Bir qrup usta Avanqard Construction MMC dən pullarını ala bilmirlər İDDİA VİDEO
Icma.az, Avtosfer saytına istinadən bildirir.
Bakıda bir qrup usta işlədikləri ''Avanqard-Construction'' MMC-dən pullarını ala bilmədiklərini iddia edirlər. Onların sözlərinə görə, görülən iş üçün əvvəlcədən razılaşdırılmış məbləğ tam ödənilməyib və hazırda şirkətdən təxminən 17 min manat alacaqları qalıb.
Avtosfer.az Xəzər Tv-yə istinadən xəbər verir ki, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində tikintisi aparılan yaşayış binalarında fasad işləri görən bir qrup ustadan bildirib.
Şikayətçilərin sözlərinə görə, onlar 12 nəfər heyyətlə ''Avanqard-Consturiction'' podratçı tikinti şirkətilə razılaşaraq tikinti şirkətində hər kvadratmetr fasad işinə görə 28 manat ödənilməsi barədə razılıq əldə ediblər.
Ustalar deyirlər ki, məsələ ilə bağlı dəfələrlə şirkət rəhbərliyinə müraciət etsələr də, onlara hesablamaların məhz bu qaydada aparıldığı bildirilib.
Məsələ ilə bağlı adı çəkilən ''Avanqard-Construction'' şirkətindən bildirilib ki, ustaların irəli sürdüyü iddialarla razı deyillər. Qeyd etdilər ki, onlarla əvvəldən işin bir kvadratmetri 25 manatdan razılaşdırılıb.
“Həmin şəxslər işi yarımçıq qoyub getdikləri üçün qalan məbləğ ödənilməyib. İşi təhvil verən kimi məbləğ tam ödəniləcək'',- deyə şirkətdən qeyd olundu.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 09 İyul 2026 11:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















