“Yaxın gələcəkdə beynəlxalq arenada qızlarımızdan uğurlar gözləyirik” Toğrul Əsgərovun ə AÇIQLAMASI
Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.
Bu yaxınlarda başa çatan Azərbaycanın güləş üzrə çempionatı yenə də qadınların iştirakı olmadan keçirilib.
Qadın güləşi üzrə ölkə çempionatı nə vaxt baş tutacaq və əfsanəvi Mariya Stadnikdən başqa, dünya səviyyəsində layiqli çıxış edə biləcək idmançılarımız varmı?
Bu suallarla İdman.Biz olimpiya çempionu, Azərbaycanın qadın güləşi üzrə milli komandasının baş məşqçisi Toğrul Əsgərova müraciət edib.
“Bildiyiniz kimi, artıq iki ildir ki, yeniyetmə qızlar arasında ölkə çempionatları keçirilir. Aşağı yaş qruplarında 14–16 yaşlı çox perspektivli qızlar yetişməkdədir. Ümid edirəm ki, qadın güləşi üzrə böyüklər arasında ölkə çempionatı yaxın gələcəkdə – maksimum iki-üç il ərzində keçiriləcək”, – deyə Toğrul Əsgərov bildirib.
Potensial liderlər barədə suala cavab verən baş məşqçi bir neçə adı xüsusi qeyd edib:
“Hesab edirəm ki, Jalə Əliyeva artıq beynəlxalq səviyyədə tam rəqabət qabiliyyətlidir. O, böyüklər arasında Avropa çempionatlarının mükafatçısı olub, U23 yaş kateqoriyasında dünya çempionu adını qazanıb və iki dəfə İslam Həmrəyliyi Oyunlarının qalibi olub. Günay Qurbanova, Ruzanna Məmmədova və Elnurə Məmmədova da böyük potensiala malikdirlər. Yaxın gələcəkdə beynəlxalq startlarda qızlarımızdan uğurlar gözləyirik”, – deyə olimpiya çempionu vurğulayıb.
Vüqar Vüqarlı
İdman.Biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 16 Yanvar 2026 12:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















