Icma.az
close
up
RU
Bir kənddə min qadın varsa, onların neçə nəfərini işlə təmin etmək olar? VACİB AÇIQLAMA KONKRET

Bir kənddə min qadın varsa, onların neçə nəfərini işlə təmin etmək olar? VACİB AÇIQLAMA KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumat yayır.

“Bölgələrdə iş yerləri paytaxta nisbətən daha azdır. Bu baxımdan orada insanların tam şəkildə işləməsi praktiki cəhətdən mümkün deyil. Heç kişilər iş tapa bilmir, nəinki qadınlar. Amma qadınlar bölgələrdə iki hissəyə bölünür. Yəni şəhər psixologiyası ilə yaşam tərzi seçənlər və kənd qadınları. Əsasən rayon mərkəzlərində yaşayan qadınların bir çoxu təhsil sahəsində, xəstəxanalarda, kitabxanalarda, bir sözlə, sosial-mədəni və humanitar mərkəzlərdə fəaliyyət göstərirlər. Bir sıra özəl sektorlarda, turizm, ticarət, ictimai-iaşə sahəsində işləyənlərə də rast gəlinir”.

Bu fikirləri KONKRET.az-a açıqlamasında Hüquqi və Demokratik İslahatlar Mərkəzinin sədr müavini, sosioloq Elçin Bayramlı Bölgələrdə qadınlar niyə işləmir” sualını cavablandırarkən səsləndirib.

“Təbii ki, bu, az bir hissədir. Bəzi qadınlar üçün kifayət qədər iş yeri yoxdur, digərləri ilə məişət qayğıları səbəbindən evdə oturmaq məcburiyyətində qalır. Kəndlərdə isə vəziyyət daha bərbaddır. Çünki iş yoxdur. Üstəlik, təsərrüfat işlərindən sosiallaşmağa vaxt qalmır. Şərti olaraq bir kənddə min qadın varsa, onlardan maksimum 100 nəfərini işlə təmin etmək olar. Çünki kənddəki sosial-mədəni infrastrukturdan başqa heç bir iş yeri yoxdur. Ancaq təsərrüfat təyinatlı işlər mümkündür. Bu baxımdan kəndlərdə qadınların kütləvi şəkildə rəsmi işləyəcəklərini gözləmək olmaz. Sovet dövründə sistem elə qurulmuşdu ki, bütün şəhərlərdə insanlar işlə təmin olunmuşdu. Çoxsaylı müəssisələr, zavod-fabriklər var idi. Bazar iqtisadiyyatına keçildikdən sonra bütü sistemlər dağıldı və kütləvi iş yerləri yoxa çıxdı. Qalan iş yerləri isə əmək bazarının heç 10 faizini təmin etmir. Qalan insanlarya öz başlarının çarəsinə qalmalıdır, ya da iş qurmalıdır. Nəticədə kişilər və qadınlar arasında bölgələrdə iş problemi var. Ona görə də, regionlardan paytaxta axın sürətlənib. Bu məsələdə xüsusi dövlət proqramı həyata keçirilməlidir. Özünüməşğulluq proqramının miqyasını və maliyyəsini 10 dəfə artırmağa ehtiyac var. Belə olan halda demoqrafik göstəricilər yaxşılaşacaq, tarazlı inkişaf sistemi qurular. Əks halda hazırda ölkənin iqtisadiyyatının üçdəikisi Bakıda cəmləşib. Bu, çox ciddi problemdir”.

Müşviq Tofiqoğlu

KONKRET.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:72
embedMənbə:https://konkret.az
archiveBu xəbər 12 Mart 2025 17:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see661

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see282

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see260

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see247

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see223

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see218

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see204

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see189

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see188

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see174

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see168

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see160

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see159

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see155

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see151

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see147

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see146

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see145

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see144

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri