Icma.az
close
up
RU
Bir müddət əvvəl Xankəndidə səfərdə olmuş şahmatçı Rusiyada bütün fəxri adlardan məhrum edilib

Bir müddət əvvəl Xankəndidə səfərdə olmuş şahmatçı Rusiyada bütün fəxri adlardan məhrum edilib

Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Daha əvvəl Azərbaycanın aparıcı qrossmeysteri ilə də əməkdaşlıq etmiş sabiq rusiyalı şahmatçı, hazırda Sloveniya bayrağı altında çıxış edən Vladimir Fedoseyev bir neçə gün öncə Xankəndidə keçirilən Vüqar Həşimov Memorialında iştirak edib və turnirin mükafatçıları sırasında yer alıb. Bundan sonra o, Rusiyada bütün idman adlarından məhrum edilib.

İdman.Biz-in məlumatına görə, Rusiya İdman Nazirliyi Fedoseyevin ölkənin idman ustası və Rusiya qrossmeysteri adlarını ləğv edib.

Qeyd edək ki, 2023-cü ildə ölkənin ən güclü gənc şahmatçılarından biri hesab olunan Fedoseyev Sloveniya bayrağı altında çıxış etməyə başlayıb. O, daha əvvəl Ukraynadakı müharibəni açıq şəkildə tənqid edib, həmçinin FIDE-nin sanksiyalarından əvvəl beynəlxalq turnirlərdə Rusiya simvolikası ilə oynamaqdan imtina edib və Rusiya Şahmat Federasiyasının bayrağının masasından götürülməsini xahiş edib.

Rusiya Şahmat Federasiyasının icraçı direktoru Aleksandr Tkaçev İdman Nazirliyinin qərarını dəstəkləyərək bildirib:

“Əgər sən ölkəni tam şəkildə nüfuzdan salan açıq bəyanatlar verirsənsə, ali idman adlarına sahib olmağın nə mənası var? Sən sadəcə olaraq buna layiq deyilsən”.

Onu da xatırladaq ki, Fedoseyev daha əvvəl Azərbaycanın aparıcı şahmatçısı Şəhriyar Məmmədyarovla əməkdaşlıq edib. O, 2010-cu illərin ortalarında qrossmeysterin məşqçilər heyətində yer alıb və sekundant kimi çalışıb. Həmçinin 2018-ci ildə Şəmkirdə keçirilən Vüqar Həşimov Memorialında da bu funksiyanı yerinə yetirib.

Bu yaxınlarda, dekabrın 8-dən 12-dək Vladimir Fedoseyev Xankəndidə keçirilən rapid və blits üzrə Vüqar Həşimov Memorialında iştirak edib. Sloveniya təmsilçisi olan qrossmeyster turnirdə rusiyalı Yan Nepomnyaşi ilə birlikdə 1-2-ci yerləri bölüşsə də, əlavə göstəricilərə görə ikinci pillədə qərarlaşıb.

Əlavə edək ki, Vladimir Fedoseyev 18 yaşadək şahmatçılar arasında Avropa çempionu (2013), həmçinin 20 yaşadək şahmatçılar arasında Avropa və dünya birinciliklərinin bürünc mükafatçısıdır (2014).

Teymur Tuşiyev

İdman.Biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:41
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 16 Dekabr 2025 12:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see283

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see279

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see276

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see248

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see240

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see225

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see219

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see195

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see195

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see185

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see183

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see170

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see159

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see151

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see150

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see148

Hakan fidan: Müharibə davam edərsə, Türkiyə İsraillə ticarətə başlamayacaq

30 Yanvar 2026 02:27see144

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see140

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see139

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri