Icma.az
close
up
RU
Xəzəri məzara çevirə bilər!

Xəzəri məzara çevirə bilər!

Icma.az, Azvision portalına istinadən məlumat yayır.

Təlimlərdə HDQ-nin döyüş, döyüş təminatı və təminat gəmiləri ilə bərabər dəniz xüsusi təyinatlı və dəniz piyada bölmələri də iştirak edirdi. Təlimin başlıca məqsədi komandir heyətinin ekstremal vəziyyətlərdə operativ qərar qəbuletmə və qüvvələrin tətbiqi üzrə praktiki vərdişlərinin təkmilləşdirilməsindən ibarət idi.
Yerinə yetirilən döyüş vəzifələri
Plana əsasən, təlimə cəlb olunan qüvvə və vasitələr Xəzər dənizinin Azərbaycana məxsus sektorunda enerji infrastrukturlarının mühafizəsi və müdafiəsi üzrə fəaliyyətləri icra ediblər. Həmçinin gündüz və gecə şəraitində, sahildə və adalarda şərti düşmənin müvəqqəti baza məntəqələrinin aşkar edilməsi və xüsusi əməliyyatlarla terror qruplaşmalarının məhv edilməsi üzrə taktiki elementlər uğurla yerinə yetirildi.
Təlim çərçivəsində axtarış-xilasetmə tədbirləri və qəzalı gəminin təxliyəsi üzrə fəaliyyətlərin icrası zamanı da yüksək peşəkarlıq nümayiş etdirildi.
Təlimlərdə yeni dəniz vasitəsi
Bu təlimlərdə məlum oldu ki, yeni bir pilotsuz silahlı dəniz vasitəsi Azərbaycan Hərbi Dəniz Qüvvələrinin inventarına daxil edilib. Söhbət ilk dəfə ictimaiyyətə təqdim edilən “Salvo”dan gedir. 4 il əvvəl bu pilotsuz vasitənin xələfi olan ULAQ-ın perspektivlərinə inanıb barədə bir araşdırma aparmışdım. https://moderator.az/az/read/390701/
"Salvo" pilotsuz dəniz vasitəsi Türkiyənin "Dearsan" şirkəti tərəfindən yerli imkanlarla istehsal və inkişaf etdirilib. Şirkətin pilotsuz dəniz nəqliyyat vasitələri ailəsinə məxsusdur. Türkiyə Müdafiə Sənayesində daha bir pilotsuz dəniz platformaları təqdim edən "Dearsan" ULAQ, RD-09, "Salvo" və "Sancar" layihələrini uğurla tamamlayıb.
"Salvo"nun ərsəyə gətirilməsində "Dearsan" öz resurslarından istifadə etməklə ASELSAN, ROKETSAN və YALTES də daxil olmaqla çoxsaylı tərəfdaşları ilə birgə fəaliyyət göstərib.

Əsas texniki xüsusiyyətləri:
Uzunluq: 14.79 m
Eni: 3.83 m
Maksimum sürət: 83 km/sa – 111 km/saat və ya 45-60 düyün (dizel mühərrik seçimindən asılı olaraq)
Mühərriki və silahlanması
Dizel qurğusu ilə hərəkətə gətirilən "Salvo" iki su reaktiv mühərrik sistemindən istifadə edir. Öz sinfinin ən sürətli vasitəsi olan "Salvo" idarəolunan raket və pulemyotlardan hərəkət edən hədəflərə atəş açmaq qabiliyyəti ilə seçilir. Onun silah konfiqurasiyasına ROKETSAN istehsalı olan YALMAN raket qurgusu və ASELSAN istehsalı olan 12,7 mm-lik pulemyotla inteqrasiya olunmuş yeni uzaqdan idarə olunan silah sistemi daxildir.
İdarəetmə
"Salvo" həmçinin quruda yerləşən mobil nəqliyyat vasitələrindən və ya qərargahın komanda mərkəzlərindən real vaxt rejimində idarə oluna bilər. Vasitə amfibiya desant gəmilərindən, mina gəmilərindən və ya korvetlər tipli üzən platformalardan dənizə buraxıla bilir.
Sınaqları
"Salvo"nun ilk atış sınaqları 25 may 2022-ci ildə Bursa sahillərində həyata keçirilib. Bu sınaqlarda "Salvo" vasitəsi YALMAN raket qurğusundan idarəolunan "Cirit" raketi ilə hərəkət edən hədəfi müvəffəqiyyətlə məhv edə bilmişdi.
Daha sonra "Salvo" stabilləşdirilmiş silah sistemindən başqa bir hərəkət edən suüstü hədəfə 12,7 mm-lik pulemyotdan dəqiq atəş açmışdı. Bu sınaqlarda bir çox ölkələrin hərbi attaşeləri və səfirləri, mətbuat nümayəndələri iştirak etmişdilər.
Perspektivləri
Hazırda vasitənin silah sistemlərinə əlavə olaraq kəşfiyyat, müşahidə və s. kimi xüsusi əməliyyatlar və missiyaları yerinə yetirmək üçün yeni və daha üstün versiyaların hazırlanması üçün inkişaf və dizayn prosesi davam edir.

Üstün cəhətləri

• Türkiyənin yerli və milli istehsalıdır;
• İxrac problemi mövcud deyil;
• Mühərrik seçimi konfiqurasiya dəyişikliyi tələb etmir;
• 45 ilə 60 düyün arasında olan sürəti ilə öz sinfində liderdir;
• Həm qurudakı, həm də dənizdəki müxtəlif idarəetmə məntəqələrindən idarə oluna bilir;
• Ekipaj riski yoxdur;
• Dəniz vasitələri tərəfindən daşına və istənilən ərazidə suya buraxıla bilər;
• Hən dəniz vasitələrinə, həm də aşağıdan uçan hava hücum vasitələrinə qarşı silahlı mübarizə apara bilir;
İmkanları
• Suüstü və hava hədəflərinə qarşı cevik reaksiya
• Asimmetrik müharibə
• Sahil mühafizəsi missiyaları
• Sahil və sahilyanı əməliyyat ımkanı
• Narkotiklərlə və qaçaqmalçılıqla mübarizə
• Kəşfiyyat, müşahidə, izləmə və silahlı müdaxilə
• Axtarış və xilasetmə əməliyyatlarına dəstək
• Dəniz sərhədlərinə nəzarət
Nəticə

Son dəfə keçirilən hərbi dəniz təlimi zamanı nümayiş etdirilən “Salvo” pilotsuz dəniz vasitəsu yüksək manevr qabiliyyəti, uzaq məsafədən idarəolunma imkanı və üzərindəki silah sistemləri ilə müxtəlif dəniz əməliyyatlarında istifadə oluna biləcək müasir platformadır. Müasir müharibələrdə, xüsusən Qara dənizdə və Qırmızı dənizdə iri sututumuna malik döyüş gəmilərinin pilotsuz vasitələrə qarşı həssaslığını nəzərə alaraq, “Salvo” tipli döyüş vaitələrindən daha geniş istifadə edilməsinin məqsədəuyğun olduğu sübhəsizdir.
Rusiyanın Qara dəniz donanması Ukraynaya məxsus pilotsuz katerlər vasitəsilə sıradan çıxarıldı. Hazırda Azərbaycan həm Rusiya, həm də İran tərəfindən təhdidlərə məruz qaldığı bir vaxtda yeni pilotsuz silahlı vasitəsinin Xəzər dənizində döyüş vəzifələri icra etməsi doğru və məntiqli qərardır. Bizə düşmən gözü ilə baxanlar, onları quruda və dənizdə nə gözlədiyini yaxşı bilməlidir. Hesab edirəm ki, rəqiblərin Xəzər akvatoriyasında mövcud olan döyüş potensialına qarşı nisbətən az büdcə ilə daha effektiv nəticə verən vasitələrin arsenala daxil edilməsi tamamilə doğru addımdır.
Təlimdə sınaqdan keçirilən “Salvo” Azərbaycan Hərbi Dəniz Qüvvələrinin döyüş imkanlarını artıracağı və xüsusilə dənizdə müşahidə, patrul və hücum tapşırıqlarında əhəmiyyətli rol oynayacağı gözlənilir. Bütün bunlarla bərabər dəniz qüvvələrinin şəxsi heyətinin, xüsusilə də dəniz piyadalarının və xüsusi təyinatlıların təchizatına ciddi diqqət yetirmək lazımdır.
Bu vasitənin DSX-nın Sahil Mühafizə Komandanlığının silahlanmasında yer alması da mümkündür. Son zaman İrandan Azərbaycan ərazisinə narkotiklərin daşınmasında silahlı qaçaqmalçıların paralel şəkildə bir neçə istiqamətdə dronlardan və “Yamaha -400” mühəriki ilə təchiz edilən katerlərdən istifadə etdiyini nəzərə alsaq, o zaman sürətli və silahlı pilotsuz vasitələrin Sahil Mühafizəsi üçün əhəmiyyəti qabarıq şəkildə özünü biruzə verir.
Lakin başqa bir vacib məsələ də ondan ibarətdir ki, Azərbaycan daha böyük döyüş gəmilərini öz ərazisində mövcud olan tərsanədə istehsal edə bilirsə, “Salvo” və ya digər buna bənzər vasitələrin də yerli istehsalını təşkil edə bilər. Hazırda həm özümüz, həm müttəfiqlərimiz, həm də dünya silah bazarı pilotsuz dəniz vasitələrinə ciddi ehtiyac duyur. Bu bazardan ciddi vəsaitlər əldə edə bilərik. Bu pilotsuz vasitələr üzərinə peyk idarəetməsinə malik kiçik zərbə dronları yerləşdirmək isə “Salvo”nu ölüm maşınına çevirə bilər.
Suyun üstü ilə hərəkət edən pilotsuz vasitənin sualtı versiyası daha təhlükəli ola bilər. Yetər ki, istək olsun...
Ədalət Verdiyev, hərbi ekspert
AzVision.az üçün
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:243
embedMənbə:https://azvision.az
archiveBu xəbər 16 Avqust 2025 15:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see557

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see209

Face Studionun yaradıcısı: Amerikaya köçməyim deyə valideynlərim salon açıb məni direktor qoydular

08 Oktyabr 2026 02:25see204

Türkiyə və Pakistan ordu yeridir İran “nəzərə alacaq”?

08 Oktyabr 2026 07:01see190

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see179

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see177

Bu işlə məşğul olan kişilərdə qırtlaq xərçəngi qaçılmazdır

07 Oktyabr 2026 22:25see177

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see175

Qətər sahillərində neft tankerinə hücum Ölən və yaralananlar var

08 Oktyabr 2026 03:55see172

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see172

“Real” Holand transferində “Barselona”nı qabaqlayır

07 Oktyabr 2026 23:56see168

Kadırova Rusiya Federasiyasının Fəxri Memarı adı verildi

08 Oktyabr 2026 03:25see167

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see166

Trampdan FTB yə biabırçı ittiham Həyat yoldaşımı və oğlumu...

08 Oktyabr 2026 00:00see166

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see166

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see165

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see165

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see165

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see162

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri