Icma.az
close
up
RU
Bir millət, iki dövlət şüarı qardaşlığın əsasını təşkil edir HULUSİ KILIÇ DANIŞDI

Bir millət, iki dövlət şüarı qardaşlığın əsasını təşkil edir HULUSİ KILIÇ DANIŞDI

Sia Az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Türkiyə-Azərbaycan münasibətlərinin dünyada bənzəri yoxdur, onlar unikal xarakter daşıyır. Dünyada başqa iki ölkə arasında bu səviyyədə əlaqələr qurulmayıb. Əslində, Türkiyə-Azərbaycan münasibətləri nümunəvi bir modeldir. Bu sözləri SİA-ya açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq səfiri, “İmza” İctimai Birliyinin Türkiyə təmsilçisi Hulusi Kılıç deyib.

Onun sözlərinə görə, “Bir millət, iki dövlət” şüarı bu qardaşlığın əsasını təşkil edir və lazım gəldikdə bir dövlət kimi birləşməyə hazır olduğumuzu göstərir: "Məhz bu səbəbdən əlaqələr ən yüksək səviyyədədir və bütün sahələr üzrə inkişaf edir. 15 iyun 2021-ci il tarixli Şuşa Bəyannaməsi bu münasibətlərin yol xəritəsi sayılır. Artıq bu sənəd hər iki ölkənin parlamentləri tərəfindən ratifikasiya olunaraq rəsmi saziş statusu alıb. Şuşa Bəyannaməsi siyasi, iqtisadi, hərbi, turizm və digər sahələr üzrə əməkdaşlığı özündə ehtiva edir. Ən önəmli məqam hərbi əməkdaşlıqla bağlıdır. Türkiyəyə hücum olacağı təqdirdə Azərbaycan yardım göstərəcək. Eyni qaydada, Azərbaycana qarşı hər hansı müdaxilə və ya hücum olarsa, Türkiyə Azərbaycanın köməyinə çatacaq. Bu, strateji baxımdan son dərəcə mühüm məsələdir.

Əlaqələr xüsusilə enerji sahəsində genişlənir. Neft və təbii qaz sahəsində əməkdaşlıq gündən-günə güclənir. Türkiyənin enerji ehtiyacının əhəmiyyətli hissəsi Azərbaycanın təminatı ilə qarşılanır. Turizm sahəsində də əməkdaşlıq diqqət çəkir. Azərbaycan vətəndaşlarının çoxu istirahətini Türkiyədə keçirir. Son illərdə isə Türkiyədən də Azərbaycana gələn turistlərin sayı nəzərəçarpacaq dərəcədə artıb. Logistika və nəqliyyat istiqamətində də əməkdaşlıq uğurla davam edir. Bu, həm regional, həm də beynəlxalq miqyasda hər iki ölkənin mövqeyini gücləndirir. Türk Dövlətləri Təşkilatında Azərbaycan və Türkiyənin əməkdaşlığı xüsusi önəm daşıyır. Münasibətlər yalnız ikitərəfli formatla məhdudlaşmır, çoxtərəfli əməkdaşlıq müstəvisində də özünü göstərir.

Beynəlxalq arenada da hər iki ölkə daim bir-birini dəstəkləyir. Ermənistanla münasibətlər məsələsində Türkiyə həmişə Azərbaycanın yanında olur. Bu da Türkiyə-Azərbaycan qardaşlığının sadəcə şüarlarda deyil, həm də real həyatda əməldə təsdiqini tapdığını göstərir".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:64
embedMənbə:https://sia.az
archiveBu xəbər 22 Sentyabr 2025 15:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see214

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see198

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see180

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see167

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see156

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see156

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see155

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see154

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see149

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see145

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see143

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see141

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see137

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see135

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see133

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see133

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see133

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see129

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see128

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri