Icma.az
close
up
RU
Bir ildə 39 milyonluq tender qazanan Epidbiomed Adı saxta dərman satışında hallanıb

Bir ildə 39 milyonluq tender qazanan Epidbiomed Adı saxta dərman satışında hallanıb

Qaynarinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Dövlət Sərhəd Xidməti (DSX) vaksin və zərdabların satın alınması ilə bağlı tenderə yekun vurub. 

Qaynarinfo xəbər verir ki, tenderin qalibi "Epidbiomed" şirkəti seçilib. Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 254 876,88 manat təşkil edir. 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr sənədlərində göstərilir ki, "Epidbiomed” MMC 19 noyabr 2004-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 manatdır. Hüquqi ünvanı Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi, ev 6-da yerləşir.

Şirkətin qanuni təmsilçisi Məmməd Əli Əliyevdir. Onun haqqında açıq mənbələrdə heç bir məlumat yoxdur. 

Mediada gedən məlumatlara görə, şirkətin təsisçisi Əliyev Namiq Sabir oğludur. İddialara görə, o Məmməd Əli Əliyevin qardaşıdır. 

Namiq Əliyev 2018-ci ildə cinayət məsuliyyətinə cəlb edilib. Həmin vaxt yayılan rəsmi məlumatlarda qeyd edilir ki, "Epidbiomed" MMC-nin təsisçisi Əliyev Namiq Sabir oğlu, həmin şirkətin direktor müavini Məmmədov Kamal Əhmədiyyə oğlu və digər vəzifəli şəxslərlə əlbir olaraq tamah niyyətilə daha çox gəlir əldə etmək məqsədilə 2011-ci ildən başlayaraq uzun müddət ərzində ölkəyə təqribən 1 milyon manatdan artıq dəyərində 19 adda, orijinal dərman preparatlarından qiymətinə görə dəfələrlə baha olan ekvivalent dərman vasitələrini idxal ediblər.

Həmin şəxslərə qarşı Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətindən sui-istifadə), 200-1.2.2 və 200-1.2.3-cü (dərman vasitələrinin qanunsuz dövriyyəsi) maddələri ilə ittiham elan olunub və barələrində həbs qətimkan tədbiri seçilib.

"Epidbiomed” şirkəti bundan əvvəl Respublika Gigiyena və Epidemiologiya Mərkəzi ilə müqavilə imzalayıb. Maliyyə dəyəri 47 888,25 manat olan Həmin müqavilə dərman və sarğı ləvazimatlarının satın alınması ilə bağlı olub.

Dövlət satınalmalarının vahid elektron portalında yerləşdirilən məlumatlardan aydın olur ki, "Epidbiomed” şirkəti satınalma müsabiqələrində fəal iştirak edir. 

Şirkət cari ildə 1, ötən ildə isə 14 tenderin qalibi seçilib. Bu tenderlər üzrə satınalma müqavilələrinin ümumi maliyyə dəyəri 39 090 236,28 manatdır. 

Seyid

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 27 Aprel 2026 17:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see408

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see341

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see339

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see309

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see308

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see298

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see295

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see294

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see288

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see279

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see272

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see271

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see258

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see255

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see250

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see244

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see243

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see239

Sabahdan hava dəhşət soyuyacaq

24 Noyabr 2026 17:39see230

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see227
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri