlir imkanları məhdud olan ailələr tək övlada üstünlük verirlər. Xüsusilə pandemiya dövründən sonra cəmiyyətdə belə bir düşüncə formalaşıb ki, bu qeyri-müəyyən və çətin dünyaya uşaq gətirmək risklidir. Beləliklə, çox uşaqlı ailə modeli yerini azsaylı övladlı ailələrə verir. Əvvəllər ailələrin bir yerdə əyləşdiyi səs-küylü süfrələr, geniş ailə ənənələri artıq tarixə qovuşmaqdadır. Lakin bu tendensiya davam edə bilməz”.


Müsahibimiz cəmiyyətin sağlam inkişafı və gələcəyin təminatı üçün nəsil yenilənməsinin vacibliyini vurğulayıb:

“Yeni doğulan uşaqların, gənclərin və yaşlı nəslin sayı arasında balans qorunmalıdır. Bunun üçün isə stimullaşdırıcı tədbirlər görülməlidir. Təşviqedici proqramlar vasitəsilə ailələrin daha çox övlad sahibi olmasına şərait yaratmaq mümkündür. Unutmamalıyıq ki, xalq olaraq çoxuşaqlı ailə düşüncəsi bizə yad deyil. Əgər dövlət tərəfindən uyğun mexanizmlər tətbiq olunsa, bu keçid çətin olmayacaq. Dünyanın bir çox ölkəsində də demoqrafik tənəzzül müşahidə olunur və bu problemin həlli üçün müxtəlif dəstək proqramları həyata keçirilir. Bəzi ölkələrdə iki və daha çox uşaq dünyaya gətirən ailələrə ev, torpaq və ya iş təminatı verilir. Digərlərində isə aylıq müavinətlər ayrılır. Azərbaycan da öz iqtisadi imkanlarına uyğun şəkildə ailələri dəstəkləyəcək tədbirlər planı hazırlaya bilər. Belə təşəbbüslərlə həm ailə modeli güclənər, həm də ölkədə demoqrafik tarazlıq bərpa olunar”.

Fidan Hacızadə
Sfera.az

 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:197
embedMənbə:https://sfera.az
archiveBu xəbər 12 İyun 2025 15:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see332

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see326

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see309

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see308

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see291

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see291

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see289

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see274

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see254

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see243

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see241

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see239

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see238

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see238

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see229

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see226

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see210

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see207

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see186

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri