Icma.az
close
up
RU
Bir pəncərə sistemi olsa da, yüz qapı gəzirik : KOBİA sədri narazı sahibkarları dinlədi FOTOLAR

Bir pəncərə sistemi olsa da, yüz qapı gəzirik : KOBİA sədri narazı sahibkarları dinlədi FOTOLAR

Icma.az xəbər verir, Sitat.info saytına əsaslanaraq.

"Kral Constraction" şirkəti olaraq artıq 3 ildir ki, fəaliyyət göstəririk. Məqsədimiz gələcək nəslimizin daha yaxşı şəraitdə yaşaması, sahibkarların işlərini  daha yaxşı böyütməsi üçün keçirilən  islahatların bir parçası olmaqdır. KOBİA-nın  yaradılması bizə bu işləri həyata keçirməkdə böyük dəstəkdir. Lakin Orxan müəllim bu işlərə nə qədər zəhmət qoysa da, bəzən qurumlar arasında yanaşma tərzinin fərqli olması, kommunikasiyanın normal qurulmaması  sahibkarların əziyyət çəkməsinə gətirib çıxarır. Mən özüm 3 il öncə tikinti ilə bağlı müraciət etmişəm. Tikinti mərhələsini bitirmədən öncə bir hüquqşünas sahibkar olaraq müraciət etdiyim bütün qurumlarda hər zaman problemlərlə qarşılaşmışam".

Sitat.info xəbər verir ki, bu sözləri "Bakı KOB evi”ndə “Tikintiyə və istismara icazələrin alınması üçün tələb olunan vaxt və xərclərlə bağlı mövcud vəziyyət və onların optimallaşdırılması imkanları” mövzusunda keçirilən ictimai müzakirədə iş adamı, "Kral Constraction"ın rəhbəri Rövşən Tağıyev deyib.

R.Tağıyev sahibkarların qarşılaşdıqları problemləri dilə gətirib.

O, bildirib ki, "bir pəncərə" sistemi yaradılmasına baxmayaraq, "yüz qapı" sistemi dəyişməz olaraq qalır: "Marsol Group-un dəvəti ilə iştirak etdiyim tədbirdə, sahibkarların qarşılaşdıqları əsas problemləri müzakirəyə çıxardım. Bilirsiniz ki, 2024-cü ildən "Bir pəncərə" sistemi fəaliyyətə başladı. Bu sistem yaranandan sonra öz müraciətlərimin effektini gördüm. Rəsmi qurumlara müraciət etdim, bildirdim ki, "bir pəncərə" sistemi yaradılıb, ancaq aktiv deyil, çalışmır. Bir pəncərə sistemi yaradılmasına baxmayaraq, "yüz qapı" sistemi də yerində qalır. Çünki, "bir pəncərə" sistemi fəaliyyətə başlamasına baxmayaraq, mən 1 ildən sonra, yuxarı dövlət strukturlarına müraciətlərimizdən sonra tikintiyə icazə ala bildim.

Bundan sonra bildirdim ki, tikintiyə icazə prosesində müəyyən boşluqlar var və mənim icazəm olmadan Dövlət Arxitektura Komitəsi binanın müəyyən hissəsini korlayıb, vizual görüntüsündə nöqsanlar yaradıb. Mənə bildirdilər ki, yenidən müraciət edin, düzəldilsin.  Mən artıq tikilini istismara verməyə hazırlaşıram, ancaq 2025-ci ilin yanvar ayında müraciət etməyimə baxmayaraq, hələ düzəliş aktı təsdiqlənməyib".

Sahibkar KOBİA rəhbərliyinin atdığı addımların bu problemlərin həllində mühüm rol oynadığını da qeyd etdi: "Cənab Prezident tərəfindən vətəndaşların rahatlığı üçün necə  ASAN xidmət yaradıldısa, sahibkarlara dəstək də KOBİA-nın yaradılması sahibkarlara qayğının bunun bariz nümunəsidir. Orxan müəllimin rəhbərliyi altında KOBİA-nın günü-gündən inkişaf etməsi, sahibkarlara  dəstəyinin şahidi oluruq. Lakin elə məsələlər var ki, Orxan müəllimin səlahiyyəti çərçivəsindən kənar olduğu üçün müdaxilə edə bilmir. Bu da danılmaz faktdır ki, sahibkarlar bu kimi çətinliklərlə üzləşir və inkişafdan geri qalırlar. Sahibkarın günü savaşmaqla keçir. Sahibkar çalışır ki, öz sahəsində inkişaf etsin, dövlətinə, millətinə fayda versin, amma bütün vaxtı qurumlarla savaşmaqla keçir. Tikinti qanunlarını bilən bir  vətəndaş kimi, bir hüquqşünas kimi mən çətinliklərlə qarşılaşıram. Ümid edirəm ki, istismara başlayan zaman növbəti problemlərlə qarşılaşmaram".

Qeyd edək ki, həmin tədbirdə çıxış edən KOBİA sədri Orxan Məmmədov da bildirib ki, Azərbaycanda tikinti və istismar icazələrinin verilməsi prosesində sahibkarların üzləşdiyi müəyyən çətinliklər hələ də qalmaqdadır.

O.Məmmədovun sözlərinə görə, cari il ərzində agentliyə tikinti sektoruna dair bir sıra müraciətlər daxil olub: "Onların böyük əksəriyyəti müvafiq icazələrin verilməsi ilə bağlıdır. Bundan əlavə, müraciətlər mülkiyyət hüquqlarının rəsmiləşdirilməsi zamanı yaranan çətinlikləri, tikinti aparılan sahədə ağacların köçürülməsi məsələlərini, tikinti materiallarının istehsalı üçün ‘Dağ-mədən ayırması" aktının əldə olunmasını, həmçinin sahibkarlara məxsus torpaq sahələrinin təyinatının dəyişdirilməsi ilə bağlı problemləri əhatə edib".

O.Məmmədov qeyd edib ki, icazə prosedurlarında dəyişikliklər sahibkarların fəaliyyətinə təsir baxımından əvvəlcədən ciddi təhlillər əsasında qiymətləndirilməli, müraciətlərin qəbulu və cavablandırılması üçün vahid elektron platforma tam funksional şəkildə tətbiq olunmalıdır: "Eyni zamanda, KOB-ların vaxt və vəsait itkilərinin azaldılması üçün rəqəmsal həllər, innovativ yanaşmalar və pilot layihələr dəstəklənməlidir".

Məğrur,

Sitat.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:84
embedMənbə:https://sitat.info
archiveBu xəbər 08 Oktyabr 2025 14:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see273

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see196

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see188

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see183

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see163

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see158

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see158

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see154

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see146

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see144

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see141

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see134

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see134

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see133

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see133

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see130

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see126

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri