Icma.az
close
up
RU
“Bir saat qaydası“: Həyatınızı daha xoşbəxt edən sadə prinsip“ Psixoloqlardan açıqlama

“Bir saat qaydası“: Həyatınızı daha xoşbəxt edən sadə prinsip“ Psixoloqlardan açıqlama

Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Səyahət və həyat keyfiyyəti arasında əlaqə..."

Psixoloqların qeyd etdiyi sadə bir "qayda" var ki, insanın gündəlik həyatına tətbiqi onun xoşbəxtlik səviyyəsini artırır.

Moderator.az xəbər verir ki, bu barədə "Daily Maiı" nəşri yazıb.

Həyatın ritmini kəşf edən müşahidə

Hələ 1990-cı illərin ortalarında italyan fiziki Çezare Marketti maraqlı bir nüansa diqqət yetirib: müxtəlif cəmiyyətlərdə və zaman dövrlərində insanlar həyat şərtlərindən və nəqliyyatın inkişaf səviyyəsindən asılı olmayaraq, gündəlik hərəkətləri üçün təxminən eyni vaxtı sərf edirlər. 

Marketti müşahidə edib ki, orta hesabla insan hər gün təxminən bir saatını yol gedərək keçirir. Əlbəttə, bəziləri bu vaxtı azaldır, bəziləri isə artırır, amma çoxluq bu təxminə yaxın olur. Maraqlısı odur ki, məsafələr fərqli olsa da, sərf olunan vaxt oxşar qalır: kənd yerlərində gəzən insan bir saatda təxminən 20 kv. km ərazini əhatə edir, avtomobildə və ya sürətli qatarla hərəkət edən amerikalılar isə eyni vaxt ərzində daha geniş sahəni keçirlər.

Marketti vurğulayır ki, bu qanunauyğunluq hətta ən ekstremal hallarda da nəzərə çarpır. Məsələn, ömürlük həbs cəzası çəkən məhkumlar da gündəlik gəzintiləri üçün təxminən bir saat sərf edirlər. Bu, "bir saat qaydası"nın mövcudluğunu və insan təbiətinə uyğunluğunu göstərir.

Bir saat qaydasının məntiqi

Əvvəlcə bu fikir qəribə görünə bilər: qədim ovçular, romalılar və müasir ofis işçiləri eyni vaxtı hərəkət üçün sərf edir. Lakin Marketti izah edir ki, insan tarixi olaraq resurslara çıxışını genişləndirməyə can atıb və eyni zamanda ətrafı öyrənmək üçün maraqla dolu olub. Eyni zamanda hər hərəkətin bir "qiyməti" olub - fiziki enerji sərfi və təhlükələr. Beləliklə, gündə təxminən bir saat hərəkət həm araşdırma instinkti, həm də təhlükəsizlik və enerjinin qorunması arasında bir kompromis kimi formalaşıb.

Elmi təsdiq və araşdırmalar

Bu müşahidəni elmi məlumatlar da təsdiqləyir. Antropoloqlar qeyd edir ki, insanlar müxtəlif mədəniyyətlərdə təxminən 150 sosial əlaqəni qoruyur və müəyyən yerləri müntəzəm ziyarət edirlər. Yeni tədqiqatlar da bunu dəstəkləyir: ICTA-UAB və Makqil Universitetinin alimləri 43 ölkədə analiz apararaq göstəriblər ki, insanlar nəqliyyat vasitəsindən və məsafədən asılı olmayaraq gündə orta hesabla 73 dəqiqəsini yol gedərək keçirirlər, bu, Marketti tərəfindən təklif olunan "bir saat norması" ilə demək olar ki, üst-üstə düşür.

Yolun həyat keyfiyyətinə təsiri

Əgər "bir saat qaydası" insanın dərin ehtiyacını əks etdirirsə, bu, praktiki əhəmiyyət kəsb edir. Məlumat şəhər planlaşdırıcıları üçün daha rahat və ekoloji nəqliyyat sistemləri yaratmaqda faydalı ola bilər. Şəxsi səviyyədə isə bu, insanların evdən çıxmağı, amma çox uzun müddət yox, balanslı şəkildə etməsinin vacibliyini göstərir. Belə həyat tərzi daha çox məmnunluq gətirir, əksinə, yorucu və səmərəsiz qrafiklə mübarizə etməyə çalışmaq əks effekt verir.

Gündəlik həyatda tətbiqi

Hər kəs iş yerinə məsafəni və ya hərəkət üsulunu dərhal dəyişə bilməz. Lakin uzunmüddətli perspektivdə yol üçün sərf olunan vaxtın "təxminən bir saat: olması məqsədə uyğundur. Yol səfərinə baxışınızı da dəyişmək faydalıdır: yarım saatlıq bir istiqamət səyahəti düşüncə və diqqət dəyişimi üçün psixoloji tampon rolunu oynaya bilər. Maraqlıdır ki, bu, evdən işləyən insanlar üçün də keçərlidir. 

Tədqiqatlar göstərir ki, belə şəxslər üçün "süni" yol yaratmaq - eyni marşrut üzrə müntəzəm evdən çıxış - iş və şəxsi həyatın sərhədini ayırmaq üçün faydalı ola bilər. Ölkədən, həyat tərzindən və peşədən asılı olmayaraq, əksər insanlar üçün hərəkət zamanı təxminən bir saatlıq balans ən komfortlu seçimdir - nə çox, nə az, sadəcə qızıl ortadır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:225
embedMənbə:https://moderator.az
archiveBu xəbər 22 Dekabr 2025 00:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see462

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see405

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see403

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see304

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see291

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see285

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see283

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see280

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see271

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see267

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see249

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see244

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see243

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see239

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see238

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see238

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see237

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see235

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see232

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see230
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri