Bir ildə kəskin dəyişiklik Bu rəqəmlər diqqət çəkir
Icma.az, Yenisabah portalına istinadən məlumat yayır.
2025-ci ildə Azərbaycanda fərdi sahibkar təsərrüfatlarının mənfəəti 15 milyon 794 min manat təşkil edib. Bu, 2024-cü illə müqayisədə 5 milyon 304 min manat və ya 50,6 faiz çoxdur.
Bu barədə “Yeni Sabah”a Dövlət Statistika Komitəsinin məlumatlarından məlum olub.
Statistik göstəricilərə əsasən, fərdi sahibkar təsərrüfatlarının mənfəəti 2021-ci ildə 9 milyon 382 min manat, 2022-ci ildə 9 milyon 260 min manat, 2023-cü ildə 9 milyon 780 min manat, 2024-cü ildə isə 10 milyon 490 min manat olub. pizza
Beləliklə, 2022-ci ildə azalan mənfəət sonrakı illərdə artmağa başlayıb. 2025-ci ildə isə göstərici son beş ilin ən yüksək səviyyəsinə çatıb.
Qeyd edək ki, kənd təsərrüfatı müəssisələrinin və fərdi sahibkar təsərrüfatlarının mənfəəti, məhsulların maya dəyəri, satış qiymətləri və rentabellik göstəriciləri barədə ətraflı məlumat statistik məcmuədə təqdim olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:55
Bu xəbər 26 Oktyabr 2026 14:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















