Icma.az
close
up
RU
Bir müddət sürüşdən sonra çin maşınlarında yaranan problemlər açıqlandı

Bir müddət sürüşdən sonra çin maşınlarında yaranan problemlər açıqlandı

Demokrat.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Son illərdə avtomobil bazarında Çin istehsalı olan nəqliyyat vasitələrinin sayı sürətlə artıb və bu trend ölkəmizdə də açıq şəkildə hiss olunur. Daha münasib qiymət, zəngin avadanlıq və yeni texnologiyalarla təqdim olunan bu avtomobillər ilkin mərhələdə alıcılar üçün cəlbedici görünsə də, istifadə prosesində fərqli reallıqlar ortaya çıxır. Məhz bu səbəbdən bəzi sürücülər artıq aldıqları avtomobillərlə bağlı məmnuniyyətsizliklərini ifadə edirlər və hətta “Çin maşınının birini aldım, o da əlimdə qaldı” kimi fikirlər səsləndirirlər.
Mövzu ilə bağlı fikirlərini bölüşən avtomobil üzrə ekspert Elgiz Mehdiyev Demokrat.az-a deyib ki, Çin avtomobilləri bazara nisbətən yeni daxil olub və əsasən son illərdə yayılmağa başlayıb:
“Zaman keçdikcə onların həm müsbət, həm də mənfi tərəfləri daha aydın görünür. Lakin hazırda mənfi tərəflərin daha çox olduğu müşahidə edilir. Məsələn, bəzi modellərdə xüsusilə “Changan” və “BYD” markalarında 50-60 min kilometrdən sonra texnoloji problemlər yaranır. Android əsaslı sistemlər tez-tez yenilənmə və ya format tələb edir. Bu sistemlər faktiki olaraq smartfon prinsipi ilə işləyir və zaman keçdikcə istifadəçini narahat edən problemlər yaradır. Belə hallar olur ki, avtomobil hərəkətdə olarkən sistem yenilənmə və ya format tələb edir. İnternet və ya Wi-Fi bağlantısı olmadıqda isə bu proses mümkün olmur və bu da sürücüyə əlavə çətinlik yaradır. Bəzən sürücülər məhz bu səbəbdən servis məntəqələrinə yaxınlaşıb internetə qoşulmağa məcbur olurlar. Hibrid sistemlərdə də oxşar problemlər müşahidə edilir. Yeni alınarkən batareya ilə 70-80 kilometr məsafə qət etmək mümkün olduğu halda, 50-60 min kilometrdən sonra bu göstərici 40-50 kilometrə qədər düşür. Bu isə zamanla batareyanın zəiflədiyini göstərir. Bu vəziyyət mobil telefon batareyalarına bənzəyir. İlkin dövrdə uzun müddət enerji saxlayan batareya, zaman keçdikcə daha tez boşalır və tez-tez enerji yığmağa ehtiyac yaranır. Eyni proses avtomobillərdə də müşahidə oluna bilər. Nəticə etibarilə, belə ehtimal olunur ki, yüksək yürüşdən sonra bu avtomobillər ya tez-tez enerji doldurulmasına ehtiyac duyacaq, ya da əsasən benzin mühərriki ilə istifadə olunacaq”. 
O qeyd edib ki, bu avtomobillərin texnoloji və mexaniki baxımdan uzunmüddətli dayanıqlığı hələ tam sübut olunmayıb və zaman keçdikcə daha aydın qiymətləndiriləcək:
“Bu mövzuda əsasən hibrid sistemlər, batareya və android əsaslı idarəetmə sistemi haqqında danışmışdım. Amma məsələ təkcə bununla bitmir. Avtomobilin asqı sistemi hissəsi, mühərriki və sürətlər qutusu kimi əsas texniki komponentlər də vacib amillərdir. Yeni alınan avtomobillər müəyyən müddət normal işləyir. Lakin zaman keçdikcə problemlər üzə çıxmağa başlayır. İndidən belə, avtomobilə ümumi baxış zamanı bəzi keyfiyyət fərqlərini görmək mümkündür. Məsələn, 2018-2019-cu illərin “Hyundai” və ya “Kia” markalı avtomobili ilə 2025-ci il istehsalı “Changan” və ya “BYD” markalı avtomobili müqayisə etdikdə, keyfiyyət baxımından ciddi fərqlər müşahidə olunur. Bu fərqlər avtomobilin detallarında, asqı sistemi hissəsində və xüsusilə qəza zamanı davranışında özünü göstərir. Müqayisə üçün deyə bilərəm ki, Hyundai və ya Kia ilə baş verən qəza ilə Çin istehsalı avtomobillərlə baş verən qəza arasında etibarlılıq baxımından fərqlər var. Bu avtomobillərdə dözümlülük və davamlılıq məsələləri tam aydın deyil. Eyni zamanda, qəza testləri ilə bağlı açıq və geniş məlumatlara da az rast gəlinir. Məsələn, digər markalarda avtomobillər müxtəlif sürətlərdə divara çırpılaraq test olunur və sərnişin təhlükəsizliyi qiymətləndirilir. Çin avtomobilləri ilə bağlı isə bu tip test nəticələri geniş şəkildə təqdim olunmur. Mexaniki dayanıqlıq baxımından da müqayisə aparsaq, köhnə model məsələn, 2007-2008-ci illərin “Mercedes”, “Hyundai” və ya “Kia” avtomobilləri çətin yol şəraitində daha stabil nəticə göstərə bilir. Eyni şəraitdə yeni Çin avtomobillərinin necə davranacağı isə sual doğurur. Digər mühüm məsələ isə bu avtomobillərin ikinci əl bazarındakı vəziyyətidir. Yeni, məsələn 2025-2026-cı il buraxılışlı avtomobili bir ildən sonra satmaq çətin olur. Satılsa belə, dəyərindən xeyli aşağı qiymətə satılır”.
Leyla Turan
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:158
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 14 May 2026 10:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see290

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see274

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see260

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see252

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see231

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see230

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see228

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see213

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see210

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see206

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see205

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see205

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see203

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see195

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see193

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see187

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see182

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see177

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see176

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri