Icma.az
close
up
RU
“Prezidentin nitqi alimlər üçün bir çağırışdır” Əhliman Əmiraslanov

“Prezidentin nitqi alimlər üçün bir çağırışdır” Əhliman Əmiraslanov

Icma.az, Unikal.az saytına istinadən bildirir.

Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley yığıncağında iştirakı dövlət başçısının elmə, təhsilə və ziyalılara göstərdiyi dərin diqqət və hörmətin bariz göstəricisidir. Ölkə başçısının yığıncaqdakı nitqini elmi mühit üçün bir çağırış, bir istiqamətverici mesaj olmaqla yanaşı həmdə bir “yol xəritəsi” adlandırmaq olar.

Çünki burada həm elm adamlarının qarşısında duran yeni vəzifələr müəyyən olunur, həm də dövlətin bu sahəyə göstərdiyi davamlı dəstəyin konturları aydın şəkildə ifadə edilir. Dövlətimizin başçısı akademiyanın 80 il ərzində böyük yol keçdiyini bildirərək qeyd etdi ki, “Azərbaycan alimləri bundan sonra da ölkəmizin uğurlu inkişafına öz töhfələrini verəcəklər. Akademiya 80 il ərzində böyük yol keçmişdir, Azərbaycanda elmin inkişafında aparıcı rol oynamışdır. Bu illər ərzində biz müxtəlif ictimai-siyasi quruluşlarda yaşasaq da, Azərbaycan hər zaman öz elminin inkişafına böyük diqqət yetirirdi. Ulu Öndər Heydər Əliyev hər zaman Azərbaycan alimlərini dəstəkləmək üçün öz səylərini əsirgəmirdi. Hələ ötən əsrin 70-ci illərində onun rəhbərliyi ilə Akademiyanın fəaliyyəti təkmilləşdi, bir neçə yeni elmi-tədqiqat institutu yaradıldı, elmin inkişafına böyük vəsait ayrılırdı. Faktiki olaraq bu siyasət müstəqillik illərində də davam etdirilirdi. Ulu Öndərin təşəbbüsü ilə keçən əsrin 70-ci illərindən başlayaraq yüz minlərlə Azərbaycan gənci o vaxt Sovet İttifaqının aparıcı ali məktəblərinə göndərilmişdir və beləliklə, ölkəmizdə intellektual potensial daha da güclənmişdir.

Eyni siyasəti biz müstəqillik illərində də aparırıq. Bu gün də on minlərlə Azərbaycan gənci artıq dünyanın aparıcı ali məktəblərinə ezam olunur. Onların böyük əksəriyyəti oxuyub Vətənə qayıdırlar və beləliklə, ölkəmizin inkişafına öz dəyərli töhfələrini verirlər.” Prezident İlham Əliyevin yubileyindəki çıxışında həmdə dünyaya mühüm əhəmiyyətli mesajlar verildi. Bu gün Azərbaycan dünyanın qüdrətli dövlətləri sırasına daxil olmaqdadır. Hətta bir çox ölkəyə hərbi təyinatlı məhsul ixrac edirik. Ölkəmizdə pilotsuz uçuş aparatlarının istehsalına başlanılması növbəti uğurlarımızdandir. Artıq bu gün bu istiqamətdə Azərbaycanda çox böyük işlər görülür. Bu məhsullar həm xarici bazarlardan tədarük edilir, həm də ölkəmizdə də bir çox növdən ibarət pilotsuz uçuş aparatları istehsal olunur. Prosesin davam etdiriləcəyi qərara alınıb. Çünki müasir müharibələri bunsuz təsəvvür etmək mümkün deyil. Dövlətimizin başçısı AMEA-nın 80 illik yubileyindəki çıxışında da vurğuladı ki, digər sahələrdə olduğu kimi, bu istiqamətdə də, Azərbaycan elmi ictimaiyyəti üçün çox böyük fəaliyyət meydançası yaradılır. dövlətimizin başçısının texnoloji inkişafı ölkəmiz üçün prioritet hesab etməsinə münasibət bildirərkən deyib ki, bu gün hər bir ölkənin inkişafını, eyni zamanda, təhlükəsizliyini o ölkənin texnoloji imkanları şərtləndirir. Bu inkişafı şərtləndirən mühüm amillərdən biri də yeni texnologiyaların tətbiqidir. Texnoloji inkişaf bizim üçün əsas prioritet olmalıdır. Məhz bu baxımdan Elmin inkişafı üzrə Milli Strategiyanın, “Elm haqqında” Qanunun və Dövlət Proqramının qəbul edilməsi yüksək qiymətə layiqdir. Həmin sənəd süni intellektin təkcə texnoloji deyil, həm də elmi, iqtisadi və sosial müstəvidə strateji əhəmiyyət daşıdığını təsdiqləyir. Bu, dövlətin gələcəyə baxışını, elmi yeniliklərə açıq siyasətini və Azərbaycanı regionun qabaqcıl texnoloji mərkəzlərindən birinə çevirmək məqsədini əks etdirir.

 Ölkə Prezidenti eyni zamanda diqqətə çatdırdı ki, Azərbaycan xalqı böyük coğrafiyada yaşayıb və yaşayır. Təkcə onu demək kifayətdir ki, bizim hüdudlarımızın o tayında hər istiqamət üzrə Azərbaycan əhalisi yaşayır. Azərbaycanlılar Ermənistanda da yaşayıb, amma oradan qovulub. Amma əminəm ki, yenə də yaşayacaq. Azərbaycanlılar heç vaxt separatizm xəstəliyinə düçar olmamışlar. Prezident, Ali Baş Komandan İlham Əliyev bir neçə gündən sonra şanlı Zəfərimizin beş illiyini qeyd edəcəyimizi də xatırladaraq dedi ki, bu münasibətlə Azadlıq meydanında Hərbi parad təşkil ediləcək: “Beş il əvvəl, 2020-ci ilin dekabrında Zəfər paradı keçirilmişdir. 2023-cü ildə Xankəndidə hərbi parad keçirilmişdir ki, Azərbaycanın suverenliyi tam bərpa edilmişdir. Bir neçə gündən sonra Azadlıq meydanında hərbi paradın keçirilməsi böyük hadisədir, qürurverici hadisədir. Azərbaycan xalqı bu Şanlı Zəfərlə bundan sonra əbədi fəxr edəcək”.

Milli Məcisin Səhiyyə komitəsinin sədri,

akademik Əhliman Əmiraslanov


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://unikal.az
archiveBu xəbər 04 Noyabr 2025 17:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri