Icma.az
close
up
RU
Bir mərtəbənin arxasındakılar... Fotolar

Bir mərtəbənin arxasındakılar... Fotolar

Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bir azdan avrokubok mövsümü başlayacaq. Yenidən ümidlər, gözəl oyun arzusu, hirs-həyəcan bir-birinə qarışacaq. “Qarabağ”dan özünə qayıtmasını, “Sabah”, “Zirə” və “Araz-Naxçıvan”dan isə “harada qırılar-qırılar” “rahatlığı”ndakı “harada”nın bir az uzaqlarda olmasını istəyəcəyik.  Yaxşısı onsuz da bizimdir, pisində normal insani reaksiyamızla axtaracağıq. Günahkarın kimliyində bəlkə də ən son üstlərinə getməli olacağımız heyət olsalar da, yenə təmkin göstərəcəklər. Kimdir onlar? 

Gözdən uzaq, hər kəsə yaxın 

Peşəkar Futbol Liqası qurum olaraq bu günün məhsulu deyil. Sabiq rəhbər Ramin Musayevin dönəmində də bu qurumun əsas üstünlükləri istənilən vəziyyətdə ünsiyyət çərçivələrinin aşmamaları və sakit, bəh-bəhsiz durmadan çalışmaları idi. İndi də elədir. Etiraf edim ki, sirli qutu kimi gördüyüm Elxan Səmədov təyin olunandan Musayevin heyətini tam şəkildə qorumaqla futbol dili ilə desək, sürətli əks-hücum etdi. Təsəvvür edin ki, bu gün də Musayevin dövründəki şəxslər, hətta bütün qohumluq əlaqələri olanlar orada çalışır və daha aktivdirlər. Bu, həm də “olsa, bilinsin” iddiası idi. 

Tarixi kubok üçün kubokun tarixi 

Bu mövsümün gedişatının araşdırmasına isti olanlardan başlayaq. Azərbaycanda keçiriləcək dünya çempionatının final matçı ilə əlaqədar minifutbol federasiyasına edilən jest yenə də əminliyin ifadəsi idi. Minifutbol millimizin iddiası böyük idi. Ölkə üçün tarixi an ehtimalının dəyərini anlayan PFL özünü çətinə saldı. 31 mayda, çempionlar liqası finalı günü, özü də Bakıdan uzaqda - Sumqayıtda Azərbaycan Kubokunun finalına razılaşmaq artıq risk idi. Etiraf edim ki, nə qədər də “Qarabağ” və “Sabah” iddialı olsa da, stadionun dolacağına şübhəm var idi. Görünən odur ki, onlara “məşqdə çətin olmuşdu” deyə “döyüş”ə başqa cür baxırdılar. Nə yaxşı da ki, baxıblar. Azərbaycan minifutbol komandası dünya çempionu olmaqla bütün azərbaycanlıları sevindirdi. 


Reallıqları nəzərə alan PFL finalı azarkeşlər üçün yarış formatından çıxarıb bayrama çevirdi. Məsələn, bir tamaşaçı uşağını da gətirib həm özü əylənə, həm də övladına bir biletlə, bəzən də yaşına görə ödənişsiz düşən keçidlə fan-zonalarda o ki var əyləndirə bilərdi. Konsert proqramı isə bütünlüklə bir film ssenarisi idi sanki. Təxminən 1 saatlıq açılış mərasiminin tamamilə futbolla əlaqələndirilməsi – nağaraçalanların futbol taktikası ilə düzülməsi, balaca rəqqasın hakim formasında olması, əcnəbi rəqslərin belə Azərbaycan kubokunda iştirak edən 34 klubun atributları ilə ifa edilməsi və ən nəhayət Azərbaycan himninin kubokda iştirak etmiş bütün klubların doğma bölgələrində ifa ilə təqdim olunması konkret tədbirlərin təşkili üzrə şəxslərə tələbi qaçılmaz etsə də, sonradan aydın oldu ki, sən demə bu boyda işi elə həmin PFL-in öz əməkdaşları reallaşdırıb.  

Onlar nə ediblər? 

Bilmirəm nədəndir, amma etiraf edim ki, ölkəmizdə peşəkar sözü gələndə sanki insanlarda başqa ölkələrdən daha çox şübhə reaksiyası verilir. Odur ki, Peşəkar Futbol Liqasının gördüyü işlərə açıq peşəkarlıq qiyməti vermədən sadəcə etdiklərini sadalayacam ki, qiyməti oxucu özü versin, biz deməyək. 
Yuxarı liqada çox şey bəllidir deyə aşağıdan başlayaq. I və II Liqada klubların strukturlaşması, yarış qaydalarının təkmilləşdirilməsi və oyun təqviminin optimallaşdırılması kimi məsələlərə xüsusi həssaslıqla yanaşıldı. Gözdən uzaq kimi görünən Əvəzedicilərin liqasında isə gənc futbolçuların inkişafı və əsas komandalar üçün hazır oyunçuların formalaşması baxımından mühüm islahatlar aparıldı.

Doğrudur, aşağı liqalardakı komandaların büdcələri məhdud olduğuna görə müəyyən problemlərin yaşanması qaçılmaz idi. Ancaq qış aylarında belə respublikanın bütün bölgələrində hava şəraitinin kəskin pisləşməsi nəticəsində stadionlar qarın altında qalmasına baxmayaraq, PFL, klublar və yerli icra orqanlarının səyi nəticəsində stadionlar qardan təmizləndi və oyunlar baş tutdu.

Ortaya çıxan problemlər birlikdə həll olundu. İdman prinsiplərinin qorunması nəticəsində bütün liqalarda həyəcan və mübarizə pik həddə çatdı. Hətta yarımpeşəkar yarış sayılan II Liqada “Şəfa” – “Şahdağ Qusar” oyununda anşlaq yaşandı, çempionluq yarışı son tura qədər davam etdi. Əvəzedicilərin yarışında çempion son turda müəyyənləşdi. Misli Premyer Liqası, I Liqa və Azərbaycan Kubokunda da inanılmaz idman mübarizəsinin şahidi olduq.

Bir mərtəbənin arxasındakılar 

Futbol sferasında olanlar bilir ki, Peşəkar Futbol Liqasının heyəti AFFA-nın inzibati binasındakı ikinci mərtəbədə birtəhər yerləşib. Yəni bütün bu işləri görənlərin məkanı dar, etdiklərinin həcmi böyükdür.  

Mövsüm ərzində PFL-in rəqəmsal idarəetmə sahəsindəki yenilikləri – onlayn məlumat bazalarının, statistik platformaların və matçların monitorinq sistemlərinin tətbiqi ilə təşkilat öz işini daha şəffaf və izlənilə bilən formata gətirdi. Eyni zamanda media və ictimaiyyətlə əlaqələr istiqamətində atılan addımlar – sosial şəbəkələrdə aktivlik, press-relizlərin operativliyi, yarışlardan öncə və sonra verilən rəsmi açıqlamalar qurumun ictimai nüfuzunu möhkəmləndirdi.

Operativlik nəticəsində ən uzaq regionlarda keçirilən oyunların icmalını oyun bitəndən qısa müddət sonra PFL-in YouTube platformasında izləmək mümkün oldu. Demək olar ki, bütün liqalarda oyunların hamısı canlı yayımlandı. Hətta bu mövsüm I Liqa oyunlarının bəziləri bir neçə kamera ilə çəkildi və peşəkar səviyyədə şərh olundu.

Futbolçuları stimullaşdırmaq üçün hər liqada ay ərzində vurulmuş ən gözəl qola “Ayın Qolu” mükafatı təqdim olundu. Hətta II Liqada klubların büdcəsi nəzərə alınaraq, xırda da olsa dəstək olsun deyə  həm futbolçunun özünə, həm də komandasına pul mükafatı verildi. Ölkə derbisi sayılan “Qarabağ” – “Neftçi” oyunundan sonra hakimlərin oyun zamanı bir-biri ilə ünsiyyətinin ictimaiyyətə təqdim olunması böyük maraq doğurdu və bu hadisə şəffaflığın daha bir nümunəsi idi.

Bundan əlavə, hekayə səviyyəsində, sənədli film üslubunda çox maraqlı video materiallar hazırlandı. Ötən mövsüm Xankəndi şəhərində keçirilən “Qarabağ” – MOİK qarşılaşmasından öncə komandalarla birlikdə meydana çıxan şəhid övladlarının təəssüratları və ölkə başçısı cənab İlham Əliyevin onlarla ünsiyyəti ilə bağlı hazırlanan video süjet mükəmməl idi. 

