Bir işçiyə düşən orta aylıq işlənmiş iş saatlarının miqdarı bəlli oldu
Icma.az xəbər verir, Teleqraf.com saytına əsaslanaraq.
2024-cü ilin yanvar-oktyabr aylarında bir işçiyə düşən orta aylıq işlənmiş iş saatlarının miqdarı 148,2 saat təşkil edib.
Teleqraf.com Statistika Komitəsinə istinadən xəbər verir ki, bir işçiyə düşən orta aylıq işlənmiş iş saatlarının miqdarı dövlət idarəetməsi və müdafiə, sosial təminat sahəsində daha yüksək olub. Bu sahədə orta aylıq işlənmiş iş saatları 156,1 saat təşkil edib.
Su təchizatı, tullantıların təmizlənməsi və emalı sahəsi reytinqdə ikinci sırada yer alıb. Sektorda bir işçiyə düşən orta aylıq işlənmiş iş saatlarının miqdarı 154,6 saat olub.
Ümumilikdə dekabrın 1-i vəziyyətinə iqtisadi fəal əhalinin sayı 5 milyon 310,2 min nəfər olub. Onlardan 5 milyon 27,6 min nəfərini məşğul əhali təşkil edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 19 Dekabr 2024 09:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















