Icma.az
close
up
RU
Vesta Construction MMC eyni mənzili bir neçə nəfərə satıb VİDEO

Vesta Construction MMC eyni mənzili bir neçə nəfərə satıb VİDEO

Unikal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakıda eyni mənzil bir neçə nəfərə satılıb.

"Unikal"ın məlumatına görə, paytaxtın Nizami rayonu, Şirin Mirzəyev küçəsində yerləşən köhnə yaşayış binası bir neçə il əvvəl sökülüb və sakinlərə söz verilib ki, yeni tikilən binada hər birinə mənzil veriləcək.

Lakin nə vəd edilən mənzillər verilib, nə də tikinti başa çatdırılıb.

Bu iddia ilə "Xəzər Xəbər"in vatsap qaynar xəttinə bir qrup sakin müraciət edib.

Onların sözlərinə görə, layihəni həyata keçirməli olan "Vesta Construction" MMC illərdir prosesi uzadır. Tikili 10 ilə yaxındır ki, yarımçıq qalıb. Köçürülmüş sakinlər hazırda kirayələrdə yaşadıqlarını deyirlər. Sakinlər onu da əlavə ediblər ki, bu məsələdə digər zərərçəkənlər də var. Çünki yeni binada eyni mənzil bir neçə nəfərə satılıb və bu da problem olaraq qalır. 

Şikayətçilər deyirlər ki, məsələ ilə bağlı Nizami Rayon İcra Hakimiyyətinə dəfələrlə müraciət etsələr də, heç bir tədbir görülməyib.

Nizami Rayon İcra Hakimiyyətindən isə bildirildi ki, "Vesta Construction" MMC tərəfindən köçürülən sakinlərlə, həmçinin sonradan şəxsi vəsaiti hesabına yaşayış kompleksindən mənzil almış vətəndaşlarla bağlanmış müqavilələrdən irəli gələn öhdəliklər D bloku üzrə yerinə yetirilməyib. Sakinlərin yaranmış narazılıqları ilə bağlı MMC rəhbərliyinə dəfələrlə xəbərdarlıq edilib. Lakin göstərilən məsələlərin həlli tam təmin edilməyib. Faktlar üzrə zərərçəkmiş vətəndaşların kollektiv müraciəti əsasında Nizami Rayon Prokurorluğunda cinayət işi başlanılıb. Hazırda cinayət işi üzrə istintaq işləri davam etdirilir. Məsələnin həlli Nizami Rayon İcra Hakimiyyəti tərəfindən nəzarətdə saxlanılır.



Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:180
embedMənbə:https://unikal.az
archiveBu xəbər 31 Yanvar 2026 14:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see720

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see295

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see278

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see263

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see247

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see236

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see234

Nazir Roza Zərgərlini qəbul etdi

09 Oktyabr 2026 16:08see228

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see212

Kollec diplom verir: İş yox

09 Oktyabr 2026 18:04see207

Xəzərdə təhlükə böyüyür: Bakı dünyanı hərəkətə keçməyə çağırır

09 Oktyabr 2026 18:19see195

Azər Səmədov BU NAZİRLİKDƏ yüksək vəzifəyə təyin olundu

09 Oktyabr 2026 14:45see195

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see189

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see188

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see184

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see183

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see182

Yumurta çörək yeməklə 100 min dollar yığdı

09 Oktyabr 2026 19:52see178

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see175

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri