Bir kasası xəstəliyi qapıdan qovur: Şəfa mənbəyidir
Bakupost saytına istinadən Icma.az xəbər verir.
Üst tənəffüs yolları infeksiyalarının artdığı bu dövrdə mütəxəssislər toyuq şorbasının tərkibindəki sistein amin turşusunun bəlğəmi durulaşdıran və tənəffüs yollarını rahatladan təsirinə diqqət çəkiblər.
Bakupost.az Milli.az-a istinadən xəbər verir ki, mövsüm keçidləri ilə birlikdə artan infeksiyalara qarşı ənənəvi mətbəximizin təməl daşlarından olan toyuq şorbası, həm qida dəyəri, həm də fizioloji təsirləri ilə mütəxəssislər tərəfindən tövsiyə edilən qidaların başında gəlir. Toyuqun qaynadılması zamanı ortaya çıxan sistein adlı amin turşusu, kimyəvi quruluşuna görə tərkibində asetilsistein olan dərmanlarla bənzərlik təşkil edir.
Bu maddə ağciyərlərdəki və tənəffüs yollarındakı seliyin (bəlğəmin) incəlməsinə kömək edərək, onun bədəndən xaric olunmasını asanlaşdırır.
Şorbanın tərkibindəki komponentlərin orqanizmə təsirləri aşağıdakı kimi sıralanır:
Xəstəlik müddətində itirilən mayenin bərpasını təmin edir.
Toyuq suyu neytrofillərin (ağ qan hüceyrələrinin bir növü) hərəkətini məhdudlaşdıraraq tənəffüs yollarındakı iltihab əlamətlərini yüngülləşdirir.
Şorbaya əlavə edilən yerkökü, kərəviz, soğan və sarımsaq kimi tərəvəzlər A, C və B vitaminləri ilə yanaşı, güclü antioksidant dəstəyi verir.
Qidalanma mütəxəssisləri vurğulayırlar ki, maksimum fayda üçün hazır (industrial) məhsullar deyil, sümüklü toyuq ətinin uzun müddət az odda qaynadılması ilə əldə edilən sudan istifadə olunmalıdır.
Sümük iliyindən suya keçən bu maddələr həzm sistemini dəstəkləyir və bağırsaq baryerini gücləndirir.
Şorbaya süfrəyə verilərkən əlavə edilən təzə limon şirəsi və istiot, tərkibindəki C vitamini və piperin sayəsində çorbanın faydalılığını artırır.
Şorbanın isti içilməsi burun kanallarındakı təmizləmə prosesini sürətləndirir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:153
Bu xəbər 30 Mart 2026 12:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















