Icma.az
close
up
RU
Bir ildə silinən pul mənim 15 illik büdcəm idi Əmiraslanov bilinməyənləri AÇIQLADI

Bir ildə silinən pul mənim 15 illik büdcəm idi Əmiraslanov bilinməyənləri AÇIQLADI

Icma.az, Unikal.az portalına istinadən məlumat verir.

Xəbər verdiyimiz kimi, Rusiyada yaşayan əslən azərbaycanlı, dünya şöhrətli kulinar Stalik Xankişiyev özünün "Facebook" hesabında bir neçə gün öncə ölkə lideri tərəfindən şiddətli töhmət alan Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevə qarşı sərt ittihamlar səsləndirib. Onun sözlərinə görə, F.Nağıyev Əməkdar mədəniyyət işçisi, Azərbaycanın Milli Kulinariya Mərkəzinin baş direktoru olmuş Tahir Əmiraslanovu Şuşada keçirilən ilk beynəlxalq kulinariya festivalından qovub, daha sonra onu işdən çıxarıb. 

Əməkdar mədəniyyət işçisi Tahir Əmiraslanov “Unikal”a açıqlamasında S.Xankişiyevin dediklərini təsdiqləyib. O, bu məsələnin artıq tarixə qovuşduğunu açıqlayıb: “Biz 2021-ci ilin mart ayının 15-də Livanda 18 ölkə qarşısında “Dolma məsələsi: Bütün şübhələrə son!” adlı kitabımızı ingilis və rus dillərində təqdim etdik. Səfirimiz Abbasqulu müəllim də bizi bu müddətdə tək buraxmırdı ki, birdən təhlükə yaranar. Çünki Livanda hər üç yüksək vəzifəli şəxsdən biri ermənidir. Martın 16-da isə “Lənkəran – dünya qastronomiya şəhəri” adlı təqdimatımızı etdik. Növbəti gün isə məni Dünya İslam Kulinariya Təşkilatının Prezidenti seçdilər. Həmin gün biz Dünya Kubokunu udduq. Daha sonra bayramqabağı idi, hamımız qayıtdıq Vətənə. İndi bunu bir erməni etsəydi, sizcə, Ermənistanda nə olardı? Amma biz bu qədər şeyin qarşılığında Turizm Agentliyindən “təbriknamə” olaraq məlumat aldıq ki, ad günü, Novruz bayramı və bütün bu qələbələrə görə səni işdən çıxartdıq. Pensiyaya bir il qalmışdı. Bunu ona görə etdilər ki, mən həm də pensiya ala bilməyim. 

Bizim yerimizə digər qrupu gətirirdilər, onun rəhbərliyində də Fərhad Aşurbəyli ilə Orxan Muxtarov var idi. Məhz onlar ASCA-da dünya təşkilatına məktub yazaraq bizim təşkilatı və bizi biabır etmişdilər. Həm rayon, həm Apellyasiya, həm də Ali Məhkəmənin qərarlarında çıxdı ki, onların dediklərinin heç bir əsası yoxdur. Amma artıq gec idi, çünki bizim imicimizi korlamışdılar. Biz bundan çox əziyyət çəkdik. Nəticədə isə bizi işdən çıxartdılar və dedilər ki, Tahir Əmiraslanov Şuşada keçirilən festivalda olmayacaq. 

Düşmənçilik Fuad müəllim təyin olunan gündən başlamışdı. Lakin ondan əvvəl də o, Mədəniyyət və  Nazirliyin Turizm  Nazirliyinə gəlib Turizm Bürosuna rəhbər təyin olunandan mübahisələrimiz var idi.
Mən heç kimə pislik arzu etmirəm, Allah canlarını sağ eləsin. Şuşaya məni buraxmaq istəmədikləri üçün Stalik və digər xaricdən gələnlər dedi ki, Tahir müəllim getmirsə, biz də getmirik. Bunun nəticəsində mən gedib orda bir gecə qaldım. Növbəti gün rəhbərlik, Anar müəllim gəlməli idi. Fuad müəllim, Səkinə Əsgərova və müavin (Azadə Hüseynova - red.) də gəldilər və məni oradan uzaqlaşdırdılar”. 

T.Əmiraslanovun sözlərinə görə, festivala onların 82 aşpazından heç biri buraxmaq istəməyiblər: “Bütün 44 günlük müharibə ərzində əsgərlərimiz üçün yeməkləri biz bişirirdik. 2020-ci ilin oktyabrında aşpazlarımdan biri yaralanmışdı. Mən onu görmək üçün Naftalanda Hospitala getdim. Ordakı digər aşpazlardan soruşdum ki, yaralılar bura hardan gətirilir? Dedi ki, Füzulidən, Zəngilandan və son günlərdə Daşaltıdan gəlirlər. Başa düşdüm ki, artıq orda əməliyyat gedir. Ayın 20-də biz hərbi hissələrdə kulinariya gününü qeyd etdik. Həmin günü Zəngilan azad edildi. Sanki, bunu Prezident bizim gün üçün hədiyyə etdi. Ordan qayıtdıqdan sonra, mən sosial şəbəkə hesablarımda elan etdim ki, 2021-ci ilin avqust ayında Şuşada Beynəlxalq Kulinariya Festivalı keçirəcəyik. O zaman görün Şuşanın azad edilməsinə hələ neçə gün var idi?! Bundan sonra artıq 9 ölkədən yazdılar ki, gəlirik. Mən bilirdim ki, Şuşa ətrafında əməliyyat gedir, hücum olacaq. Məqsədim də o idi ki, əsgərləri ruhlandırım. Deyəcəklər, Tahir Əmiraslanov dəli deyil ki, belə bir şey desin, yəqin, bilir ki, Şuşa alınacaq, ona görə elan verir. 

Bizim aşpazlar Qarabağdan 2021-ci ilin yanvar ayından sonra qayıtdılar. Sonra onlara Müdafiə Nazirliyi mükafat verdi, Qənirə Paşayeva qəbul etdi və s. Amma siz təsəvvür edin ki, bizdən yazan həmin 2 nəfər müxtəlif bəhanələrlə əsgərlikdən qaçıblar. Mən müharibənin gedişatında da onlara dedim ki, düzdür, bizim aramızda düşmənçilik var, amma ümumi düşmən birdir. Biz sizə imkan veririk ki, sizin təşkilat da bizimlə gedib səngərdə əsgərlər üçün yemək bişirsin. Onların biri də gəlmədi, hamısı qaçdılar. İndi siz təsəvvür edin ki, bu qaçanları Şuşaya apardılar, amma bizdən 6 aşpaz şəhid oldu, amma 82 aşpazımızdan birini də bizə üzv olduğu üçün festivala buraxmaq istəmirdilər. 

Stalik gəlib etiraz etdi, mən dedim ki, buraxmırlar bizi. Stalik yenidən digər strukturlara qədər çıxdı. Lakin təsəvvür edin ki, orduya getməyən, Azərbaycana, onun mətbəxinə lağ edən, bizdən dünya təşkilatlarına yazan və bunların arxasında dayanan Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, eləcə də onun emissarı Səkinə Əsgərova və müavini yenidən təzyiq göstərdilər”. 

Əməkdar mədəniyyət işçisi həmçinin qeyd edib ki, agentlik onu ölkə üçün taleyüklü məsələdən qəsdən uzaq tutub: “Bilirsiniz ki, monitorinq qrupuna deputatlar da daxil olmaqla heç kimi buraxmırdılar. Orada yeməkxana eyni olsa da, rus və türk zabitlər bircə dəfə də olsa bir masa arxasında oturub yemək yeməmişdilər. Ordu ilə razılaşdırıb, ora aşpazları da mən göndərmişdim. Bizi Novruz bayramını qeyd etmək üçün ordudan monitorinq qrupuna göndərdilər. Amma bizim məqsədimiz başqa idi. Çünki orda türklər bizim xeyrimizə yazanda, ruslar buna qarşı çıxırdılar. İndi bunları barışdırmaq lazım idi. Orda işi elə qurduq ki, mən çıxış etdim, hər iki generalla danışdım. Nəticədə yemək vaxtı rus və türk generalların köməkçiləri bir stolda oturdular və xahiş etdilər ki, Tahir Əmiraslanov bizimlə otursun. Sonra ordudan mənə minnətdarlıq etdilər ki, mümkünsüz bir işi gördün. Bir müddətdən sonra həmin qruplar yenilənəndə, ordudan dedilər ki, yenidən bu işi görmək lazımdır. Lakin Dövlət Turizm Agentliyi məni heç bir şəkildə ora buraxmadı. Qənirə Paşayevə Prezident Aparatına qədər çıxdı, lakin onlar yenə də mənə ora getməyi qadağan etdilər ki, sonra Tahir Əmiraslanovu işdən çıxarmaq asan olsun. Yəni müəyyən məsələlərə görə mən orada olmalı idim, indi hər şeyi açıq deyə bilmirəm. Komanda getsə də, mən gedə bilmədim. Təbii ki, həmin effekt alınmadı”. 

Tahir Əmiraslanov Dövlət Turizm Agentliyində bir ildə baş verən yeyintilərin onun 15 illik büdcəsi olduğunu da bildirib: “Dövlət Turizm Agentliyinin sədr müavini Azadə xanım (Hüseynova – red.) 2022-ci ildə açıqladı ki, biz Tahir Əmiraslanovu Dünya Kulinariya Təşkilatından çıxarıb, yerinə həmin – bizdən yazanları (Fərhad Aşurbəyli ilə Orxan Muxtarov nəzərdə tutulur - red.), Azərbaycan mədəniyyətinə və mətbəxinə nifrət edənləri, Azərbaycan dilini düzgün bilməyən adamı zorla dünya təşkilatına gətirdilər. 

İndi də məlum olur ki, bir ildə WACS-ın (World Association of Chefs' – red.) adından 2,9 milyon pul yeyilib. Bu, mənim çıxarıldığım mərkəzin 15 illik büdcəsidir. 

Stalik Xankişiyevin 10 min dollarını vermədiklərini də çoxdan bilirdim. Lakin demirdim ki, ayıbdır. Yəni Stalik deməsəydi, mən bu məsələni açmayacaqdım. Hələ çox şey var deyilməyən. Burda nə varsa, mənimkidir. Adam evin sirrini çölə deməz”. 

T.Əmiraslanov Dövlət Turizm Agentliyinin ermənilərə qarşı heç bir tədbir görmədiyini, əksinə, onların dəyirmanına su tökdüyünü qeyd edib: “WACS-ın Əbu-Dabidə konqresi keçirilirdi. Dedilər ki, sizə də bilet alacağıq. Səkinə Əsgərova və adamları dünyanın hər yerinə gedirdilər. Hətta WACS-da gülürdülər ki, Azərbaycan məmurları ictimai təşkilatın tədbirlərinə gedir. Həmin konqresə 10 nəfərdən çox adam aparıldı. Bunların heç birinin WACS-la əlaqəsi yox idi, əsasən məmurlar getdilər. Və ora apardıqları adamlar, hansı ki, biz cəbhədə olanda, onlar burda pul silib, Qusarda özlərinə ev tikirdilər, heç konqresdə görünmədilər. Yəni Sinqapura gəzməyə getdilər. Biz iki nəfər üçün pul istədik ki, ən azından bilet pulumuzu versinlər, gedib təmsil olunacaq. Amma heç birini etmədilər. Əbu-Dabiyə dostlardan, QHT-lərdən və s. səfər qrantı alıb getdik. Sinqapura isə tamamilə öz cibimdən xərclədim. Bunlar isə gedib gəzdilər, pul silib yedilər, min oyundan çıxdılar və s. Daha sonra bunlar guya Lüksemburqda yarışa getdilər və heç nə qazanmadılar, orada ilk dəfə ermənilər qızıl medal aldılar. Onlar 20-yə yaxın erməni idi. Lakin Əbu-Dabidə olanda belə mənim gücüm çatırdı ki, onları uzaqlaşdıra bilim. 

İndi məni bunların tutulmağı, cəzalandırılmağı və s. heç nə maraqlandırmır. Lakin onlar üç il ərzində bizim 20-30 illik zəhmətimizi yerə vurdular. Mən işdən çıxan kimi Fuad müəllimgil Discovery World Travel’də 7 mətbəx nümunəmizi ermənilərə hədiyyə etdilər. Fuad müəllim Turizm Agentliyinə gələndən bəri bu işlər başlamışdı. Onlar Azərbaycana çəkilişə gələnləri də mənim yanıma buraxmırdılar. Özləri də çəkəndə mətbəximizi təhrif olunmiş formada təqdim edirdi. Mən ona görə etiraz etdim. Onlar elə bilirdilər ki, məni işdən çıxarmaqla susduracaqlar. İndi analiz olunsun ki, Dövlət Turizm Agentliyi, onun qastronomiya şöbəsi, Milli Kulinariya Mərkəzi və Turizm Bürosu mən işdən çıxdıqdan sonrakı bu 3 ildə hansı yenilikləri ediblər? Bunlar yalnız dediyim şəxslərin assosasiyaları ilə işləyirlər və onların vasitəsilə də pul sildilər. Mən onlardan bir qəpik belə almamışam və bu 2,9 milyonluq işdən xəbərim yoxdur. Görün mən 15 ildə nə qədər iş görmüşəm?! O pulu mənə versəydilər, dünyanı Azərbaycanın ayağının altına sərərdim. 

Milli Kulinariya Mərkəzi dövlət tərəfindən ayrıca maliyyələşirdi. Sonra elə etdilər ki, o da ləğv olundu. Sonra tapşırıldı ki, sənədlərinizdə dövlət gerbindən istifadə edə bilmərsiniz. 

Ermənilər 5 şərt qoymuşdular: Milli Kulinariya Assosasiyasını aşmaq, Milli Kulinariya Mərkəzini iflic vəziyyətinə salıb məhv etmək, Tahir Əmiraslanovu ordan çıxarmaq, eləcə də festivalların hamısının qarşısını almaq və Tahir Əmiraslanov haqqında dünya təşkilatları qarşısında mənfi fikir yaratmaq. Dövlət Turizm Agentliyi ermənilərin qoyduğu bu şərtlərin hamısını etdi. 

Ermənilərin mənə gücü çatmırdı. 2017-ci ildə UNESCO-ya məktub yazdılar ki, Tahir Əmiraslanov Ermənistanın düşməni və rasistdir, onu fəallar siyahısından çıxarın. O vaxt Mehriban xanım Əliyevanın UNESCO-da olan nüfuzu sayəsində mən orda qaldım. 2018-ci ildə cənab Prezident Novruz bayramında mənə dedi ki, sən Ermənistanı diz üstə qoymusan. Dedim ki, cənab Prezident, arxamda dayanın, öz sahəmdə dünyanı diz üstdə qoyum. Orda stolda bəzi söhbətlər oldu. Prezident Əbülfəs Qarayevə dedi ki, niyə təqdimatını vermirsiniz? Hələ biz onda Mədəniyyət Nazirliyi nəzdində idik. Həmin il mənə “Şöhrət” ordeni verildi. 

Ondan sonra Turizm Agentliyi yaradıldı və Fuad müəllimi sədr qoydular. Mərkəzi də bura verdilər ki, dağıdılsın. Yavaş-yavaş dağıdıldı, 2022-ci ilin martında da məni işdən çıxartdılar. O vaxta qədər ermənilər ürək edib bu addımı atmırdılar, lakin eyni ilin dekabr ayında Ermənistan Elm-Təhsil, Mədəniyyət və İdman Nazirliyinin milli irs portalı yaradıldı və oraya bizim 250 xörəyimiz qoyuldu. Ermənilər qızıl medal aldılar, konqresə gəldilər, sonra hədiyyə paylayıb başladılar dünyanı ələ almağa. İndi belə getsə, 15 il sonra Azərbaycan mətbəxini məhv edəcəklər. Bu da onların gördüyü iş...

Mən düşünürdüm ki, bu insanlar ermənilərə işləyir. Bəlkə də bunun hər ikisidir, amma görürəm ki, bunların hamısını pula görə ediblər. Adamı işdən çıxararlar, amma ictimai təşkilatda da qarşı çıxdılar, hər yoldan qarşımızı kəsdilər. Yəni niyə erməniyə işləyirsən, bunu başa düşə bilmirəm? Bəlkə də həm erməniyə xidmət edir, həm də pul silir. Yenə deyirəm, bir ildə silinən pul mənim 15 illik büdcəm idi. Bir milyon da mərkəzdən silinib. Deməli, mənim 30 ildə verilən büdcəmi bunlar 1 ildə yeyib. Görün o pula nə qədər iş görmək olardı?! 

Mən ordan çıxarıldıqdan sonra iki dünya təşkilatına Prezident seçildim. Çay ənənəmizi, iftar və təndiri UNESCO-ya gətirdim. 4 ədəd kitabım çıxdı. Bunlar tarixdə qalacaq deyə deyirəm. Bəs onlar nə etdilər? Vallah, məsələ pul məsələsi deyil. Bu qədər pulu yemisiniz, heç olmasa bunun qarşılığında 500 minlik iş görün. Amma bunlar erməniyə işləyirlərsə, cəza almalıdırlar. Məni incidən də budur ki, onlar niyə Azərbaycana bu qədər ziyan vurdular?”

Ağarza Elçinoğlu


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:138
embedMənbə:https://unikal.az
archiveBu xəbər 09 Mart 2025 15:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yayda ətir necə seçilməlidir? Tanınmış əttardan TÖVSİYƏLƏR

07 İyun 2025 13:47see183

Yığmamız Avropa kubokunun yarımfinalında Malta ilə qarşılaşacaq

07 İyun 2025 23:39see130

Bədavi Hüseynov millinin heyətindən çıxarıldı

07 İyun 2025 08:32see122

“Hakimin az qala bütün qərarları ya Qarabağ ın, ya da Sabah ın narazılığına səbəb oldu”

08 İyun 2025 04:24see119

Münxendə insanlara bıçaqla hücum edən şəxs polis tərəfindən zərərsizləşdirilib

08 İyun 2025 04:24see117

Astronomlar ilk dəfə unikal ulduzları kəşf edirlər..?

08 İyun 2025 00:17see115

Klopp Real a hücumçu təklif etdi

07 İyun 2025 23:00see115

DİQQƏT! Bu ərazilərdə qaz KƏSİLƏCƏK

07 İyun 2025 10:37see114

Elçibəyi devirənlər Heydər Əliyevə qarşı qiyam qaldırdı: 32 illik müəmma

07 İyun 2025 06:05see114

Zaxarova Zelenskini təhqir etdi: ...alçaq hərəkətə əl atıb

07 İyun 2025 21:57see114

İlon Maskdan gözlənilməz həmlə ABŞ ı heyrətə saldı

07 İyun 2025 17:56see113

Təhlükəli epizodlar yaratdıq Fernandu Santuş

07 İyun 2025 19:52see113

40 il Korsikaya qarşı vuruşan Fransa... Niyə erməni separatizminə hə, rus separatizminə yox deyir...

07 İyun 2025 20:10see113

Maskın təklifi

08 İyun 2025 04:23see113

Əfran İsmayılov: Hansısa oyunçunu yoxlamaq, kimisə hazırlamaq dövrü arxada qaldı

07 İyun 2025 09:00see113

"Qumar kralı" "sağ əli" həbs edildi

07 İyun 2025 23:06see113

YPX maşınına yol verən sürücüyə cərimə yazıldı VİDEO

07 İyun 2025 17:51see112

Bakıda marketdən pul oğurlandı

07 İyun 2025 17:58see112

Rusiya ordusu Sumı şəhərinə yaxınlaşır

07 İyun 2025 17:23see111

Bu gün İspaniya Portuqaliya finalı var

08 İyun 2025 10:46see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri