Vərəsəliklə bağlı VACİB AÇIQLAMA KONKRET
Icma.az bildirir, Konkret.az portalına istinadən.
Atadan qalan əmlakın övladlar arasında bölüşdürülməsi bir çox hallarda yalnız ailədaxili məsələ kimi deyil, həm də hüquqi baxımdan ciddi prosedurlar tələb edən proses kimi ortaya çıxır. Xüsusilə, daşınmaz əmlakın kimlərin adına rəsmiləşdirilməsi, payların necə müəyyən olunması və gələcəkdə bu paylarla bağlı hüquqların necə həyata keçiriləcəyi tez-tez müzakirə mövzusuna çevrilir.
Bəs belə hallarda ev kimin adına sənədləşdirilir?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən hüquqşünas Toğrul Məmmədov bildirib ki, miras qalan əmlakın rəsmiləşdirilməsi vərəsəlik sənədləri əsasında həyata keçirilir.
Onun sözlərinə görə, bu zaman müvafiq quruma müraciət olunur və təqdim edilən vərəsəlik şəhadətnaməsində kimlərin adı və hansı payla göstərildiyi əsas götürülür:
“Daşınmaz əmlak üzrə verilən çıxarış sənədində də vərəsəlik şəhadətnaməsində adı qeyd olunan şəxslər və onların payları olduğu kimi əks olunur. Yəni əmlak bir nəfərin adına deyil, bütün vərəsələrin adına onların payları göstərilməklə rəsmiləşdirilir”.
Hüquqşünas əlavə edib ki, bu halda sözügedən əmlak paylı mülkiyyət hesab olunur və tərəflər gələcəkdə həmin əmlakla bağlı münasibətlərini qanunvericiliyə uyğun şəkildə tənzimləyə bilərlər.
Beləliklə, miras qalan ev bir şəxsin adına keçirilmədən, bütün vərəsələrin paylı mülkiyyəti kimi rəsmiləşdirilir.
Müşviq Tofiqoğlu
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 06 Aprel 2026 18:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















