Icma.az
close
up
RU
Menu

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

Skalyozun ilkin əlamətləri nələrdir? Ortoped AÇIQLADI

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

Məktəblilərdə xroniki ağrıların səbəbi nədir? Mütəxəssisdən XƏBƏRDARLIQ

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

SOCAR Azərbaycanda geotermal enerji layihələri üçün kapital tərəfdaşı axtarır

Bu meyvələrin qabığını yemək olarmı?

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

Dilan Polatın nişanda Vanlı Kara Haydar a dediyi sözlər yenidən gündəm oldu VİDEO

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

Bir məktub yazmışam, bu saat onu

Bir məktub yazmışam, bu saat onu

Icma.az bildirir, 525.az portalına istinadən.

İslam SADIQ

BİR MƏKTUB YAZMIŞAM

Yükdü deyib tökmür quşlar tükünü,

Gərək yaxşı bilsin hər kəs yükünü.

Gah zilə, gah bəmə sazın kökünü

Qaldıran da mənəm,

Endirən də mən!

Necə oldu, ovu gözüm almadı,

İkinci tətiyə heyim qalmadı.

Bir ürəyi yeri oldu-olmadı,

Susduran da mənəm,

Dindirən də mən!

Hər kəsin boyuna biçilir donu,

Əvvəldən bilinmir heç nəyin sonu.

Bir məktub yazmışam, bu saat onu

Gözləyən də mənəm,

Göndərən də mən!

OTARIR

Şimşək gəlir çaxa-çaxa,

Bizi oda yaxa-yaxa.

Arif adam baxa-baxa,

Göz altından göz otarır.

Bir ocaqçı oda uyub,

Odla acıb, odla doyub.

Yaş odunu dəmə qoyub,

Ocağında köz otarır.

Qoruq-qaytaq bilmir, lələm,

Çomağıdı bəlkə qələm.

İslam Sadıq hələm, hələm

Gecə-gündüz söz otarır.

YUXUDADI

Quzu kimi yatır daşlar,

Doyub döşə yayılmışlar.

Budaqlarda ötür quşlar,

Dillər hələ yuxudadı.

Mənim güzgüm buz bulaqlar,

Aram-aram yenə çağlar.

Səsimə səs verir dağlar,

Çöllər hələ yuxudadı.

Yanağında gün izidi,

Dodağında çən izidi.

Dərələr gül dənizidi,

Sellər hələ yuxudadı.

Gülə bax, nə gözəl yatır,

Yuxusu da balmı dadır?!

Arıya bax, gül oynadır,

Güllər hələ yuxudadı.

Başımızı qalda qoyub,

Bir görün nə halda qoyub.

Zaman bizi dalda qoyub,

Ellər hələ yuxudadı.

BİRİ SƏNSƏN, BİRİ MƏNƏM

Get, ay batandan sonra gəl, oğlan,

Nənəm yatandan sonra gəl, oğlan.

Xalq mahnısı

Nənən çoxdan yatıb, xəbərin yoxdu,

Ay da çoxdan batıb, xəbərin yoxdu.

Xəbərin yoxdu ki, yuxusu qaçan,

Səhəri bir çimir almadan açan

İkicə adam var, mənim bir dənəm,

Onun biri sənsən, biri də mənəm.

HƏR ŞEYİN ÖZ VAXTI VAR

Hər sözü deməyin yeri, vaxtı var,

Vaxtsız söz adamı yandırar oda.

Sözün də şah kimi tacı, taxtı var,

Hayıf, nəsib olmur hamıya o da.

Gözdən yayındımı, ov çıxar əldən,

Daha tapammazsan, ha axtar, ha gəz.

Söz səninki deyil çıxdımı dildən,

Yayından çıxan ox geriyə dönməz.

Tətiyi çəkəndə geciksən bir an,

İki əlin olar, bir dizin olar.

Uduzmaz vaxtından bir az tez duran,

Yatan yata-yata axıra qalar.

Birinə yas olar birinin toyu,

Deyəcəyin sözü sən yaxşı yoğur.

Bulaq bulananda içilməz suyu,

Meyvə kal olanda, adamı boğur.

Söz də çox vaxt elə "vaxtına çəkər",

Vaxtsız qoymaq olmur heç nəyi yönə.

Saatı qabağa çəksən də əgər,

Səhər öz vaxtında açılır yenə.

BİR GÖRƏK

Köklə sazı, bu havanı sən də çal,

Səhər demə, axşam demə, gündə çal.

Səs yayılsın obaya çal, kəndə çal,

Səndən qabaq kimlər çalıb bir görək.

Nahaq düşdün dedim bura düşəndə,

Su tapmadı bağrı yanıb bişəndə.

Anasını qurdmu yedi kövşəndə,

Quzu niyə mələr qalıb bir görək.

Nə ağlı var, nə duyğusu, nə başı,

Yüz alimə dərs öyrədir bir naşı.

Danışdırın bu torpağı, bu daşı,

Yaddaşında nələr qalıb bir görək!

AYRIDI

Nə deyim bu işi belə qurana,

Pay çatmır hamıdan qabaq durana.

Biri dağa gedir, üçü arana,

Heçimiz ayrıdı, köçümüz ayrı!

Yüz yol arayın da, yüz yol baxın da,

Biri uzaqdadı, üçü yaxında.

Oxşarımız yoxdu boyda, buxunda,

Birimiz ayrıyıq, üçümüz ayrı!

Birinin yüz yolu, yüz cığırı var,

Birinin söz yolu, söz cığırı var.

Hərənin öz yolu, öz cığırı var,

İşimiz ayrıdı, gücümüz ayrı!

Burdan yüz gedən də yüz gəlmir daha,

Bir az tez gedən də tez gəlmir daha.

Addım da addımla düz gəlmir daha,

Ölçümüz ayrıdı, biçimiz ayrı!

KİRİYİR

Niyə sözdən qaçır sözlə armaqlar,

Üstümə balıqsız dönür qarmaqlar.

Qələmi görəndə susur barmaqlar,

Kağızı görəndə əllər kiriyir.

Arılar çiçəyə, gülə qarışıb,

Güllərin nəfəsi yelə qarışıb.

Başları öpüşə elə qarışıb,

Arılar lal olub, güllər kiriyir.

Batanın əlindən tutmur batmayan,

Yatanı yatmağa qoymur yatmayan.

Danışır dinməyə haqqı çatmayan,

Bəs niyə dinəsi dillər kiriyir.

DEYİRƏM

Boylanmıram sağa, dönmürəm sola,

Yoldan da qorxuram, çıxmıram yola.

Heç nə istəmirəm, Çanaqçı ola,

Bir də bir alaçıq, dəyə deyirəm.

Məni heç vaxt duymaz naşı, bilirəm,

Mənlik deyil onun başı, bilirəm.

Mən özüm hamıdan yaxşı bilirəm,

Sözü harda, kimə, niyə deyirəm.

Elə bil hər şeyin itib sayası,

Haramla qarışıb haqqın mayası.

Kimim var səsimi elə yayası,

Üz tutub sözümü göyə deyirəm.

Mən ağzımı açıb hərdən dinəndə,

Qulağına pambıq tıxayır bəndə.

Səsim gedib çatmır ən yaxın kəndə,

Sanki sözü xana, bəyə deyirəm.

Duyanın yoxdusa, ay İslam, təksən,

Özün deyib, özün eşidəcəksən.

Sanma əkdiyini sən biçəcəksən,

Zaman səni demir deyə deyirəm.

TORPAQ CANA GƏLİR TƏR QARIŞANDA

Ulduzlar batmamış qaçır yuxum da,

Saata baxıram oyanan kimi.

Canda buz bağlayıb bəlkə qorxum da,

Ay donub yerində dayanan kimi.

Qayalı yerləri çox sevir kəklik,

Qırqovulun günü kollarda keçir.

Gah çoxluq bezdirir, məni gah təklik,

Ömrümün yarısı yollarda keçir.

İblis tanıyıram mələk donunda,

Onun donuna yox, gözünə baxın.

Gözlərim elə bil işin sonunda

Payız günəşidi batana yaxın.

Açır qapıları səhər iş yeri,

Torpaq cana gəlir tər qarışanda.

Məni evdən qovur səhər dan yeri,

Axşam da ev çəkir şər qarışanda.

ATLI, ATSIZ

Dişim yavaş-yavaş söküldü getdi,

Saçım yavaş-yavaş töküldü getdi.

Belim yavaş-yavaş büküldü getdi,

Dünənim odluydu, bu günüm odsuz!

Dilimdə dünənki deyim də yoxdu,

Əynimdə dünənki geyim də yoxdu.

Canımda dünənki heyim də yoxdu,

Dünənim adlıydı, bu günüm adsız!

Göyüm də başqadı, yerim də başqa,

Önüm də başqadı, gerim də başqa.

Xeyrim də başqadı, şərim də başqa,

Dünənim dadlıydı, bu günüm dadsız!

Taleyin təkəri geri dönmür ha,

Bir yol susan ürək bir də dinmir ha.

Bir yol atdan düşən bir də minmir ha,

Dünənim atlıydı, bu günüm atsız!

BİRCƏ DƏFƏ

Qoyun bu sözlərim hamıya çatsın,

Anlayın birtəhər, duyun birtəhər.

İnsan günəş deyil hər axşam batsın,

Qayıdıb təzədən doğsun hər səhər.

İnsan çiçək deyil, insan gül deyil,

Solub, yenə gülsün yazda, yayda da.

İnsan zaman deyil, insan il deyil,

Təzələnsin hər il köhnə qaydada.

Ömür bir ocaqdı, mən də bir odam,

Hər işi vaxtında görəsən gərək.

Cəmi bircə dəfə doğulur adam,

Cəmi bircə dəfə dayanır ürək.

SİLƏN OLMADI

Hələ çəkilməyib tüstüm dünyadan,

Əlimi biryolluq üzdüm dünyadan.

İncidim dünyadan, küsdüm dünyadan,

Niyə küsdüyümü bilən olmadı.

Yağdırdı başımdan ağrı-acını,

Qoydu ocaq üstə külsüz sacını.

Nə taxtını gördüm, nə də tacını,

Məni gülən görüb gülən olmadı.

Əlimdə işimi atdım tələsik,

Köhlənin yalına yatdım tələsik.

Yüzünün hoyuna çatdım tələsik,

Bircə yol hoyuma gələn olmadı.

Sevinci, gülüşü gözlərə böldüm,

Şənliyi, şuxluğu üzlərə böldüm.

Özüm qismətimi yüz yerə böldüm,

Qismətini mənnən bölən olmadı.

Bağıma daş atan o naşının mən,

Özünə qaytardım öz daşını mən.

Sildim neçə gözün göz yaşını mən,

Bir yol göz yaşımı silən olmadı.

HƏYAT

Dünya yaranandan sirlə doludu,

Yatan duyğuları oyadacaqsan.

Bilmirsən getdiyin kimin yoludu,

Bilmirsən nə cürə qayıdacaqsan.

Yoxuşlar sərtləşir hər gün bir az da,

Arxanda təpədi, qarşında dağdı.

Hamıya sirr açmır çaldığı saz da,

Sabahın nisyədi, bu günün nağdı.

Odunu qoyursan, gurlaşır ocaq,

On addımdan səni istisi vurur.

Pərdənin önündə durmuşuq, ancaq

Çox şeylər pərdənin dalında durur.

Həyat bir səhnədi, yüz pərdəsi var,

Gündüz bir pərdədi, gecə bir pərdə.

Əyri pərdəsi var, düz pərdəsi var,

Özü pərdə tutur sevincə, dərdə.

QƏMİN DADI

Sevinən vaxtımdan heç az olmayıb

Kədərlənən vaxtım, qəmlənən vaxtım.

Yolumdakı çaylar dayaz olmayıb,

Araz mənə baxdı, mən Kürə baxdım.

Üzümə gün doğdu, gündüzə döndüm,

Üzümə ay doğdu, gecələndim mən.

İşıqlı yollarda şam kimi söndüm,

Qaranlıq yollarda gecələdim mən.

Dərdi uzaq sanıb, ögey tutmadım,

Gözümdən getməmiş onu səslədim.

Sevincli günümdə heç unutmadım,

Dərdə süd içirtdim, yaxşı bəslədim.

Doğrudu, sevinci bağrıma basdım,

Ancaq qəmlənmədim bir yol da qəmə.

Qəmin nəğməsinə çox qulaq asdım,

Onun da sevinci varmış sən demə.

Qəmsiz hardan bilsin qəmin adını,

Heç kim pisləməsin qoy mənə qəmi.

Min yol yoxlamışam onun dadını,

Ağzımda bal dadıb sevincim kimi.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:285
embedMənbə:https://525.az
archiveBu xəbər 10 Oktyabr 2025 20:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

09 Sentyabr 2026 15:51see694

Skalyozun ilkin əlamətləri nələrdir? Ortoped AÇIQLADI

09 Sentyabr 2026 15:22see290

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

09 Sentyabr 2026 19:08see290

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

09 Sentyabr 2026 15:28see272

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

09 Sentyabr 2026 16:52see269

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

09 Sentyabr 2026 21:37see264

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

09 Sentyabr 2026 17:42see257

Məktəblilərdə xroniki ağrıların səbəbi nədir? Mütəxəssisdən XƏBƏRDARLIQ

09 Sentyabr 2026 15:12see257

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

09 Sentyabr 2026 21:17see256

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see254

SOCAR Azərbaycanda geotermal enerji layihələri üçün kapital tərəfdaşı axtarır

09 Sentyabr 2026 15:28see248

Bu meyvələrin qabığını yemək olarmı?

10 Sentyabr 2026 02:06see239

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

10 Sentyabr 2026 01:23see235

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

09 Sentyabr 2026 19:21see234

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

10 Sentyabr 2026 01:56see234

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

10 Sentyabr 2026 06:30see230

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

10 Sentyabr 2026 14:38see229

Dilan Polatın nişanda Vanlı Kara Haydar a dediyi sözlər yenidən gündəm oldu VİDEO

09 Sentyabr 2026 16:33see222

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

09 Sentyabr 2026 21:16see221

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

10 Sentyabr 2026 16:09see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri