Bir ömrün epizodu
Adelet.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Elə insanlar var ki, onlar nə qədər təbbəssüm etsələr də üzlərindəki kədər cizgilərinə hopur. Sanki yaradan kədəri qələmlə onların üzünə çəkib. Qəribədir, həyat onlara nə qədər təbbəssüm bəxş etsə də, yaradılışdan olan kədərləri üzlərindən silinmir. Belə insanlardan biri də aktyor Fazil Salayevdir. Yaratdığı obralarla insanları güldürsə də, özü həyatda qəlbən gülə bilmədi.
Aktyor 1sentyabr 1931-ci ildə Bakıda anadan olub. Hələ uşaqlıqdan incəsənətə maraq göstərən F. Salayev Əzim Əzimzadə adına Rəssamlıq Məktəbinə qəbul olur və təhsilini müvəffəqiyyətlə tamamlayır.
Aldığı təhsildən faydalanan Fazil Salayev bir müddət orta məktəbdə müəllim kimi fəaliyyət göstərir. Bundan əlavə “Azərbaycan nəşriyyatı”nda tərtibçi- rəssam kimi fəaliyyət göstərir.
İncəsənətə marağı və taleyin iti addımları Fazil Salayevin yolunu kinodan, teatrdan salır.
Beləliklə o, Azərbaycan Dövlət Teatr İnstitutuna qəbul olur. Ali təhsili bitirən aktyor Akademik Milli Dram Teatrında işləməyə başlayır.
“AzDrama”da nə qədər uğurlu rolları olsa da, yaradıcılıq fəaliyyəti ilə bağlı gözləntilərinin tam qarşılanmadığını nəzərə alaraq, Musiqili Komediya Teatrında fəaliyyətini davam etdirir.
Ömrünü sənətə həsr edən Fazil Salayev teatrda 10larla uğurlu obraz yaratsa da, tamaşaçı onu “Şərikli çörək” filmində Qırçı Məhəmməd kimi və “Komediyalar aləminə səyahət” verilişində müxtəlif səhnəciklərdə iştirakı ilə yadda qalıb.
Aktyorun ailəsi ilə bağlı yayılan xoşagəlməz xəbərlərə illər sonra xanımı aydınlıq gətirir. Həyat yoldaşı F.Salayevlə anlaşılmazlıq yaşamağını xasiyyəti ilə əlaqələndirir. Aktyorun şən- mehriban, ünsiyyətcil, özünün isə daha ciddi və qısqanc adam olduğunu bildirir. Məhz bu səbəbdən bəzi məqamlarda anlaşmadıqlarını söyləyir. Ancaq bütün bunlara rəğmən aktyor həmişə ailəsi ilə yaşadığını bildirib.
Bir- birindən maraqlı rollar ifa edən F.Salayev ömrünü sənətə həsr etsə də, zəhmətinin qiymətləndirilməməsindən sarsılır.
46 il ömür yaşayan aktyor isti yay səhərlərinin birində həyat səhnəsində tamaşaçıları ilə əbədi vidalaşır.
Aktyor 16 iyun 1978-ci ildə vəfat edir.
Əntiqə Kərimzadə
Baxış sayı:105
Bu xəbər 03 Sentyabr 2026 14:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















