Icma.az
close
up
RU
Paşinyanın mesajı gündəmi dəyişdi “Lavrov Araratın şəklini çəkib...”

Paşinyanın mesajı gündəmi dəyişdi “Lavrov Araratın şəklini çəkib...”

Icma.az, Teleqraf.com saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Moskva SSRİ dönəmində zaman-zaman geosiyasi maraqlarına uyğun olaraq, “erməni soyqırımı” məsələsini açıb-bağlayıb.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” Partiyasının deputatı Vaaqn Aleksanyan Baş nazir Nikol Paşinyanın “erməni soyqırımı” ilə bağlı bəyanatını şərh edərkən deyib.

Onun sözlərinə görə, Paşinyanın “soyqırımı” ilə bağlı açıqlaması üç əsas tənqidçi təbəqəni önə çıxarıb:

“Birinci təbəqənin nümayəndələri deyirlər ki, bəli, “kim bilmir ki, Sovet İttifaqı o vaxtkı geosiyasi maraqlarına uyğun olaraq Sovet Ermənistanında (qondarma – red.) soyqırımı mövzusunu açıb-bağlayıb. Məsələn, Türkiyə ilə isti dövrdə bağlanıb, amma Karib böhranı zamanı açılıb. Bu adam nə sadə şeylərdən danışır, qoy baş nazir ciddi işlərlə məşğul olsun”.

İkinci təbəqənin nümayəndələri deyirlər ki, “alçaq əclaflar hələ də soyqırımını inkar edirlər”.

Üçüncü təbəqənin nümayəndələri deyirlər ki, “bu mövzunu ümumiyyətlə necə müzakirə obyektinə çevirmək olar? Beş-altı ildən bir əcnəbi ölkənin xarici işlər naziri (Rusiya xarici işlər naziri Sergey Lavrov – red.) gəlir, mobil telefonu ilə Araratın (Ağrı dağı – red.) şəklini çəkir və soyqırımı ilə bağlı bir-iki ürəkaçan fikir söyləyir, bundan artıq nə istəyirsiniz?”.

Bu üç qrup arasından 1-ci qrupa cavabım budur ki, nə qədər tənqidçilər arasında 2-3-cü qrupların nümayəndələri çoxluq təşkil edir, bu barədə həm baş nazir, həm də hamımız danışmalıyıq. Qrupunuz çoxluq təşkil edəndə buna ehtiyac qalmayacaq”.

Xatırladaq ki, Paşinyan bundan əvvəl İsveçrədə erməni icması ilə görüşündə qondarma soyqırımı məsələsindən danışıb.

Ermənistan rəhbəri çıxışında dolayı yolla ermənilərin tarixi saxtakarlığa yol verdiklərini etiraf edib: “Nə baş verdiyini və niyə baş verdiyini anlamaq lazımdır. Bəs biz bunu necə qavradıq, kimin vasitəsilə qavradıq? Necə oldu ki, 1939-cu ildə erməni soyqırımı gündəmi yox idi və necə oldu ki, 1950-ci ildə erməni soyqırımı gündəmi yarandı? Necə oldu, başa düşməliyik”.

Ermənistan liderinin açıqlaması ölkəsində gərgin müzakirələrə səbəb olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:226
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 27 Yanvar 2025 17:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see349

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see280

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see267

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see266

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see264

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see255

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see254

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see253

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see250

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see247

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see235

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see233

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see226

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see224

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see222

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see219

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see201

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see198

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see196

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri