Icma.az
close
up
RU
Saxlanılan icra başçısının adı hansı qalmqallarda hallanıb?

Saxlanılan icra başçısının adı hansı qalmqallarda hallanıb?

Icma.az, Hurriyyet portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

DTX-nin bu gün keçirdiyi əməliyyat zamanı saxlanılan Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev çoxdandır ki, ictimai qınaq hədəfidir.

“Yeni Sabah” onun fəaliyyəti ilə bağlı xeyli şikayət və iddialar mövcuddur.

İslam Rzayevin adı bir çox qalmaqalda hallanır. 2020-ci ildə icra başçısı ilə rayonun sakini, hüquqşünas Fərid Qəribovu həbs elətdirmək istəməsi onlardan yalnız biridir.

Hüquqşünasın öz “Facebook” səhifəsində icra başçısının sərvəti, oğlunun maaşına adekvat olmayan bahalı maşını, habelə rayonda əhalinin susuzluqdan əziyyət çəkməsi, torpaqlarının zəbt olunması, Balakəndə abadlaşdırmaya ayrılan büdcə vəsaitlərinin yeyintisi və s. haqda qeydlər yazıb. 

İcra başçısı o zaman sadəcə iddiaları şifahi təkzib etməklə canını qurtarıb.

Daha bir nümunə 2023-cü ildə Bakı şəhər sakini Şəmsəddin Qurbanov məhkəməyə müraciətidir. O, Samir və Bəxtiyar adlı şəxslərdən qeyri-rəsmi formada mənzil aldığını və bunun müqabilində ilkin ödəniş olaraq həmin şəxslərə 12 min manat verdiyini bildirib.

Şikayətçinin sözlərinə görə, Ş.Qurbanovdan evi tərk etməsi tələb olunub. Ş. Qurbanob ona qarşı dələduzluq edənlərdən birinin - Bəxtiyar adlı şəxsin Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayevin kürəkəni, Samirin isə onun sürücüsü olduğunu iddia edib.

İslam Rzayev yenə mətbuata açıqlamasında iddiaların əsassız olduğunu deməklə kifayətlənib.

Bir müddət öncə sosial şəbəkələrdə yayılan xəbərə görə, Balakən Rayon İcra Hakimiyyətinin başçısının qəbulunda söyüş söyən şəxs həbs edilib. 

Təffərüata görə, Balakən rayonu Mahamalar kənd sakin Anar Zamanov (ad-soyad şərti) işlə təmin olunmaq üçün icra başçısının yanına gedib. Qəbulda RİH başçısının müavini, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Mehparə Əliyeva, RİH başçısı aparatının hüquq şöbəsinin müdiri Pirdas Qardaşova, aparatın sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Nərgiz Hacıxanova, Balakən rayon Suvarma sistemləri idarəsinin rəisi Ruslan Poladov və "6 saylı Regional Su kanal İdarəsinin Balakən Su kanal sahəsinin rəisi Oruc Orucov iştirak ediblər.

Balakən rayonu üzrə Məşğulluq İdarəsinin müdiri A. Zamanova bildirib ki, hələ iş üçün boş yerlər yoxdur, olanda xəbər edəcəklər. İslam Rzayev isə vətəndaşa bildirib ki, işlə təmin olunması üçün onda olan sənədləri prokurorluğa təqdim etsin.

İddiaya görə, A. Zamanov əsəbləşərək iclasda iştirak edən rəhbər şəxslərin ünvanına nalayiq ifadələr işlədib. Buna görə polis onu saxlayaraq şöbəyə aparıb.

Anar Zamanov barəsində icta başçısına və qəbulda iştirak edən vəzifəli şəxslərə qarşı kobudluq etdiyi, nalayiq ifadələr işlətdiyi, ictimai qaydanı pozduğuna üçün İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsilə protokol tərtib edilib və məhkəmənin qərarı ilə 10 gün müddətində inzibati qaydada həbs edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:187
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 30 Oktyabr 2025 13:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri