Icma.az
close
up
RU
36 il əvvəl Naxçıvanda, 3 il əvvəl Xankəndidə ucaldı...

36 il əvvəl Naxçıvanda, 3 il əvvəl Xankəndidə ucaldı...

Bizim media saytından alınan məlumata görə, Icma.az bildirir.

Hər bir xalqın tarixində onun milli kimliyini, dövlətçilik ənənələrini, azadlıq və müstəqillik arzularını özündə birləşdirən müqəddəs rəmzlər var. Azərbaycan xalqı üçün üçrəngli Dövlət Bayrağımız məhz belə müqəddəs dəyərlərdən biridir.
Onun hər bir rəngi, hər bir elementi xalqımızın hansı dəyərlər üzərində formalaşdığını və hansı ideallara doğru irəlilədiyini nümayiş etdirir.
Üçrəngli bayrağımızın yaranma tarixi
Azərbaycanın üçrəngli bayrağının tarixi 1918-ci ilə – Azərbaycan Xalq Cümhuriyyətinin qurulduğu dövrə gedib çıxır. Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti milli dövlətçilik ənənələrinin bərpası istiqamətində mühüm qərarlar qəbul edərkən dövlət rəmzlərinin müəyyənləşdirilməsinə də xüsusi diqqət yetirirdi.


1918-ci il iyunun 21-də qəbul edilən qərarla üzərində ağ aypara və səkkizguşəli ulduz təsviri olan qırmızı bayraq dövlət bayrağı kimi təsdiqlənmişdi. Lakin bu, son qərar olmadı. Həmin ilin noyabrın 9-da Nazirlər Şurasının iclasında Azərbaycanın yeni milli bayrağı – mavi, qırmızı və yaşıl rənglərdən, ağ aypara və səkkizguşəli ulduzdan ibarət üçrəngli bayraq qəbul edildi.
Bu rənglər təsadüfi seçilməmişdi. Mavi rəng türkçülüyü, qırmızı rəng müasirliyi və demokratik cəmiyyət quruculuğunu, yaşıl rəng isə İslam sivilizasiyasına mənsubluğu ifadə edirdi.
Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Məhəmməd Əmin Rəsulzadə üçrəngli bayrağın ideoloji mahiyyətini izah edərkən onun türk milli mədəniyyətinin, müsəlman sivilizasiyasının və müasir Avropa demokratik əsaslarının rəmzi olduğunu vurğulayırdı.
Beləliklə, üçrəngli bayraq Azərbaycanın hansı milli, mənəvi və siyasi dəyərlərə söykənərək inkişaf etmək istədiyini bütün dünyaya nümayiş etdirdi.
Sovet işğalı və bayrağımızın 70 illik həsrəti
1920-ci il aprelin 28-də Azərbaycan Xalq Cümhuriyyətinin süquta uğraması ilə milli dövlətçiliyimizə son qoyuldu. Bolşevik işğalından sonra Azərbaycanın müstəqillik rəmzləri də aradan qaldırıldı. Üçrəngli bayrağımız dövlət idarələrinin üzərindən endirildi, onun yerini sovet ideologiyasını və kommunist hakimiyyətini təcəssüm etdirən rəmzlər tutdu.
Lakin bir bayrağın rəsmi dövlət atributu kimi istifadəsinin dayandırılması onun ifadə etdiyi idealların xalqın yaddaşından silinməsi demək deyildi. Üçrəngli bayraq mühacirətdə yaşayan azərbaycanlıların, milli istiqlal düşüncəsini qoruyub saxlayan ziyalıların və müstəqillik arzusu ilə yaşayan insanların yaddaşında yaşamaqda davam edirdi.
1980-ci illərin sonlarında Azərbaycanda milli azadlıq hərəkatının genişlənməsi ilə üçrəngli bayrağımız yenidən meydanlara qayıtdı. Bu, xalqımızın öz dövlətçiliyini bərpa etmək, sovet asılılığından qurtulmaq və müstəqil gələcəyini müəyyənləşdirmək istəyinin açıq ifadəsi idi.
Heydər Əliyevin Naxçıvanda üçrəngli bayrağımızı dövlətçilik rəmzi elan etməsi
Üçrəngli bayrağımızın tarixində 1990-cı ilin 17 noyabr tarixi xüsusi əhəmiyyət daşıyır.
Həmin dövrdə Azərbaycan ağır siyasi böhran yaşayır, ölkənin müxtəlif bölgələrində milli azadlıq hərəkatı genişlənir, sovet hakimiyyətinin gələcəyi isə ciddi sual altında qalırdı. Belə mürəkkəb şəraitdə Naxçıvanda baş verən hadisələr Azərbaycanın müstəqillik tarixində mühüm dönüş nöqtəsinə çevrildi.
Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin keçirilən sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar verildi. Eyni zamanda, Azərbaycan SSR-in dövlət bayrağının dəyişdirilməsi və üçrəngli bayrağın ölkənin rəsmi dövlət bayrağı kimi qəbul olunması ilə bağlı respublika Ali Soveti qarşısında məsələ qaldırıldı.
Bu qərarın siyasi və tarixi əhəmiyyəti olduqca böyük idi. Çünki SSRİ-nin hələ mövcud olduğu, Azərbaycanın sovet respublikası statusu daşıdığı bir vaxtda milli bayrağın dövlət rəmzi kimi qəbul edilməsi açıq şəkildə müstəqillik iradəsinin nümayişi idi.
Ulu Öndər bununla Azərbaycanın dövlətçilik irsinin bərpası istiqamətində konkret siyasi addım atdı. Üçrəngli bayrağımız yarıməsrlik fasilədən sonra yenidən dövlət idarəsinin üzərində dalğalanmağa başladı.
Bundan bir neçə ay sonra - 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti üçrəngli bayrağımızı dövlət bayrağı kimi təsdiqlədi. Həmin il oktyabrın 18-də qəbul edilən Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı ilə Azərbaycan Xalq Cümhuriyyətinin varisi olaraq dövlət müstəqilliyini bərpa etdi və onun dövlət rəmzlərini yenidən qəbul etdi. Beləliklə, Naxçıvanda atılan tarixi addım ümummilli səviyyədə dövlət qərarına çevrildi.
Dövlət Bayrağı Günü – milli qürurumuzun və dövlətçilik yaddaşımızın təntənəsi
1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə qəbul edilən milli bayrağımızın şərəfinə bu tarix 2009-cu ildən etibarən Dövlət Bayrağı Günü kimi qeyd olunur.
Azərbaycan Prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı sərəncamla noyabrın 9-u Dövlət Bayrağı Günü elan edilib və qeyri-iş günü olan bayramlar sırasına daxil edilib.

