Bir qutu pivə sizi ağcaqanadların “sevimli hədəfinə” çevirə bilər Alimlər açıqladı
Icma.az bildirir, Moderator.az portalına istinadən.
Bəzi insanlar ağcaqanadların hədəfinə digərlərindən daha çox çevrilir. Alimlər bunun səbəbləri arasında maddələr mübadiləsi, bədən temperaturu, geyim rəngi və hətta spirtli içki qəbulunu göstərirlər.
Moderator.az xəbər verir ki, entomoloq Conatan Dey bu barədə “HuffPost”a açıqlamasında məlumat verib.
Mütəxəssisin sözlərinə görə, ağcaqanadlar insanların nəfəs alarkən ifraz etdiyi karbon qazını hiss edir. Maddələr mübadiləsi sürətli olan insanlarda daha çox karbon qazı yarandığından onlar ağcaqanadlar üçün daha cəlbedici ola bilərlər. Dərinin ifraz etdiyi süd turşusu və bədən temperaturu da ağcaqanadların seçimində rol oynayır.
Geyimin rəngi də əhəmiyyətlidir. Ağcaqanadlar insanla ətraf mühit arasındakı kontrastı yaxşı seçdiyindən tünd rəngli geyimlər onları daha çox cəlb edə bilər.
Maraqlısı isə budur ki, fiziki fəaliyyətdən və spirtli içki qəbulundan sonra dişlənmə ehtimalı arta bilər. Deyin istinad etdiyi araşdırmaya görə, hətta bir qutu pivə belə insanı ağcaqanadlar üçün daha cəlbedici edə bilər.
Mütəxəssis ağcaqanad dişləmələrindən qorunmaq üçün səhər erkən və axşam saatlarında ehtiyatlı olmağı, dərini örtən geyimlər geyinməyi qovuculardan istifadə etməyi tövsiyə edir. Ventilyator da kömək edə bilər, çünki güclü hava axını ağcaqanadların uçmasını çətinləşdirir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 09 Sentyabr 2026 16:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















