Bir iynə ilə qorxu və təşvişdən birdəfəlik qurtulmaq mümükün olacaq
Icma.az bildirir, Saglamolun saytına əsaslanaraq.
Alimlər narahatlıq, stress və depressiyanın müalicəsində inqilabi hesab edilən yeni preparat hazırlayıb. “PA-915” adlı eksperimental birləşmə ilkin araşdırmalarda “narahatlıq vaksini”nə bənzər təsir göstərərək heyvanlarda təşviş və depressiya əlamətlərini əhəmiyyətli dərəcədə azaldıb. Araşdırmalar göstərib ki, preparatın təsiri tək dozadan sonra 8 həftəyədək davam edir.
Mütəxəssislərin sözlərinə görə, PA-915 beyində stress reaksiyasını idarə edən PAC1 reseptoruna təsir edir. Bu reseptor kortizol hormonunun ifrazı və hipotalamus-hipofiz-böyrəküstü vəzi sisteminin fəaliyyətində mühüm rol oynayır. Xroniki stress zamanı həmin sistem həddindən artıq aktivləşərək narahatlıq, emosional tükənmişlik və depressiyaya səbəb olur. Preparat isə bu mexanizmi zəiflədərək beyində “stress siqnallarını” azaltmağa kömək edir.
Alimlər hesab edir ki, gələcəkdə bu yanaşma posttravmatik stress pozuntusunun profilaktikası və yüksək stress altında çalışan insanların müalicəsində istifadə oluna bilər. Hazırda preparat yalnız heyvanlar üzərində sınaqdan keçirilib və növbəti mərhələdə insanlar üzərində klinik tədqiqatların aparılması planlaşdırılır.
Saglamolun.Az
Baxış sayı:174
Bu xəbər 19 May 2026 16:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