Bu qərar milli rəmzlərimizə dövlət səviyyəsində göstərilən ehtiramın, dövlətçilik ənənələrimizin qorunmasına verilən önəmin növbəti təzahürü idi.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətində üçrəngli bayrağımızın təbliği, onun beynəlxalq miqyasda tanıdılması və dövlət atributu kimi nüfuzunun yüksəldilməsi xüsusi yer tutur. Bakıda Dövlət Bayrağı Meydanının yaradılması, ölkənin müxtəlif bölgələrində bayraq meydanlarının və muzeylərinin inşası bu istiqamətdə görülən işlərin mühüm nümunələridir.
Bayrağa sahib çıxmaq dövlətə və milli kimliyə sahib çıxmaqdır
2020-ci ildə Şuşada, 2023-cü ildə isə Xankəndidə dövlət bayrağımızın ucaldılması Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpasının tarixi təcəssümü oldu. Uzun illər işğal altında qalan torpaqlarımızda üçrəngli bayrağımızın yenidən dalğalanması xalqımızın mübarizə əzminin, dövlətimizin gücünün və müstəqillik iradəsinin təntənəsinə çevrildi.
Bu gün bayrağımız yalnız dövlət binalarının, hərbi hissələrin və diplomatik nümayəndəliklərin üzərində deyil, həm də xalqımızın qəlbində dalğalanır. Onun hər dalğalanışı 1918-ci ildə qurulan Cümhuriyyətin ideallarını, 1990-cı ildə Heydər Əliyevin Naxçıvanda atdığı tarixi addımı və Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunan Zəfəri özündə birləşdirir.
Bir vaxtlar sovet işğalının qadağalarına baxmayaraq xalqımızın yaddaşında yaşatdığı üçrəngli bayraq bu gün müstəqil, güclü və suveren Azərbaycanın dünyadakı simvoludur. Ona görə də bayrağımıza ehtiram yalnız Dövlət Bayrağı Günündə deyil, hər gün yaşadılmalı olan milli məsuliyyət və vətəndaşlıq borcudur.
Çünki bayrağa sahib çıxmaq dövlətə, tarixə, milli kimliyə və gələcəyə sahib çıxmaq deməkdir.
Bizim.Media-nın analitik qrupu

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:119
embedMənbə:https://bizim.media
archiveBu xəbər 09 Noyabr 2026 09:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see613

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see324

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see315

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see315

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see307

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see286

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see284

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see280

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see271

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see268

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see250

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see250

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see248

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see243

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see240

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see231

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see230

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see211

Tarixi Zəfərin yol açdığı möhtəşəm Qayıdış

07 Noyabr 2026 13:35see210

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri