Icma.az
close
up
RU
Müsahibə bir çox baxımdan diqqət çəkir

Müsahibə bir çox baxımdan diqqət çəkir

Sia Az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 17-də Ümumrusiya Dövlət Televiziya və Radio Yayımı Şirkəti və Rusiyanın “RİA Novosti” agentliyi üçün “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru, “Rossiya-1” televiziya kanalında “Vesti nedeli” proqramının müəllifi və aparıcısı Dmitri Kiselyova müsahibə verib. Müsahibə bir çox baxımdan diqqət çəkir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Turan Rzayev deyib.

Turan Rzayev sözlərinə belə davam edib: "Bakının prioritetləri Prezident İlham Əliyevin son çıxışlarına, müsahibələrinə diqqət yetirdikdə Ermənistanın Azərbaycanla sülh müqaviləsi imzalamazdan öncə etməli olduğu üç aktı önə çəkdiyini görmək olar:

1. Ermənistan Konstitusiyanı dəyişməlidir;

2. Ermənistan ATƏT-in Minsk Qrupunun ləğvinə razılıq verməlidir;

3. Ermənistan ilkin mərhələdə Qərbi Azərbaycan icması ilə danışıqlara başlamalı, daha sonra onların ata-baba yurdlarına qayıdışı təmin edilməlidir.

Prezident Dmitri Kiselyova müsahibəsində də bu üç məsələyə xüsusi yer verib. Rəsmi Bakı “Ermənistan Konstitusiyanı dəyişməlidir” deyərək Ermənistanın bu gün və gələcəkdə Azərbaycana ərazi iddialarının qarşısını almaq, “Ermənistan ATƏT-in Minsk Qrupunun ləğvinə razılıq verməlidir” deyərək sülh danışıqlarından kənar aktorları uzaqlaşdırmaq və məsələni regional müstəvidə saxlamaq, Ermənistan Qərbi Azərbaycan icması ilə danışıqlara başlamalı, daha sonra onların ata-baba yurdlarına qayıdışı təmin edilməlidir” deyərək isə münaqişəni başladığı əsaslara qaytarıb bitirmək istəyir.

Dəyişən dünya, işləməyən beynəlxalq hüquq

Prezidentin müsahibəsində digər diqqətçəkən məqam isə “…hadisələrin inkişafı bir daha sübut edir ki, dünya əsaslı şəkildə dəyişib və İkinci Dünya müharibəsi nəticəsində yaranmış reallıqlar, müəyyən edilmiş oyun qaydaları bu gün artıq işləmir, hətta qlobal aktorlar bunu gizlətmirlər” sözləri oldu.

Həqiqətən də bu gün beynəlxalq münasibətlər, beynəlxalq hüquq dediyimiz anlayışlar İkinci Dünya müharibəsi nəticəsində yaranıb. Yəni kifayət qədər köhnəlib və qeyri-effektiv hal alıb. Misal üçün Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdə baş verənlər, İsrail-İran gərginliyi, Tayvan, Kipr, Kəşmir, Kosova, Abxaziya, Cənubi Osetiya münaqişələrinin həllinin dalana dirənməsi bunu bir daha təsdiqləyir.

Son illər Üçüncü Dünya müharibəsinə dair fikirlər səsləndirilir. Yəni yeni dünya nizamını qurmaq üçün mütləq yeni dünya müharibəsinə ehtiyac yoxdur. Böyük güclər bir araya gəlib nizamı reformu keçirməlidir. Əks təqdirdə yeni dünya nizamı yeni bir dünya müharibəsindən sonra tərtib edilə bilər.

Azərbaycansayağı balans siyasəti

Prezidentin müsahibəsində diqqətçəkən digər məqam isə Azərbaycanın xarici siyasəti ilə bağlı dedikləri oldu. Ölkə başçısı deyib ki, xarici siyasətin xüsusiyyətlərinə görə istər Qərbdə, istərsə də Şərqdə Azərbaycan müstəqil xarici siyasət yürüdən tamamilə aktor kimi qəbul edilir.

“Həm də ona görə ki, bu, eyni zamanda həm Rusiyanın, həm də NATO üzvü Türkiyənin müttəfiqi olan yeganə ölkədir. Dünyada ikinci belə ölkə yoxdur”, – Dövlətimizin başçısı qeyd edib.

Əslində, bu, mərhum prezident Heydər Əliyev, daha sonra Prezident İlham Əliyevin apardığı balans siyasətidir. Cənubi Qafqaz hər zaman böyük güclərin diqqətində olub. Region ölkələrinin birqütblü siyasət yürütməsinin ağır fəsadları olur. Misal üçün Gürcüstan və Ermənistan fərqli vaxtlarda həm Rusiya, həm də Qərbmeyilli siyasət yürüdüb. Nəticədə hər iki ölkədə rəngli inqilab ssenariləri, ya da Gürcüstandakı kimi separatçılığın pik həddi yaşanıb.

Azərbaycanın son 35 illik tarixinə baxdıqda isə Ayaz Mütəllibov dövründə həddən artıq Rusiyapərəst, Əbülfəz Elçibəy dövründə xaotik Türkiyəpərəst siyasət, paraleldə İrana, Rusiyaya yersiz barmaq silkələmək ölkəni siyasi böhran, işğal və parçalanma riski ilə üz-üzə qoydu.

Yuxarıda qeyd etdiyim misalları nəzərə aldıqda deyə bilərəm ki, Azərbaycanın müstəqil xarici siyasət yürütməsinin sirri balans siyasətindədir. Prezidentin də dediyi kimi, Azərbaycan həm Rusiyanın, həm də NATO üzvü Türkiyənin müttəfiqi olan yeganə ölkədir".

Ayşən Vəli

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:206
embedMənbə:https://sia.az
archiveBu xəbər 23 Dekabr 2024 17:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1194

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see469

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see367

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see366

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see366

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see359

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see317

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see294

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see263

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

05 Oktyabr 2026 15:58see237

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see208

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see207

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see203

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see203

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see199

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see194

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

05 Oktyabr 2026 20:39see189

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see180

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see179

Yamal Golden Boy 2026 namizədləri arasında yoxdur

06 Oktyabr 2026 02:14see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri