Bir neçə qanuna paket şəklində əlavə və dəyişikliklər edilməlidir Natiq Cəfərli
525.az saytından alınan məlumata görə, Icma.az bildirir.
"Saatlıq ödəniş sisteminə keçid kifayət qədər çətin və mərhələli prosesdir. Hazırkı qanunvericilikdə “minimum əməkhaqqı” anlayışı aylıq əməkhaqqı üzərində qurulub və saatlıq sistemə keçid üçün bir sıra əsas anlayışların dəyişdirilməsinə ehtiyac var: Bu keçid üçün tək bir qanun kifayət etmir. Bir neçə qanuna paket şəklində əlavə və dəyişikliklər edilməlidir. Əmək haqqı və əmək müqaviləsi anlayışları yenidən formalaşdırılmalıdır”.
Bunu 525.az-a iqtisadçı ekspert Natiq Cəfərli söyləyib. Onun dediyinə görə, saatlıq əməkhaqqı sisteminin əsas prinsipləri hələ açıqlanmayıb:
“Bir saatlıq minimum əməkhaqqının nə qədər olacağı bəlli deyil. Hazırda aylıq minimum əməkhaqqı 400 manatdır. Bu məbləği iş saatlarına necə böləcəklər, yoxsa tamamilə fərqli mexanizm tətbiq olunacaq, bu suallar açıq qalır”.
Natiq Cəfərli vurğulayıb ki, bütün bu qeyri-müəyyənliklər fonunda saatlıq əməkhaqqı sisteminin qısa müddətdə, xüsusilə də bu ilin sonuna qədər tam tətbiq ediləcəyini real hesab etmir.
Qeyd edək ki, saatlıq əməkhaqqı sisteminə keçid beynəlxalq təcrübədə çevik məşğulluq modelinin bir hissəsi kimi qiymətləndirilsə də, Azərbaycanda bunun tətbiqi üçün hüquqi və institusional dəyişikliklər tələb olunur.
Sevinc Qarayeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:43
Bu xəbər 30 Yanvar 2026 10:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















