Icma.az
close
up
RU
Bir ildə 64 məktəb bağlanıb Ekspertlərdən HƏYƏCAN TƏBİLİ

Bir ildə 64 məktəb bağlanıb Ekspertlərdən HƏYƏCAN TƏBİLİ

Demokrat.az saytına istinadən Icma.az xəbər verir.

Azərbaycanda məktəblərin sayı azalıb. Rəsmi statistikaya görə, 2023-2024-cü tədris ilinin əvvəlində ölkədə 4 388 məktəb fəaliyyət göstərirdisə, 2024-2025-ci ildə bu göstərici 4 324-ə bərabər olub. Yəni bir il ərzində ölkədə olan məktəblərin sayı 64 ədəd azalıb. Rayonlar üzrə təhlillər göstərir ki, bəzi bölgələrdə məktəblərin fəaliyyətinin dayandırılması daha çox müşahidə olunub. Lerik rayonunda doqquz, Ağsu rayonunda səkkiz, Quba rayonunda yeddi məktəb bağlanıb. Füzuli, Qax, Yardımlı və Ağdaş rayonlarında dörd, Şamaxı, Şəmkir və Balakən rayonlarının hər birində üç məktəb fəaliyyətini dayandırıb. Məktəblərin bağlanmasının əksəriyyəti ibtidai təhsil pilləsində baş verib. Əgər 2023-2024-cü tədris ilində ölkə üzrə 292 ibtidai məktəb fəaliyyət göstərirdisə, bu il onların sayı 245-ə enib. Deməli, cəmi bir il ərzində 47 ibtidai məktəb fəaliyyətini dayandırıb.
Demokrat.az "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir:
"Məktəblərin hər birinə fərdi qaydada yanaşılır"
Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, millət vəkili Mehriban Vəliyeva bildirir ki, rasionallaşdırılmaya təqdim edilən məktəblərin hər birinə fərdi qaydada yanaşılır: "Vətəndaşların yaşayış yerlərini dəyişmələri, şəhər və rayon mərkəzlərinə axın etmələri ilə əlaqədar bəzi yaşayış məntəqələrində məktəblərin şagird sayının azalması səbəbindən təbii şəkildə fəaliyyətini dayandırması və ya şagird sıxlığı nəticəsində yeni təhsil müəssisələrinin açılması zərurəti yaranır. Müəssisələrdəki şagird sayı və kadr təminatı məsələləri nəzərə alınaraq təhlillər aparılır. Məqsəd mövcud məktəb şəbəkəsinin optimallaşdırılması, mövcud resursların və ayrılan xərclərin səmərəli bölüşdürülməsi, eləcə də, daha dayanıqlı təhsil infrastrukturunun və keyfiyyətli təhsil mühitinin formalaşdırılmasıdır. Rasionallaşdırma prosesi zamanı bəzi məktəblərin fəaliyyəti dayandırılsa da, bəzi məktəblərin tipinin dəyişdirilməsi və ya birləşdirilməsi, eləcə də peşə təmayüllü siniflərin açılması həyata keçirilib. Ümumiyyətlə, rasionallaşdırılmaya təqdim edilən məktəblərin hər birinə fərdi qaydada yanaşılıb, bu müəssisələrdə təhsil alan şagirdlərin təhsil almaq hüququ və tədrisin fasiləsizliyi həmin və ya digər məktəbdə təmin edilir".
"Daha 130 məktəblə bağlı qərar veriləcək"
Millət vəkilinin sözlərinə görə, təhsil müəssisələrinin rasionallaşdırılmasında əhalinin artan dinamikası, coğrafi əlverişlilik, infrastruktur, ən yaxın məktəbə qədər məsafə, şagird və müəllim sayı, siniflərin komplektləşdirilməsi və digər meyarlar nəzərə alınır: "2024-cü il üzrə 147 müəssisə rasionallaşıb. 2025-ci ildə 130-a qədər təhsil müəssisəsi ilə bağlı rasionallaşdırma tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulur".
"Proses davamlı olacaq"
Əməkdar müəllim Asif Cahangirov deyir ki, Azərbaycanda şagird sayı 30-dan az olan xeyli məktəb mövcuddur. Mütəxəssis hesab edir ki, həmin məktəblərin fəaliyyətini dayandırması qaçılmaz olacaq: "Onların saxlanılması məqsədəmüvafiq deyil. Çünki kifayət qədər vəsait sərf olunur. Eyni zamanda, bu məktəblərdə əsasən, pedaqoji bacarıqları zəif müəllimlər çalışırlar. Yüksək bilik və bacarıqlara malik müəllimlər aşağı əməkhaqqı olan məktəbləri seçmirlər. Ona görə belə məktəblərdə rasionallaşdırma mütləq getməlidir və bu proses davamlı olacaq".
"Məktəblilər üçün xüsusi avtobuslar ayrılmalıdır"
Asif Cahangirovun fikrincə, rasionallaşdırma prosesində bir sıra məqamlar mütləq nəzərə alınmalıdır: "Qənaət edilmiş vəsait təhsilin inkişafına, xüsusilə müəllimlərin əməkhaqqının artırılmasına yönəldilməlidir. Qərar qəbul edilərkən bütün infrastruktur problemləri həll olunmalıdır. İlk növbədə nəqliyyat məsələsinə diqqət yetirilməlidir, yollar şagirdlərin məktəbə gedib-gəlməsi üçün təhlükəsiz olmalıdır. Mən bu təcrübəni Polşada öyrənmişəm. Özüm də məktəbliləri daşıyan xüsusi avtobusu müşayiət etmişəm. Həmin avtobus bir neçə kənddən uşaqları məktəbə daşıyırdı. Beynəlxalq tələb budur ki, həmin avtobusların sürücüləri xüsusi hazırlıqdan keçməlidirlər. Avtobusda mütləq müşahidəçi müəllim olmalı, şagirdlərin daşınma qaydalarına riayət edilməlidir".
"Məktəblərin bağlanması bir ocağın, məbədin itməsi deməkdir"
Əməkdar elm xadimi, professor Şahlar Əsgərov isə məktəblərin bağlanmasına həssaslıqla yanaşmağı tövsiyə edir. Onun sözlərinə görə, məktəblərin sayında baş verən azalma cəmiyyət qarşısında yeni vəzifələr qoyur: "Biz bu məsələnin üzərindən səssizcə keçməməliyik. Bu prosesin sosial və psixoloji aspektləri nəzərə alınmalıdır. Bu, yalnız təhsil məsələsi deyil, həm də sosial, iqtisadi və demoqrafik problemlər yarada bilər. Məktəblərin bağlanması bir ocağın, məbədin itməsi deməkdir. Sovet dövründə bu məktəblər təsadüfən tikilməmişdi. Bir sinifdə 30-35 uşaq eyni anda təhsil alırdı. Müəllim azlığı yox, sinif çatışmazlığı vardı. Amma indi mənzərə başqadır. Əslində Elm və Təhsil Nazirliyi bu vəziyyətlə bağlı həyəcan təbili çalmalıdır. Əgər biz məktəbləri səssizcə bağlasaq, təkcə məktəblər deyil, bütöv kəndlər boş qala bilər".
Şagirdlərin yaş qrupu nəzərə alınmalıdır
Təhsil eksperti Elçin Əfəndi bildirir ki, ümumtəhsil məktəblərində şagird sayı ilə bağlı ciddi disbalans müşahidə olunur: "Hazırda orta təhsil müəssisələrində bir milyon 600 min şagird təhsil alır. Elə məktəblər var, ümumi şagird sayı 20-yə çatmır. Belə olduğu halda, əlbəttə, tədbir görülməlidir. Bu baxımdan proses növbəti illərdə də davam edəcək".
Ekspert vurğulayır ki, məktəblərin bağlanması zamanı ilk növbədə nəqliyyat məsələsinin həlli vacibdir: "Çünki kəndlər, məktəblər bir-birindən xeyli aralı ola bilir. Nəqliyyat məsələsi həllini taparsa, məktəbləri birləşdirmək problem yaratmayacaq".
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 29 İyun 2025 11:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Barselona”dan möhtəşəm qələbə: 7 qollu oyunda “Rayo” darmadağın edildi

01 Sentyabr 2026 01:35see281

Türkiyəli nazirdən Zəngəzur dəhlizi ilə bağlı mühüm açıqlama: Qars Dilucu dəmir yolu istifadəyə veriləcək

01 Sentyabr 2026 10:59see268

Bu qidalar sərxoşluqdan sonrakı vəziyyəti ağırlaşdıra bilər Həkimlər izah ETDİ

31 Avqust 2026 21:50see268

İrana qarşı iqtisadi təzyiq aylarla davam edə bilər Bessent

31 Avqust 2026 18:53see252

Kosmosda sakitlik olacaq? Sentyabrın ilk yarısında maqnit fırtınaları ilə bağlı proqnoz

01 Sentyabr 2026 04:02see227

Astarada şəhid ailələri üçün mənzillər alınacaq

01 Sentyabr 2026 00:19see226

Şuşa Laçın avtomobil yolunda qazıntı aparan 2 nəfər vəfat edib

31 Avqust 2026 22:04see224

Zamiq 90 dəqiqə oynadı, “Eqnatiya” geri dönüş etdi

01 Sentyabr 2026 02:14see222

Əli Cəbrayılova UEFA dan beynəlxalq təyinat

01 Sentyabr 2026 01:02see215

Havaların qəfil dəyişməsi sağlamlığımıza necə təsir edir? HƏKİM DANIŞDI

01 Sentyabr 2026 12:04see212

Azərbaycanı Düşənbədə onlar təmsil edəcək

02 Sentyabr 2026 03:20see199

Bakıda ən bahalı, 10 milyon manatlıq evin içində nə var ki? ƏCAİB QİYMƏTLƏR

01 Sentyabr 2026 17:16see193

Bu vərdişlər diş çürüməsi riskini artırır ARAŞDIRMA

01 Sentyabr 2026 09:02see190

Goranboyda güclü partlayış oldu

02 Sentyabr 2026 01:20see190

Dietoloqlar arıqlamaq üçün ən yaxşı iki meyvənin adını çəkiblər...

31 Avqust 2026 21:05see187

Sənədsiz evlərlə bağlı çıxış yolu hansıdır? AÇIQLAMA

01 Sentyabr 2026 21:07see181

Mərkəzi Bank 230 milyon manatlıq notları hərraca çıxarır

01 Sentyabr 2026 21:38see180

Putinlə Paşinyan arasında mübahisə düşdü

02 Sentyabr 2026 01:17see178

Flik “Barselona”dan ayrıla bilər

02 Sentyabr 2026 03:18see177

“Bizi udmaq istəyənlər ağzının üstündən zərbə alacaq” Putin Bişkekdə nəyə işarə etdi?

02 Sentyabr 2026 01:56see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri