Icma.az
close
up
RU
Bir qızın şəklini gizlincə çəkib feysbukda paylaşmaq... Metroda baş verən hadisə

Bir qızın şəklini gizlincə çəkib feysbukda paylaşmaq... Metroda baş verən hadisə

Kulis.az saytına istinadən Icma.az xəbər verir.

Kulis.az Kamil Əlisoyun yazısını təqdim edir.

Əlində telefon varsa, video və şəkil çəkə bilirsənsə, deməli, sən hər şeyi qeydə, yazıya ala, paylaşa bilərsən...

Bu hal cəmiyyətdə artıq norma halını almağa başlayıb və “istəyən şəxs sosial şəbəkələrdə istədiyi kimi davrana bilər” fikri bir növ insanların beyninə yeriməyə başlayıb. Lakin buna bir “yox” deyilməlidir.

Texnologiya həyatımızın artıq ayrılmaz parçasıdır, ona çatmaq da olduqca rahatdır və sözsüz ki, hər bir insan üçün bu və ya digər şəkildə vacibdir. Amma bu o demək deyil ki, biz onu istədiyimiz kimi istifadə edə bilərik

Ölmək ölməkdir, xırıldamaq nədir?

Cəmiyyət son on ildə etdiyi inkişafı, bəlkə də, son bir əsrdə etməyib. Bu sürətli inkişaf və ona ayaq uydurmaq da bəzən çətin olur. Məsələn, sürətlə dəyişən şəhərlər, insanlar, qaydalar, mənəviyyat, etik və estetik normalar, düşüncə tərzi və sair. Amma ölüb gedəndən sonra, bunların heç birinin əhəmiyyətinin qalmadığını görürük. Sıra bizə çatanda bunun əhəmiyyətini daha yaxşı başa düşəcəyik.

Bunlarla bərabər, bütün bu dəyişikliklərlə, əqli, zehni, etik-estetik və ya istənilən hər hansı cəhətdən günümüz reallıqlarıyla ayaqlaşa bilməyən insanlar da var ki, yara olub xalqın ürəyinə dərd olur. Xüsusən də, bunlar içərisində dünyanı ancaq “ağ-qara” görənlər tamamilə faciədir.

Necə deyərlər: "Eşşəyə minmək bir ayıb, düşmək də ikinci".

Bayaq feysbukda Qiymət Məhərrəmli adlı bir xanımın paylaşımını gördüm. Xanım Elmlər Akademiyasının əməkdaşı, Yazıçılar və Jurnalistlər Birliyinin üzvüdür. Xanım metroda qarşısında əyləşən bir qızın şəklini gizlincə çəkib və öz feysbuk hesabında paylaşıb ki, bu nə geyimdir, biabırçılıqdır...

Xeyli adam bu paylaşımın düzgün olmadığını, qeyri-etik olduğunu, kiminsə şəklini gizlincə çəkib paylaşmağın tərbiyəsizlik olduğunu yazdı. Çox keçməmiş xanım paylaşdığı şəkli sildi. Düşündüm ki, nə gözəl, səhvini anladı yəqin... Amma daha sonra xanımın yeni paylaşımı qarşıma çıxdı. Belə yazmışdı:

"Əziz Facebook dostlarım, bu gün paylaşdığım statusu çoxsaylı dostlarımızın xahişinə görə sildim. Ona görə yox ki, kimsə həqiqəti görüb bəyan etdiyimə görə məni məhkəməyə verə, şikayət edə bilər. Mən də bundan ehtiyatlanıb çəkinə bilərəm. Məhz ona görə ki, görünən budur: çoxluq üçün cəmiyyətdəki bugünkü acınacaqlı durum xoşdur və özünütənqidə açıq deyilik. Necə istəyirsiniz düşünün, necə arzulayırsınız, o cür nümayiş olunun. Onsuz da səhərdən axşama kimi TV-lərimiz və sosial şəbəkələrimiz bu cür abırsızlıqların təbliği ilə məşğuldur..."

Yəni Qiymət xanım səhv etdiyini düşündüyünə görə yox, çoxsaylı xahişlərə, həmçinin cəmiyyətin özünütənqidə açıq olmamasına görə sildiyini deyir. Təəssüf... Görəsən, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü, şair və jurnalist Qiymət xanım cəmiyyətin hələ özünütənqidə açıq olmadığını bilmirmi? Təzad içində təzad.

"Başqasının geyiminə baxma, öz gözünə pərdə as"... Nizami gəncəvi əsrlər öncə belə yazmışdı

Müasir cəmiyyətdə ən çox qalmaqala səbəb olan trendlərdən biri də məhz geyimdir. Bu məsələ xüsusən də, iki generasiyanı - yaşlı və gənc nəsli çox vaxt üz-üzə qoyur. Kimsə gündəmə düşmək, baxış toplamaq, qısa olsa da, məşhurlaşmaq istəyəndə bu gücdən istifadə edə bilir. Hərhalda Qiymət xanım da ya ani əsəbiləşib, ya da nənələrimiz eləyən kimi - nəvələrini başına, böyrünə isə mütəkkə yığacağı vaxtda belə ağır, mənəvi yükün altına girib. Məsələ, kimin necə geyindiyi yox, sənin onu nə qədər gördüyündür. Əgər öz gözünü bu şeylərə bağlamısansa, o səni, onsuz da, narahat etməyəcək.

Ruhlardır, yəqin ki bizdən danışır..

Geyim əxlaq ölçüsüdürmü? Bu, həmişə müzakirə olunacaq. Amma arxayın ola bilərik ki, ruhlar o biri tərəfdən durub geyim barədə danışmır. “Adamı geyiminə görə qəbul edib, danışığına görə yola salarlar” deyiblər. Görünür, bu fikirlə paylaşım sahibi bir o qədər də razılaşa bilməyib. Baxmayaraq ki, əksərən, bunu elə yaşlı nəslin özü tez-tez misal olaraq istifadə edir.

Cəmiyyət olaraq, çoxsaylı dərdlərimiz var və əminliklə deyə bilərəm ki, geyimin necə olması məsələsi bir nömrəli problem deyil. Elmi, ictimai-siyasi, sosial o qədər problemlər var ki, bu mövzunun gündəmdə olması cəmiyyətin özünə də maraqlı deyil. Çünki geyimi hər “düzgün” olan adam da əxlaq mücəssəməsi sayılmır.

Hərhalda ölkədən kənara çıxmış, həmçinin ölkə kənarındakı dəyərlərdən xəbərdar olan biri kimi deyə bilərəm ki, inkişaf etmiş cəmiyyətlərdə artıq belə mövzulardan danışılmır, danışanda da məsğərəyə qoyarlar adamı.

Bizim də bu kimi inkişafa ehtiyacımız var və artıq bu, gənc nəsil sayəsində yavaş-yavaş öz sözünü deyir. Elə buna görədir ki, paylaşım sahibi də “bu xahişləri nəzərə aldığı”nı deyib.

Cəmiyyətimiz özünətənqidə açıq olmasa da, reallıq dəyişməzdir. Bizim sanballı tənqidə də, tənqidçilərə də heç olmadığı qədər ehtiyacımız var. Xüsusilə də, bu hallara qarşı silah kimi.

Tənqidə açıq olmadığımızı bildirən Qiymət xanım, maraqlıdır, görəsən, özü bu yazıya nə reaksiya verəcək?!..

Məşhur Hollivud ulduzu dünyasını dəyişdi Lennonun sevgi məktubu rekord qiymətə satılır Leyla Qurbanovanın sərgisi - “Birlikdə yaradılan dünya”
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:62
embedMənbə:https://kulis.az
archiveBu xəbər 18 İyul 2025 14:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri