Icma.az
close
up
RU
Bir qız uşağının qələmini alıb ona cehiz vermək... Gələcəyimizi BALTALAMAYAQ!

Bir qız uşağının qələmini alıb ona cehiz vermək... Gələcəyimizi BALTALAMAYAQ!

Icma.az, Yenisabah portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Erkən nikah - bu söz bəzilərinə ənənəvi, bəzilərinə isə faciəvi səslənir. Lakin bu anlayışın arxasında gizlənən acı həqiqətlər çox vaxt susqun qalır. Əslində isə bu, bir insanın - xüsusilə də yeniyetmə qızların - uşaqlığını, gəncliyini, təhsilini və bəzən həyatını əlindən alan böyük bir sosial problemdir. Erkən nikah sadəcə ailədaxili məsələ deyil, həm də cəmiyyətin gələcəyinə yönəlmiş təhlükəli bir müdaxilədir.

 Erkən nikah ictimai problem olmaqla yanaşı, demoqrafik problem kimi də dəyərləndirilməlidir. Aparılan təhlillər göstərir ki, yeniyetmə və gənclər arasında erkən nikahlara dair maarifləndirməyə ciddi ehtiyac var. Bir çox valideynlər erkən nikahın mənfi nəticələri, yaratdığı fiziki və psixoloji fəsadları, hüquq pozuntuları barədə məlumatlı deyillər. 

 Erkən nikahların səbəbləri

Araşdırmalar göstərir ki, erkən nikahların bir çox səbəbləri var:

- Ailə təzyiqi və patriarxal düşüncə tərzi;

- Qeyri-kafi təhsil və maariflənmənin olmaması;

- Qız uşağını “yük” kimi görən düşüncələr;

- İqtisadi çətinliklər və sosial təminatsızlıq;

- Cəmiyyətdəki yanlış şərəf, abır və adət anlayışları.

 Bu səbəblər birləşərək erkən nikahları “adi hal” kimi təqdim edir. Nəticədə azyaşlı qızlar hələ öz arzularını, potensiallarını tanımadan, başqasının həyatının kölgəsində yaşamağa məcbur qalırlar.

 Rəsmi faktlar nə deyir...

Rəsmi statistikaya görə, 2024-cü il üzrə respublikanın 14 iqtisadi rayonu üzrə 185 nəfər 17 yaşında rəsmi nikaha daxil olub. Üzrlü səbəbləri əsas gətirən belə şəxslərə icra orqanları tərəfindən vaxtından əvvəl evliliyə rəsmən icazə verilib.

Bakıya daxil olan rayonlar arasında 17 yaşındakı şəxslərin nikahının rəsmiləşdirilməsilə bağlı Sabunçuda 4, Xəzərdə 2, Pirallahıda isə 1 hal qeydə alınıb. Bakının digər rayonları – Binəqədi, Nəsimi, Nizami, Nərimanov, Yasamal, Xətai,  Suraxanı, Səbail, Qaradağda isə bənzər hallar baş verməyib. 

 Qarabağ iqtisadi rayonu respublika üzrə rəsmi evlilik yaşına çatmadan, icra orqanlarına üzrlü səbəblərdən müraciət edən və 17 yaşda evlilik halının ən çox olduğu bölgədir. Region üzrə bu hal ən çox Bərdə rayonunda qeydə alınıb. Bir il ərzində Bərdədə 17 erkən nikah halı qeydə alınıb. Bərdədən sonra 17 yaşda rəsmiləşən nikah sayı Ağcabədidə qeydə alınıb – 12. Region üzrə sadəcə Şuşada bənzər hal qeydə alınmayıb. Füzuli, Xocalı və Xocavənddə il ərzində sadəcə 17 yaşında 1 nikah halı qeydə alınıb. Bənzər göstəriciləri Tərtərdə 6, Ağdamda isə 3-dür. 

 Ötən il Abşeron-Xızı iqtisad rayonuna daxil olan Sumqayıt şəhəri, o cümlədən Abşeron rayonu və Xızıda 17 yaşında rəsmi nikaha daxilolma halı qeydə alınmayıb.

Naxçıvan iqtisadi rayonuna daxil olan 8 şəhər və rayonda da  (Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz, Şərur rayonları və Naxçıvan şəhəri) 17 yaşında nikahın rəsmiləşdirilməsi üçün heç bir hal qeydə alınmayıb. 

 Gəncə-Daşkəsən iqtisadi rayonunda 22 erkən nikah halı qeydə alınıb. Belə ki, 17 yaşında evləndirilən şəxslərin sayı ən çox Göygöldə olub - 17 hal. Gəncədə 1, Daşkəsəndə 2, Samuxda isə 2 halda 17 yaşda rəsmi nikaha daxil olmağa icazə verilib. 

Şəki-Zaqatalada 6 hal qeydə alınıb. Şəki şəhərində 18 yaşına çatmadan üzrlü səbəblərdən 4, Balakəndə isə 2 nəfərə evlilik yaşından 1 il əvvəl nikaha daxil olmağa icazə verilib. İqtisadi rayona daxil olan Qax, Qəbələ, Oğuz və Zaqatalada bənzər prosesə rast gəlinməyib. 

 Lənkəran-Astarada 4 halda 17 yaşında evliliyə rəsmi icazə verilib. Lənkəran və Yardımlının hər birində 2 belə hal qeydə alınıb. Astara, Cəlilabad, Masallı və Lerikdə isə 17 yaşına çatmış şəxslər arasında rəsmi nikah qeydə alınmayıb. 

Quba-Xaçmazda 9 erkən evliliyə rəsmi icazə verilib. Quba və Qusarda fəaliyyət göstərən icra orqanlarına 17 yaşında rəsmi nikaha daxil olmaqla bağlı müraciət olunmayıb. İqtisadi rayonun digər rayonlarında müvafiq göstəricilər belədir: Xaçmaz - 2, Şabran - 3, Siyəzən – 4.

Mərkəzi Aranda ümumilikdə 23 halda 17 yaşlı şəxslərin evliliyi rəsmiləşdirilib. Bu iqtisadi rayonun tərkibində olan Kürdəmir və Ucarda 1, Yevlaxda 8, Ağdaşda 6, Zərdabda 4, Mingəçevir şəhərində isə 3 bənzər hal qeydə alınıb. Mərkəzi Aran bölgəsində sadəcə Göyçay rayonunda 17 yaşda rəsmi nikaha daxilolma qeydə alınmayıb. 

Şərqi Zəngəzurda - 1 hal: Yalnız Kəlbəcər rayonunda rəsmi nikah yaşına çatmayan və icra orqanlarına üzrlü hal üçün müraciət edən 1 nəfərə 17 yaşında nikaha daxil olmağa icazə verilib.

 Dağlıq Şirvan - 24 hal: Ağsuda 9, Şamaxıda 7, İsmayıllıda 5, Qobustanda isə 3 nəfər 18 yaşına çatmadan rəsmi nikaha daxil olub. 

Qazax-Tovuzda 17 belə hal qeydə alınıb: Burada ən böyük pay Tovuz rayonuna düşür. Belə ki, Tovuzda 16 nəfər üzrlü hallar səbəbi ilə rəsmi nikaha 1 il tez daxil olub. Digər 1 hal isə Ağstafada olub. 

Mil-Muğan - 13 hal: Mil Muğam iqtisadi rayonunda erkən yaşda rəsmi nikaha ümumilikdə 13 girib. Bunun 7-si Saatlıda, 5-i Sabirabadda, 1-i isə Beyləqanda yaşanıb. 

Şirvan-Salyan - 18 hal. Bu iqtisadi rayonun tərkibində olan Biləsuvarda 10, Salyanda 4, Hacıqabulda 3, Şirvanda isə 1 bənzər hal qeydə alınıb. Şirvan-Salyan bölgəsində sadəcə Netfçala rayonunda 17 yaşda rəsmi nikaha daxilolma qeydə alınmayıb. 

    Erkən nikahların nəticələri

 - Təhsilin yarımçıq qalması;

 - Erkən yaşda hamiləlik səbəbilə fiziki və psixoloji sağlamlıq problemləri;

 - Şəxsi inkişafın dayanması;

 - Ailədaxili zorakılıq və iqtisadi asılılıq hallarının artması.

Ekspertlər deyirlər ki, bu nəticələr təkcə fərdi həyatı deyil, bütöv bir cəmiyyətin inkişaf yolunu əngəlləyir.

 Deputat: “Ciddi addımlar atmalıyıq”

 Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov deyir ki, erkən nikahların qarşısını almaq təkcə dövlətin və ya məktəbin yox, hər bir fərdin, ailənin və cəmiyyətin üzərinə düşən vəzifədir:

 “Ailə institutunun güclənməsi üçün ciddi addımlar atmalıyıq. Hesab edirəm bu prosesə televiziya verilişləri də mənfi yöndə ciddi təsir göstərir. Ailə dəyərlərinə zidd verilişlərin dayandırılmasının vaxtı çoxdan çatıb. 

Bu məsələlərdə cəmiyyətin də üzərinə ciddi məsuliyyət düşür. 16 yaşlı qızın toyunda iştirak edən hər kəs o cinayətə də şərikdir. Necə olur ki, bu qədər insanın biri bu qeyri-qanuni əmələ reaksiya vermir?”, - deputat vurğulayıb.

   Azərbaycan Respublikasında erkən nikahlar qanunla qadağandır. Ekspertlər deyirlər ki, qanun yalnız kağız üzərində qalarsa, nəticə verməz, hüquq-mühafizə orqanları bu cür hallara qarşı ciddi şəkildə müdaxilə etməlidir.

Erkən nikah problemini görməzlikdən gəlmək, sabahı zülmətə bürümək deməkdir. Biz gələcək nəsillərimizin sağlam, təhsilli və azad ruhlu olması üçün bu problemə ciddi yanaşmalıyıq. Unutmayaq: bir qız uşağının qələmini əlindən alıb ona cehiz vermək, bir millətin gələcəyinə kilid vurmaqdır.

Araz Zeynalov 

 Yazı “Jurnalist Araşdırmaları” İB-nin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yardımı ilə həyata keçirdiyi “Erkən nikah əleyhinə ictimai maarifləndirmənin gücləndirilməsi”” layihəsi çərçivəsində hazırlanıb.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:68
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 11 İyun 2025 10:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qətər aldadıldığını başa düşür

11 Sentyabr 2025 08:20see419

İsaril Səudiyyə Ərəbistanının və İordaniyanın razılığını alıb Siyasi şərhçi

10 Sentyabr 2025 17:57see356

İsrailin növbəti hədəfi Türkiyədir? III Dünya müharibəsinin əlamətləri görünür

10 Sentyabr 2025 17:33see329

Ən varlı amerikalılar onlardır Siyahı açıqlandı

10 Sentyabr 2025 22:34see151

Etirazçılar magistral yolları bağlayıblar, onlarla saxlanılan var

10 Sentyabr 2025 22:31see147

Toral Bayramov: İslandiya ilə matçdan sonra çox pis vəziyyətdəydik

10 Sentyabr 2025 13:55see143

Neft strategiyası Azərbaycanın dövlət gəlirlərinin artmasına imkan yaratdı ŞƏRH ETDİ

10 Sentyabr 2025 16:03see142

Ukrayna gecə Polşaya Rusiya PUA larının uçuşu barədə məlumat verib

10 Sentyabr 2025 13:56see138

Hesablama Palatası: Dövlət təşkilatları eyni nöqsanları təkrarlayır

10 Sentyabr 2025 17:13see135

Pentaqondan ABŞ ın Çinlə müharibəyə hazırlaşmasına REAKSİYA

11 Sentyabr 2025 00:29see134

Kosmosda başqa ulduzları yeyən ulduz peyda oldu

10 Sentyabr 2025 15:40see132

İcbari Tibbi Sığorta Agentliyi ƏƏSMN ya birləşdirilir?

10 Sentyabr 2025 21:42see130

Mirzoyan Azərbaycanla delimitasiya prosesindən danışdı

10 Sentyabr 2025 21:44see129

Günün qoroskopu: öz ruhunuza bircə dəfə “eşidirəm səni” desəniz...

11 Sentyabr 2025 00:02see128

Polşa hava məkanına daxil olan Rusiya pilotsuz təyyarələrinə cavab verdi NATO

10 Sentyabr 2025 12:22see127

Nigar Fərhad ilk dəfə qızını GÖSTƏRDİ söz savaşı na çıxdılar VİDEO

10 Sentyabr 2025 16:01see127

Xronika: Böyük Ermənistan xülyası Hitlerlə ermənilərin gizli planı idi

11 Sentyabr 2025 01:12see126

Makron istefa ver! deyən yüzlərlə fransız həbs edildi

10 Sentyabr 2025 17:12see124

Yeni telefon modelləri Azərbaycanda təxminən neçə manata satışa çıxacaq?

11 Sentyabr 2025 16:00see121

Astronomlardan maraqlı kəşf: Kosmosda ulduzu yeyən müəmmalı obyekt aşkar edildi

11 Sentyabr 2025 03:16see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri