Icma.az
close
up
RU
Bir ayda icra hakimiyyətindən 2,5 milyonluq sifariş alan şirkət kimindir?

Bir ayda icra hakimiyyətindən 2,5 milyonluq sifariş alan şirkət kimindir?

Icma.az, Qaynarinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Qusar Rayon İcra Hakimiyyəti Başçısının Qusar şəhəri üzrə nümayəndəliyi şəhərdə küçə və parkların cari təmir işlərinin satın alınması ilə bağlı tenderə yekun vurub. 

Qaynarinfo xəbər verir ki, tenderin qalibi "Ana-Yol” MMC seçilib. Artıq tərəflər arasında satınalma müqaviləsi bağlanıb. Müqavilənin maliyyə dəyəri 1 132 414,49 manatdır. 

"Ana Yol” MMC az əvvəl Qusar Rayon İcra Hakimiyyəti Başçısının Aparatının Qusar şəhərində küçə və yolların əsaslı təmiri işlərinin satın alınması ilə bağlı keçirdiyi tenderin qalibi seçilib. Bu tender üzrə tərəflər arasında bağlanana satınalma müqaviləsinin maliyyə dəyəri 985 963,01 manat təşkil edir. 

Maraqlıdır ki, şirkət avqust ayında Qusar şəhərində küçə və yolların əsaslı təmiri işlərinin satın alınması ilə bağlı daha bir tenderin qalibi seçilib. Qusar Rayon İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən keçirilən bu tender üzrə satınalma predemtinin maliyyə dəyəri 430 719,85 manatdır. 

Beləliklə, "Ana-Yol” MMC təkcə avqust ayında Qusar Rayon İcra Hakimiyyətindən 2 549 097,35 manatlıq sifariş alıb. 

Dövlət satınalmalarının vahid elektron portalı üzərindən apardığımız araşdırma zamanı məlum olub ki, Qusar Rayon İcra Hakimiyyəti "Ana-Yol”  şirkətinin daimi müştəsiridir. Yəni, icra hakimiyyətinin və ona tabeli qurumların təmir işləri ilə bağlı keçirdiyi tenderlərin qalibi məhz bu şirkət olur. 

Məsələn, ötən il də Qusar şəhərində abadlıq işlərinin satın alınması ilə bağlı keçirilən tenderin qalibi də "Ana-Yol” MMC seçilib. Abadlıq işlərinə 367 548,23 manat xərclənib. 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında qeyd edilir ki, "Ana-Yol” MMC 15 mart 2005-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 manatdır. Şirkətin qanuni təmsilçisi Tariverdiyev Ədalət Qeysəddin oğludur. Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi haqqında heç bir məlumat yoxdur. 

Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanovdur. O, 2024-cü ildən rayona rəhbərlik edir. 

Seyid

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:219
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 22 Avqust 2025 17:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see317

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see312

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see310

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see306

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see306

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see286

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see286

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see285

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see282

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see264

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see256

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see252

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see240

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see239

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see238

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see227

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see219

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see218

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see213

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri