Icma.az
close
up
RU
Avtomobilin uzun müddət hərəkətsiz qalmasından yaranan PROBLEMLƏR

Avtomobilin uzun müddət hərəkətsiz qalmasından yaranan PROBLEMLƏR

Baku.ws portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Avtomobilin uzun müddət istifadə edilməməsi bir sıra tipik nasazlıqlara səbəb ola bilər.

BAKU.WS xəbər verir ki, bu barədə avtoekspert Sergey Fastov "Lenta.ru"ya bildirib.

Ekspertin sözlərinə görə, ən çox rast gəlinən problem akkumulyatorun boşalmasıdır. Bəzi hallarda batareyanın gücü yalnız avtomobilin qapılarını açmağa yetir. Bu isə təbii öz-özünə boşalma və ya gözəçarpmaz elektrik sızmaları ilə əlaqədar baş verir. Fastov bu problemin həlli üçün kompakt işəsalma qurğularından istifadə etməyi tövsiyə edir.

Digər geniş yayılmış problem şinlərdə təzyiqin azalmasıdır. Bu hal təkərlərdə yaranan mikroçatlarla və ya təkərin disklə tam oturmaması ilə bağlı ola bilər. Ekspert şinlərin ən gec beş ildən bir dəyişdirilməsini və disklərin vəziyyətinə daim nəzarət olunmasını məsləhət görür.

Uzun müddət dayandıqdan sonra avtomobilin altında mühərrik yağının sızması da müşahidə oluna bilər. Bunun səbəbi köhnəlmiş salniklər, contalar və ya karter altlığının aşınmasıdır. Ləkələr aşkar edildikdə sızmanın mənbəyi tapılmalı, problem aradan qaldırılmalı və yağ səviyyəsi bərpa edilməlidir.

Fastov qeyd edib ki, uzun fasilədən sonra mühərrikin ilk işə salınması zamanı kənar səslər eşidilə bilər. Bunun səbəbi yağın karterə axması və bəzi detalların qısa müddət yağsız işləməsidir. Adətən mühərrik isinən kimi səslər yox olur. Lakin səslər davam edərsə, texniki diaqnostika zəruridir.

Ekspertin sözlərinə görə, asqı sisteminin elementləri də uzun müddət istifadəsiz qaldıqda çirkin donması və ya paslanma səbəbindən səs sala bilər. Bir neçə gün ərzində səslər kəsilməzsə, avtomobilin qaldırıcıda yoxlanılması tövsiyə olunur.

Bundan əlavə, mühərrikin ilk işə salınması zamanı egzoz borusundan qara tüstünün çıxması silindrlərə yağın daxil olmasından xəbər verə bilər. Bu, məsələn, halqaların yapışması ilə bağlı ola bilər. Fastov mühərriki bir müddət işlətməyi və 200–300 kilometr yürüşdən sonra onun vəziyyətini qiymətləndirməyi məsləhət görür.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://baku.ws
archiveBu xəbər 10 Fevral 2026 20:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see296

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see295

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see275

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see272

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see261

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see259

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see250

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see243

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see236

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see232

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see232

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see232

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see230

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see215

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see212

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see210

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see202

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see202

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see192

T. Edison, S. Dali və A. Eynşteyn yeni ideyalar üçün bu dalğalardan istifadə edib

26 Noyabr 2026 12:32see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri