Icma.az
close
up
RU
“Bir qadını anlamaq bir şeydir, komandanı anlamaq başqa” Toğrul Əsgərovun ə MÜSAHİBƏSİ

“Bir qadını anlamaq bir şeydir, komandanı anlamaq başqa” Toğrul Əsgərovun ə MÜSAHİBƏSİ

Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Böyük idmandan ayrıldıqdan sonra onu demək olar ki, nə efirlərdə, nə də idman mediasında görmək olur. Halbuki, hazırkı vəzifəsi - Azərbaycan qadın güləşi yığmasının baş məşqçisi vəzifəsini icra etməsi - jurnalistlərlə daha çox ünsiyyətdə olmağını tələb edir.

Məhz bu mövzu ilə İdman.Biz Toğrul Əsgərovla - sərbəst güləş üzrə olimpiya çempionu ilə - müsahibəyə başladı.

- Böyük idmandan getdikdən sonra sizi demək olar ki, efirlərdə görmürük. Halbuki indi qadın güləşi yığmasına rəhbərlik etdiyiniz üçün az məşhur deyilsiniz.

- Mən “idman müəllimləri” ilə efirlərə çıxmaq əvəzinə, vaxtımı daha faydalı işlərə sərf etməyi üstün tuturam. Üstəlik, efirə çıxan kimi, yaxud kiməsə müsahibə verən kimi dərhal mənim barəmdə qəribə şərhlər yazan, varlığından belə xəbərim olmayan adamlar peyda olur. Bu məni iyrəndirir, ümumiyyətlə, efirdə görünmək istəyimi öldürür. Məsələn, unutmuram, bir dəfə yarışlardan qayıdarkən iki dəfə təyyarə dəyişdik, evə çatmaq üçün demək olar ki, 48 saat yoldaydıq. Yorğun, yuxusuz halda hava limanında bizi qarşılayan jurnalistləri incitməmək üçün müsahibə verdik. Sonra baxdıq ki, reportajın altına kimsə “Qaqam keflidi” yazıb. Belə olanda insanın efirə çıxmaq həvəsi qalırmı?

- Artıq 34 yaşınız var, amma hələ də ailə qurmağı düşünmürsünüz. İndiki vəzifəniz sizi ailə həyatından daha da uzaqlaşdırmaz ki?

- Hər şey ola bilər. Sualınızın nəyə yönəldiyini başa düşürəm: bir qadının problemini həll etmək bir şeydir, amma bütün qadın komandasının problemini həll etmək tam başqa məsələdir (gülür). Bu, doğrudan da çətindir. Komandadakı hər bir qıza ayrıca, fərdi yanaşmaq lazımdır. Onların öz dünyası, öz dili var, o dili başa düşmək bəzən heç bir məntiqlə mümkün olmur.

- Bəs siz onlarla necə dil tapmısınız?

- Mən hələ o yoldayam (gülür). Əvvəllər məşqlərə başlamazdan öncə komandanı toplayıb onlara peşəkarlıq, dözümlülük, çempion xarakteri haqqında söhbətlər edirdim. Öz nümunəmlə göstərirdim ki, uğura çatmaq üçün hansı çətinliklərdən keçmişəm, necə olimpiya çempionu olmuşam. Amma sonra başa düşdüm ki, bunun mənası yoxdur. Belə nəsihətlərlə onlara təsir etmək mümkün deyil. Onsuz da hərəsi yenə də düşündüyü kimi davranacaq. İndi isə onları sadəcə xalçaya çıxmazdan əvvəl motivasiya edirəm, məşqlərdə isə fəndləri təkmilləşdirməyə diqqət yetirirəm ki, onların fikri yalnız güləşdə olsun, başqa heç nəyə yönəlməsin.

- Bəs siz idmandan getməzdən əvvəl çoxmu düşündünüz? Axı siz güləş üçün hələ çox gənc yaşda - 27 yaşınız tamam olmamış - karyeranızı bitirdiniz. Necə düşünürsüz, tez alışıb, tez də sönmədinizmi?

- Mən “söndüm” deməzdim. Axı Avropa, Avropa Oyunları və Olimpiya çempionu olmuşam. Hətta ikiqat olimpiya çempionu da ola bilərdim - bir az bəxtim gətirmədi. Mən həmişə arzulayırdım ki, çempionluq medalını boynuma prezidentimiz assın, bu arzum Bakıda keçirilən Avropa Oyunlarında gerçəkləşdi və mən o vaxt hədsiz dərəcədə xoşbəxt idim, bunu da ona demişdim. Sonra çox sayda zədə aldım. Qarşıda iki yol vardı: ya güləşi davam etdirib sağlamlığımı itirmək, ya da məşqçiliyə keçmək. Mən ikinci yolu seçdim və bu qərarıma görə heç peşman deyiləm.

- Bəs həyata keçməyən arzunuz qalıbmı?

- Təəssüf ki, bəli. Mən heç vaxt dünya çempionu ola bilmədim, halbuki azı iki dəfə bu titula çox yaxın idim. İlk dəfə 2010-cu ildə Moskvada keçirilən dünya çempionatında, cəmi 18 yaşım olmadan finalda yerli güləşçi - rusiyalı Viktor Lebedevə çox gərgin qarşılaşmada uduzdum. 2015-ci ildə isə məni açıq-aşkar haqsızlıqla məğlub etdilər. İtaliyalı Frank Çamizo ilə görüşdə, hansı ki, mən onu Avropa Oyunlarında məğlub etmişdim. Hətta sonradan Beynəlxalq Güləş Federasiyası da kobud hakim səhvini təsdiqlədi, amma artıq gec idi – “qatar getmişdi”. Çamizo məni “məğlub edərək” dünya çempionu oldu. Həmin il məni Avropanın ən yaxşı idmançısı seçdilər, amma bu, mənim üçün “oğurlanmış qızılın” yerini vermədi.

- Amma siz ona tam şəkildə cavab verdiniz - Rio Olimpiadasının yarımfinalında onu məğlub etdiniz.

- Bəli, elədir. Amma orada da yenidən çempion ola bilmədim - finalda rusiyalı Soslan Ramonova uduzdum. O, sonradan daha heç bir ciddi nəticə əldə edə bilmədi. Mən isə 2017-ci ildə idmandan ayrıldım. Daha sonra geri qayıtmağa cəhd etdim, amma alınmadı - başa düşdüm ki, bütün o zədələrdən və əməliyyatlardan sonra əvvəlki - çempion səviyyəmdə çıxış edə bilməyəcəyəm. Mən başqa səviyyəni qəbul etmirəm, ona görə də o zaman güləş karyeramı qəti şəkildə bitirmək qərarına gəldim.

Vüqar Vüqarlı

İdman.Biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:74
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 01 Noyabr 2025 13:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see298

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see296

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see281

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see251

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see242

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see233

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see228

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see199

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see197

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see193

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see174

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see162

İlham Əliyev bu gəncləri mükafatlandırdı SİYAHI

30 Yanvar 2026 16:40see157

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see155

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see155

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see150

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see149

Hakan fidan: Müharibə davam edərsə, Türkiyə İsraillə ticarətə başlamayacaq

30 Yanvar 2026 02:27see148

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see145

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri