Diplomatlar Laçına gedir
Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.
Diplomatik korpusun nümayəndələri Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına təşkil edilən səfərin ikinci günündə Laçın rayonuna yola düşüblər.
Bakıvaxtı.az xəbər verir ki, səfər çərçivəsində Laçın şəhərində yerləşən "Zerti Aqro Sənaye Parkı"nda fəaliyyət göstərən tikiş, mebel və ayaqqabı fabrikləri, efir yağları istehsalı və heyvan saxlama müəssisələri, eləcə də istixana və fidanlıq komplekslərinin fəaliyyəti ilə tanışlıq planlaşdırılır.
Diplomatların "Laçın" İstirahət Kompleksini ziyarəti də nəzərdə tutulur.
Qeyd edək ki, baş tutan bu səfər işğaldan azad olunmuş ərazilərə diplomatik korpus nümayəndələrinin sayca 21-ci səfəridir.
Bu cür səfərlər işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən layihələrin miqyasını və əldə olunan nəticələr barədə obyektiv təsəvvür formalaşdırmaq baxımından mühüm əhəmiyyət kəsb edir.
Baxış sayı:68
Bu xəbər 02 May 2026 10:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















