Icma.az
close
up
RU
Bir ilk: Qarabağ qazisi və polis oğlunun məzarı Laçına köçürüldü

Bir ilk: Qarabağ qazisi və polis oğlunun məzarı Laçına köçürüldü

Gununsesi saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan torpaqları Ermənistanın işğalından azad olunduqdan sonra ilk dəfə keçmiş məcburi köçkünlərin məzarları doğma yurdlarına köçürülərək orada dəfn olunub.

Gununsesi.info-nun məlumatına görə, Teleqraf-ın Qarabağ bürosu xəbər verir ki, Abbasov Mətləb Ziyad oğlu və onun övladı Abbasov İman Mətləb oğlunun məzarları Laçın rayonunun Mişni kənd qəbiristanlığında torpağa tapşırılıb.

Ləman Həsənova bildirib ki, onun atası Mətləb Abbasovun arzusu doğulduğu kənddə dəfn olunmaq olub:

“Atam, Abbasov Mətləb Ziyad oğlu 1960-cı ildə Laçın rayon Laçın rayon Mişni kəndində anadan olub. 1992-ci ildə Ermənistan Silahlı qüvvələri Azərbaycan torpalarını işğal etməyə başlayanda torpaqların müdafiəsinə qalxıb. Yaralanmışdı, 2-ci qrup Qarabağ əlili idi. Laçın rayonu ermənilərin nəzarətinə keçəndə mən və qardaşım körpə idik. Ağcabədi rayonunun Taxtakörpü adlanan ərazisində məskunlaşdıq. Atam bizi böyük zəhmətlə böyüdüb.

Qardaşım, 1990-cı il təvəllüdlü Abbasov İman Mətləb oğlu polis sıralarında işləyirdi. Vətən müharibəsi zamanı da xidməti böyük olub. Torpaqlarımız düşməndən azad olunduqdan sonra isə İman polis serjantı kimi, Laçın rayon ərazisində xidmətini davam etdirdi. İman 2022-ci ildə xidməti zamanı həyatının itirdi”.

L.Həsənova onu da qeyd edib ki, aparılan araşdırmaların nəticəsi kimi ailəyə məlumat verilib ki, polis serjantı İman Abbasov rayonun Sus kəndi ərazisində silahla ehtiyatsız davranma səbəbindən həyatını itirib:

“Bu xəbər səhətində problem olan atamın necə deyərlər qəddini əydi. Xəstəliyi daha da artdı. Oğlu İmandan iki il sonra o da haqqın dərgahına ucaldı.

Atam ömrünün son günlərində bizi toplayıb son arzusunu vəsiyyət elədi. Dedi məni oğlum ilə birlikdə öz dədə-baba torpağında Laçının Mişni kəndində dəfn edin. Lakin bu həmin vaxt mümkün olmadı. Amma bu gün adiyyatı qrumların köməkliyi ilə atamın və qardaşımın nəşi Ağcabədidən Laçına köçürüldü”.

Bu gün ailənin indi yeganə qız övladı olan Ləman Həsənova deyir ki, atamın bu arzusunu həyata keçirdə bildiyim üçün çox xoşbəxtəm:

“Qardaşım İman rəhmətə gedəndə onun iki övladı yetim qaldı. Mən isə bu dünyada tək qaldığımı hiss etmişdim. Çünki, İman çox cürətli, çox mərhəmətli insan idi. O, polis kimi işlədiyi şöbədə də xətirli-hörmətli idi. Hətda qüsursuz xidmətə görə orden-medalları da var. Məhz buna görə də onun ölümünü qəbul edə bilmirdim. Çəkdiyim qardaş dərdi azmış kimi, atam da bu həyatdan köçüb getdi.

Məhz bundan sonra özümdə güc topladım və atamın arzusunu gerçəkləşdirəcəyimin sözünü verdim. Çünki, atam öz torpağında dəfn olunmağı vəsiyyət etmişdi. Eyni zamanda qardaşımı da onunla bərabər aparmağımızı xahiş etmişdi.

Həmin vaxt bu mümkün olmadı. Səbəbi isə bizim kəndin ərazisinin minalardan tam təmizlənməməsi idi.

Bu gün atamın vəsiyyətini gerçəkləşdirdiyimiz üçün çox xoşbəxtəm. Dövlətimiz də bizə dəstək oldu, qohum-əqrabalarımızda. Bəlkə də tək bacara bilməzdim. Bu səbəbdən də köməyi olan hərkəsə öz təşəkkürümü bildirirəm. Qəlbimdə ata, qardaş dağı olsa da onların ruhu azad Qarabağda azad gəzəcək. Tək təsəllim bu olacaq”.

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 27 İyul 2025 15:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see315

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see280

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see273

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see268

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see262

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see259

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see258

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see243

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see237

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see233

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see225

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see224

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see223

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see221

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see218

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see216

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see211

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see197

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see191

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri