Icma.az
close
up
RU
Bir nəfər öldü, biri həbsə gedir, sən də get özünü as Bakıda dəhşətli qətlin TƏFƏRRÜATI

Bir nəfər öldü, biri həbsə gedir, sən də get özünü as Bakıda dəhşətli qətlin TƏFƏRRÜATI

Icma.az bildirir, Oxu.az portalına istinadən.

Bakıda qonşusunu qətlə yetirməkdə təqsirləndirilən Elşən Müzəffərov, onun həyat yoldaşı Gülnar Müzəffərova və Qasım Xankişiyevin cinayət işi üzrə məhkəmənin növbəti baxışı keçirilib.

Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxslər ifadə veriblər.

Proses zamanı Qasım Xankişiyev bildirib ki, mərhum Səxavət İsmayılov bacısına qarşı nalayiq hərəkətlər edib. Onun sözlərinə görə, hadisə bu səbəbdən baş verib. Lakin zərərçəkmişin hüquqi varisi bu iddianı yalan və iftira kimi qiymətləndirib. Mübahisə zamanı tərəflər arasında gərginlik yaranıb və hakim iştirakçılara məhkəmə qaydalarına əməl etmədiklərinə görə ciddi xəbərdarlıq edib.

Qasım Xankişiyevin sözlərinə görə, hadisə barədə məlumatı ilk dəfə kürəkəni Elşən Müzəffərovdan alıb. Elşən ona həyat yoldaşı Gülnar Müzəffərovanın səs yazısını göndərib və baş verənlərdən xəbərdar olmasını istəyib.

Səs yazısında Gülnar Müzəffərova bildirib ki, qonşusu Səxavət İsmayılov ərinin Rusiyada olmasından istifadə edərək hasardan aşıb evə daxil olub və ona dəfələrlə təcavüz edib.

Qasım Xankişiyev baş verənlərlə bağlı bacısından dəqiqləşdirmə aparıb, o da səs yazısındakı məlumatları təsdiqləyib. Bundan sonra Qasım kürəkəninə deyib ki, Səxavət İsmayılovu cəzalandırmağı ona həvalə etsin.

İstintaq materiallarında qeyd olunur ki, Qasım Xankişiyev və Elşən Müzəffərov öncədən plan quraraq, Səxavət İsmayılovun həyətə girərkən qarşısını kəsiblər, onu boğaraq öldürüblər və meyiti həyətlərində qazdıqları quyuda basdırıblar.

Qasım Xankişiyev məhkəmədə ifadəsini dəyişərək bildirib ki, istintaqda verdiyi ifadə təzyiq altında alınıb:

"Hadisə yerinə gələndə Səxavət artıq ölmüşdü. Mən sadəcə meyiti basdırmağa kömək etmişəm. Elşənə demişəm ki, gedib polisə təslim ol. Bacıma da dedim: "Bir nəfər öldü, biri həbsə gedir, sən də get özünü as öldür, yaşama artıq".

Məhkəmənin növbəti iclası noyabrın 14-nə təyin edilib.

Qeyd edək ki, hadisə Bakının Qaradağ rayonunun Səngəçal qəsəbəsində baş verib. Qəsəbə sakini, 1986-cı il təvəllüdlü Səxavət İsmayılov qonşuları - 1995-ci il təvəllüdlü Elşən Müzəffərov və 1997-ci il təvəllüdlü Gülnar Müzəffərova tərəfindən yaşadıqları evin həyətində boğularaq qətlə yetirilib.

Meyiti isə həyətlərində basdırılıb. Qətli törətməkdə şübhəli bilinən cütlük hadisədən sonra saxlanılıb. İstintaq zamanı cinayətdə iştirakçı kimi Qasım Xankişiyev də müəyyən edilərək həbs edilib.

Onların barəsində Cinayət Məcəlləsinin 120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://oxu.az
archiveBu xəbər 08 Oktyabr 2025 08:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri