Bir ilə 54 tender qazanan sirli Azsur Group 13 milyonluq sifariş alan MMC kimindir?
Qaynarinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Satınalma müsabiqələrində fəal şirkətlərdən biri də "Azsur Group” MMC-dir.
Qaynarinfo xəbər verir ki, şirkət yeni ilin ilk ayında artıq 2 tenderin qalibi seçilib.
Bu tenderlər Naxçıvan Şəhər İcra Hakimiyyəti və Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Əsaslı Tikinti və Təchizat” MMC tərəfindən keçirilib.
İcra hakimiyyətinin keçirdiyi tender üzrə satınalma müqaviləsinin maliyyə dəyəri 314 433 manatdır. Şirkət bu məbləğə Naxçıvan şəhəri Babək məhəlləsi 25 və N.Tusi küçəsində yerləşən 30 mənzili əsaslı təmir və zəruri avadanlıqlarla təchiz etməlidir.
"Əsaslı Tikinti və Təchizat” MMC-nin keçirdiyi satınalma müsabiqəsi isə Tovuz rayonunda yerləşən Mədəniyyət Mərkəzinin əsaslı təmir işlərinin satın alınması ilə bağlıdır. MMC buna görə "Azsur Group” şirkətinə 383 500 manat ödəməlidir.
Araşdırmalarımız zamanı məlum olub ki, "Azsur Group” MMC ötən il 54 tenderin qalibi seçilib. Bu tenderlər Oğuz, Hacıqabul, Ağstafa, Qəbələ, Qazax rayon icra hakimiyyətləri də daxil müxtəlif qurumlar tərəfindən keçirilib. Şirkətin qalibi seçildiyi tenderlər üzrə satınalma müqavilələrinin ümumi maliyyə dəyəri 13 681 037,36 manatdır.
Bəs dövlət qurumların iri layihələri etibar etdiyi bu şirkət haqqında nə bilirik?
İqtisadiyyat Nazirliyinin Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "Azsur Group” MMC 21 FEVRAL 2018-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 manatdır. Hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, Əhməd Rəcəbəli, ev 21F, mənzil 21F-də yerləşən şirkətin qanuni təmsilçisi İmanlı Rəşad Yasəf oğludur.
Açıq mənbələrdə şirkət haqqında heç bir məlumat yoxdur. Rəşad İmanlı barəsində də hər hası məlumata rast gəlinmir. Ondan əvvəl şirkətin qanuni təmsilçisi Musayev Sərxan Mətləb oğlu olub. Onun haqqında da heç bir məlumat yoxdur.
"Azsur Group” MMC-nin veb-səhifəsi olsa da, işlək deyil. Bu baxımdan şirkətin maddi-texniki bazasının hansı səviyyədə olduğu, çalışdığı sahədə peşəkarlığının olub-olmaması bəlli deyil. Bəlli olan odur ki, bu sirli şirkət iri məbləğli dövlət layihələrinin icra edir.
Seyid
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:28
Bu xəbər 13 Yanvar 2026 14:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