Komandanın peşəkarlığı – uğurun əsas bünövrəsi

Azərbaycan Peşəkar Futbol Liqasının bu mövsüm nümayiş etdirdiyi uğurlar təsadüfi deyil – bu, rəhbərliyin vizyonu və peşəkar kollektivin əzmkarlığı ilə formalaşan idarəetmə mədəniyyətinin nəticəsidir. PFL prezidenti Elxan Səmədovun rəhbərliyi və kollektivin məqsədyönlü siyasəti, idarəetmə prosesində şəffaflıq və məsuliyyət prinsiplərinə sadiqliyi quruma olan ictimai etimadı daha da artırdı. Eyni zamanda liqa əməkdaşlarının gündəlik zəhməti, texniki heyətin fədakarlığı və ümumi komanda ruhu bu mövsümün uğurla tamamlanmasında həlledici rol oynadı.


Ümid işığı və ya gələcək arzuları  

PFL-in 2024/2025 mövsümündə ortaya qoyduğu fəaliyyət artıq “ölkə futbolunun inkişafı” fikrindəki inkişaf sözü barədə ümidsizliyi, ikrahı, kinayəni kənara qoymaq üçün böyük təkan verir.  Qurumun peşəkar yanaşma, innovativ idarəetmə, strukturlaşma və şəffaflıq kimi əsas fəaliyyət prinsipləri bir sonrasını gözləməyə, futbolumuz haqda “ola bilər” hissəsinin sonuna sual yox, nida qoymağa sövq edir.  Peşəkar Futbol Liqasını bu uğurlara görə təbrik edir, yeni mövsümdə daha böyük nailiyyətlər arzulayırıq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 13 İyun 2025 10:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycana hər məhsulu gətirmək mümkün olmayacaq Yeni QAYDALAR

07 Avqust 2026 00:37see534

Donuz zənn edib atəş açdı, atasını öldürdü

07 Avqust 2026 03:09see481

ABŞ nin Səudiyyə Ərəbistanından neft idxalı sıfıra enib

07 Avqust 2026 00:21see451

Korrupsiyaya qarşı komitə rəhbərinin gizli milyonları üzə çıxdı

07 Avqust 2026 02:46see367

Dini və milli tolerantlığın Azərbaycan modeli

07 Avqust 2026 12:23see361

Real Madrid Vinisius Junior ilə müqaviləni uzadıb

07 Avqust 2026 02:09see336

Avropanın 80 dək səhiyyə təşkilatı Aİ ni əhalinin istidən qorunması üçün tədbirlər görməyə çağırıb

06 Avqust 2026 21:40see261

Belçika Qrenlandiyaya qoşun göndərir: Təlimlər başlayır

07 Avqust 2026 14:00see242

Ermənistana səfərlər rusiyalılar üçün təhlükəli ola bilər Matviyenko

07 Avqust 2026 02:00see239

Eboladan ölənlərin sayı 1800 ü keçib

07 Avqust 2026 02:34see224

Azərbaycan “Qlobal Sülh İndeksi”ndə 110 cu yerdə qərarlaşıb Siyahı

07 Avqust 2026 18:16see208

Qurban Qurbanov: “Hava həddindən artıq isti idi...”

07 Avqust 2026 00:31see206

Bu oteldə qalanlar pul ödəmir, bağ işlərinə kömək edirlər (Foto)

08 Avqust 2026 04:05see204

Yeni “Bugatti” belə olacaq Fotolar

07 Avqust 2026 01:42see203

Çeçenistanda seçki marafonu: Kadırov yenidən rəhbər postuna iddialıdır

06 Avqust 2026 21:39see188

Tramp “doğum turizmi”ni qadağan edən sərəncamı imzaladı

07 Avqust 2026 01:28see186

Səbail in yeni İdarə Heyətinin təqdimatı keçirildi FOTOLAR

07 Avqust 2026 22:21see185

Vinisiusdan şok qərar

06 Avqust 2026 22:31see185

Cəlilabadda maşın aşıb Yaralılar var

07 Avqust 2026 01:44see183

Husilərin Səudiyyə Ərəbistanına hücumu nəticəsində 11 mülki şəxs yaralanıb

07 Avqust 2026 02:56see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri