Icma.az
close
up
RU
Şəkər orqanizmdə bir çox xroniki xəstəliklərin təməlini qoyur Ekspertlərdən HƏYƏCAN TƏBİLİ

Şəkər orqanizmdə bir çox xroniki xəstəliklərin təməlini qoyur Ekspertlərdən HƏYƏCAN TƏBİLİ

Icma.az bildirir, Oxu.az portalına istinadən.

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 85,1 min ton şəkər və qənd istehsal edilib. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 59,7 faiz çoxdur. Son bir ildə ölkədə şəkərli qənnadı məmulatların istehsalı yeddi faiz artaraq 2973,4 tona çatıb. Mayın 1-nə Azərbaycanda 5,7 min ton şəkər və qənd, 61,1 ton isə şəkərli qənnadı məmulatları üzrə hazır məhsul ehtiyatı olub ki, bu da bir il əvvələ nisbətən müvafiq olaraq 72,7 faiz çoxdur. Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 23 734,3 ton unlu qənnadı məmulatları istehsal edilib. Bu, 2024-cü ilin eyni dövrünə nisbətən 1,1 faiz çoxdur. Mayın 1-nə ölkədə 648,4 ton hazır məhsul ehtiyatı yaranıb ki, bu da illik müqayisədə 3,3 dəfə çoxdur.

Rəqəmlərdən də göründüyü kimi, şəkər və qənd, həmçinin onlardan hazırlanan unlu qənnadı məhsullarının istehsalında nəzərəçarpacaq dərəcədə artım mövcuddur. İstər mütəxəssislər, istərsə də həkimlər tərəfindən şəkərin insan orqanizmi üçün zərərli olduğu bildirilsə də, istehsalı artmaqdadır. Bəs bu artımın səbəbi nədir?

Oxu.Az "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir:

"Əvvəl evdə hazırlanırdı, indi hazır alınır"

İqtisadçı Günay Hüseynovanın sözlərinə görə, istehsal həcminin artmasının səbəbləri var: "Ölkəmizdə qeyd olunan məhsulların istehsal həcminin artmasına ilkin səbəb daxili tələbatla əlaqədardır. Tələbata təsir edən amillər arasında istehlakçıların hazır məhsulu almaq istəyi də var. Orta statistik Azərbaycan ailəsində əvvəlki illərdə qənnadı məhsulları evdə hazırlanırdısa, hazırda satın alınır. Sosial şəbəkələrdə saysız-hesabsız qənnadı məhsulları satış səhifələri olması buna bariz nümunədir".

G.Hüseynovanın fikrincə, istehsal gücünün artmasının digər səbəblərindən biri bu sahədə innovativ texnologiyaların tətbiqidir. Belə ki, dünya standartlarına cavab verən yeni avadanlıqların istehsala cəlb olunması, kənd təsərrüfatında məhsul bolluğu da bu məsələdə önəmli rol oynayır.

Vaxt azlığı, tələsik həyat tərzi

Tələbatın artmasının səbəbi ilə bağlı diyetoloq Şəhriyyə Əhmədovanın da cavabı maraqlıdır: "Şəkərə və un məhsullarına tələbatın artmasının səbəbi qida mədəniyyəti və vərdişlər, marketinq və reklam təsiri, stres və gündəlik həyatın gərginliyi, sağlamlıq maarifləndirməsinin zəif olması, sağlam alternativlərin çatışmazlığıdır. İnsanlar un və şəkərdən uzaq durmaqda çətinlik çəkirlər. Bu, təkcə iradə gücü ilə bağlı deyil. Burada bioloji, psixoloji, sosial və iqtisadi səbəblər bir-birinə qarışır. Asılılıq yaradan təsir, emosional yemək vərdişi, bu qidaların asanlıqla əldə olunması, vaxt azlığı, tələsik həyat tərzi, sosial vərdişlər, yanlış məlumat və qida savadsızlığı da burada önəmli rol oynayır".

"Un və şəkərdən uzaq durun"

Diyetoloq un və şəkərdən uzaq durmağı məsləhət görür. Çünki bu qida vasitələri orqanizmdə bir çox xroniki xəstəliklərin təməlini qoyur: "Ürək, qan-damar sisteminin fəaliyyətini pozur, beyin və əhval-ruhiyyəyə pis təsir edir. Məsələn, təmizlənmiş un istehsalı zamanı tərkibindəki vitamin və mineralların çoxu yox olur. Belə un boş kalori mənbəyi sayılır. Lifsiz un məhsulları bağırsaq bakteriyalarının balansını pozur və həzm sisteminin zəifləməsinə gətirib çıxarır. Süni, işlənmiş (rafinə edilmiş) şəkər qan şəkərini sürətlə qaldırır, bu da insulin səviyyəsinin artmasına və zamanla insulin müqavimətinə rəvac verir. Şəkərin yüksək istifadəsi xroniki iltihabı artırır, bu da bir çox xəstəliyin (ürək-damar, xərçəng, autoimmun) inkişafına təkan verə bilər".

"Şəkərli məhsulların qiyməti aşağıdır"

Qida mütəxəssisi Fərid Səfərov da bildirdi ki, şəkər istifadəsinin artması müasir həyat tərzi, marketinq və psixoloji faktorlarla sıx bağlıdır: "Hazır qidalar (fast food) artır, hazır desertlər, qazlı içkilər və konservləşdirilmiş məhsullar gündəlik qidalanmanın bir parçasına çevrilir. Qida sənayesinin marketinqi, reklamlar şəkəri cazibədar və "zövqverici" kimi təqdim edir. Asan əlçatanlıq və ucuz olması da rol oynayır. Şəkərli məhsulların qiyməti aşağıdır, onları hər yerdə tapmaq olur. Qidalanma savadsızlığı da şərtdir. Bir çox insan istehlak etdiyi məhsulun içində nə qədər şəkər olduğundan xəbərsizdir. İnsanlar bu qidalardan imtina edə bilmir. Çünki şəkər tərkibli qidalar beyində xoşbəxtlik hissi yaradır, bu da davamlı istək formalaşdırır. Şəkər beyində dopamin ifrazını artırır, onu asılılıq yaradan hala gətirir. İnsanlar narahatlıq və stres anlarında şəkərə üz tuturlar".

"Daha təbii alternativlərə yer açmalıyıq"

F.Səfərovun fikrincə, bu məhsullar təkcə sağlamlığımıza deyil, gündəlik həyatımıza da zərbə vurur: "Şəkərli qidaların insulin müqaviməti və ikinci tip şəkərli diabet riski, artıq çəki və piylənmə, diş çürümələri, dəri problemləri, iltihabi proseslərin artması kimi orqanizmimizə təsirləri mövcuddur. Uzunmüddətli sağlamlıq problemlərinin qarşısını almaq, həqiqi enerji və diqqəti saxta, qısamüddətli stimullardan ayırmaq üçün şəkərli qidalardan uzaq durmalıyıq. Metabolik sağlamlığı qorumaq və yaşlanma prosesini ləngitmək üçün daha təbii, doyurucu alternativlərə - meyvələr, tünd şokolad, quru meyvələrə üstünlük verməliyik".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:93
embedMənbə:https://oxu.az
archiveBu xəbər 01 İyun 2025 22:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see271

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see250

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see248

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see245

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see213

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see192

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see180

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see178

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see177

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

14 Yanvar 2026 09:41see164

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see163

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see162

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

14 Yanvar 2026 03:34see160

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see154

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see151

Borussiya dan qələbə, Ayntraxt uduzdu

14 Yanvar 2026 03:20see140

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see138

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see137

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see136

Sumqayıt ın Antalya toplanışı

14 Yanvar 2026 21:27see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri