Icma.az
close
up
RU
Bir şeir yaz mənim yerimə, gün işığı... Vaqif Səmədoğlunun xatirəsinə

Bir şeir yaz mənim yerimə, gün işığı... Vaqif Səmədoğlunun xatirəsinə

Kulis.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Kulis.az Elnarə Akimovanın "Bir şeir yaz mənim yerimə, gün işığı... - Vaqif Səmədoğlunun xatirəsinə" adlı yazısını təqdim edir.

Matəm bayrağıtək dalğalanacaq

uşaq paltarı

mən ölən gün

Vaqif Səmədoğlunun ölüm tarixinin simvolik çaları var yaddaşımda. 2015-ci il yanvar ayının 28-də Ədəbiyyat İnstitutunda Uşaq ədəbiyyatının problemlərinə həsr olunmuş yaradıcılıq müşavirəsində şairin ölüm xəbərini aldıq. Bu təsadüfi bağlılığın həzinliyi içrə qeyri-ixtiyari aşağıdakı misralar süzüldü yaddaşımdan:

Bir şeir yaz mənim yerimə

gün işığı,

qafiyəm ol,

uşaq təbəssümü.

Həmin günə qədər Vaqif Səmədoğlu qafiyələrinə qarışan uşaq təbəssümü bu dəfə şairin ölümü ilə bağlı üzücü xəbərə qarışıb sanki hamını ayaqda durmağa təpərli edirdi. Ömrün vəfasızlığını, faniliyini uşaq çılğınlığı kimi qavrayıb, ölümünə də uşaq təbəssümü ilə cavab verməyi umurdu bizdən. Vaqif Səmədoğlu bütün ömrü boyu bizi bunun belə olmasına inandırmağa çalışdı. Bəlkə bu üzdən dünyasını dəyişəndə yazdığı şeirlər irəli çıxıb şairin ölümü ilə bağlı bütün təəssüf nidasına köklənən mətnlərin qarşısını kəsdi. Onlar ölümü hamıdan daha yaxşı anladırdılar və bunun belə olması üçün Vaqif Səmədoğlu bir ömür fəda etmiş, ölümü əzizləmiş, süsləyib-bəzəmişdi. İndi onların qabağa çıxıb müəllifini ölümsüzlük qatında vəsf etmələrinin sırası idi. Baxmayaraq ki, bu işdə də özü hamını qabaqlamışdı. Nazimvari "təsəllisiz yaşamağı bacardım, təsəllisiz ölməyi də bacararam" demək üçün sadəcə...

İlahi,

Dar quyu dibində,

Qaranlıq nəm içində,

İşıqlı qəm içində,

Ağrısız

Bir az yatmaq istəyirəm...

Hələ dünyasını dəyişməzdən az öncə şairin ədəbi portallarda çıxan son şeirini yer üzünün ən ağrılı, ən üzüntülü və ən səmimi şeir nümunəsi kimi oxuyub təsirlənmiş, "Ədəbiyyat qəzeti"nə "İşıqlı qəm içində" adlı esse təqdim eləmişdim. Bu yazı da onun davamıdır. Nə fərqi, indi artıq özgə dünyaların adamından bəhs edirik, o, başından ayrı dünyanın adamı idi zatən. Ağrıdan yalnız poetik detal kimi istifadə etməklə deyil, onu mənəvi-fiziki dünyasında yaşamaqla doğmalaşmışdı. O dünya ilə doğmalıq isə bu dünyanın qəribinə döndərir insanı. "Ölüm gəlir, ömür, sonun mübarək!" - deyən Vaqif Səmədoğlu bu hikməti hələ cavan yaşlarında anlayacaq qədər müdrik idi, yaradıcılığın qapısını ilahi bir sonsuzluğa açmaqla ölümün o qədər də yeknəsəq bir şey olmadığına özünü və bizləri inandırmışdı.

Vaqif Səmədoğlu poeziyasındakı təklik, darıxmaq, özünəsığınmaq motivləri haqda həmişə düşünmüşəm. Bu yaşantılar onun şeirlərinə qıraqdan gətirilən, zorla pərçim edilən nəsnə təəssüratı doğurmayıb heç vaxt. Bilavasitə müəllifinin içindən, mahiyyətindən doğan müstəsnalıq kimi əhəmiyyət qazanıb. Şairin hələ 1963-cü ildə yazdığı şeirə diqqət edək:

Sabahdan axşamacan gözüm yolda.

Nə bir yoldaş gözləyirəm,

Nə qız gözü.

Nə kağıza yapışan söz,

Nə də ki, bir baxt.

Sabahdan gözüm yolda.

Nə bir Günəş möhürləyən səhər,

Nə də axşam imzası gözləmirəm.

Gözüm yorğun...

yorğanları qapanır...

kimsə yox,

heç kimi gözləmirəm.

O zaman gənclik havasını yaşayan şair ömrün bu erkən çağında nədən hər şeydən əl üzüb dayanmışdı görəsən? "Heç kimi gözləməmək", bəlkə elə heç nə gözləməmək anlamını ehtiva edirdi? Zamandan, dünya işləklərindən, bəxtdən, tale oyunlarının aparıb çıxaracağı sonucdan. Mənə görə 90-cı illərdən başlayaraq çağdaş poeziyamıza hakim olan ümumi çöküş ruhu, qaranlıq simvolikası, payız ovqatı öz səciyyəsi etibarilə zəminini dünyada gedən xaos başlanğıcından daha çox, milli poeziyamızda 60-cı illərin Səmədoğlu faktından alır. 1968-ci ildə o, yaşamın mənasızlığını qabardır, zamana tutunma gerçəkliyinin itirilməsindən şikayətlənirdi: "Görüşdük/İçdik./Bir az/süfrədə olandan yedik,/bir az xatirələrdən./Gələcəyə də uzatdıq/əlimizi hərdənbir.../Çörək boyat/xatırələr acı,/gələcək yanıq çıxdı...".

Bəs Səmədoğlu təkliyinin, poeziyasındakı ölüm simvolikasının səbəbləri nə idi? "Bir kəndir dayanıb qapı yerinə" deyib intiharın son addımlığında dayanan, "kənara atıram ümidlərimi" deyib könüllü heçliyə, boşluğa yuvarlanan şairin bu qədər faniliyi dərk etməsinin, hədəf seçdiyi absurd situasiyaların səbəbi nədə idi? Bu gün şair içinin, mənəvi dünyasının təkliyi, tənhalığından hasilə gələn mətnlər birmənalı təfsirə gəlmir, onun kökləri bir qədər dərinlərə işləyib mövcudluğunu sovet ədəbiyyatı daxilində yaranmağa cəsarət etmiş "son" problematikalı poeziya mətnlərində tapır. Vaqif Səmədoğlu hələ sovet dövrünün hakim olduğu dövrdə sosialist realizminin şablonlarından imtina edir, öz yaşamının poeziyasını yaradırdı. Amma bu poeziya yalnız ağrı simvolikası kimi ərsəyə gəlmədi, həm də onun poetik yaddaşını bir cümlə ilə dirildə bildi: "39-da doğuldum, 37-də öldüm".

Gerçəklərin yalan qarşısında sarsıntısı, həqiqətin uydurmalar qarşısında susqunluğu... İçinə enən ruh, əbədiyyəti tərcih edən düşüncə, ölümü vəsf edən poeziya! Böyük və fəci sarsıntılar qarşısında ruhunu itirmək təhlükəsi ilə üzləşən şairin dünyaya xitabının yeni çaları: "Bir kor quyunun/zülmət dibinə baxa-baxa/bu gün dünyadan şeir yazmışam/və dünya dar gəlib mənə".

Vaxt gəlir, insan anlayır ki, əslində fani olan dünya yox, o özüdür. Sosialist dalğasının çəkilib-qabarmaları içində bunu anlayanlardan oldu Vaqif Səmədoğlu. Ona görə şeirlərində daim ekzistensial mətləblərə həssas olan şair çağın mənzərələri içrə gəzişərək, mistik mənalar, simvolik atributlarla dünya iş(lək)lərinin hesabatını dini-ilahi qatda aradı. Bəşərin qarışıq mənzərələri önündə çaşqınlığa uğramış insanlığı itirdiyi ilahi bağlara bağlamağa çalışdı.

durub pəncərə qabağında, baxıram,

baxıram yağış və yağış səsi altda

ayağı yalın, başı açıq qalmış

bir insan taleyinə,

və bu tale yiyəsi

bu allahsız dünyada da

inanır, inanır, inanır Sənə...

Ölüm və həyat... Bəşərin bu əbədi, çözümsüz sualları Vaqif Səmədoğlu poeziyasında öz rəngində var oldu. Bəli, məhz öz rəngində... Vaqif Səmədoğlu bunların heç birinə əlavə ştrix, boya qatmadı. Ölümü ölüm, həyatı həyat kimi təsvir etdi. Sadəcə, bütün başlanğıclar ölüm adlı nöqtədə bitdiyindən şairin də sözü bu məqamda öz kölgəsinin üstündən üçmağa qanadlandı. Amma bu halda belə poeziyasının uşaq təbəssümü, uşaq saflığı onu tərk etmədi. Ona güvənərək yaşadı, ona güvənərək yazdı və ona qarışaraq ömrə vida etdi.

Bir uşaq oynayır,

Oynayır özü kimi əlvan

otların, çiçəklərin arasında.

Günəşə baxır göz qırpmadan...

Yoxdur qocalıq yer üzündə, yoxdur!

O uşaq indi də güllərin, çiçəklərin arasında oynayır, göz qırpmadan günəşi salamlayır və təbəssümünü qafiyələrə çiləyərək sonsuzluğa səslənir: Yoxdur yer üzündə ölüm, yoxdur!

500 ildir davam edən Çaldıran döyüşü niyə bitmir? "O sizi bu dəfə xilas etdi, ikinci dəfə bu olmayacaq" - Xalq yazıçısı Elçin 82 yaşında Bu gün “Avroviziya 2025”-in ikinci yarımfinalıdır
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://kulis.az
archiveBu xəbər 05 İyun 2025 16:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see347

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see238

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see220

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see188

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see169

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see169

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see165

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see155

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see154

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see154

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see152

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see152

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see151

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see150

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see149

İKİ SABİQ NAZİR İNSTİTUT DİREKTORU VƏZİFƏSİNDƏN ÇIXARILDI: yeni institut yaradıldı Misir Mərdanovla Əli Abbasov yola salındı

28 Dekabr 2025 22:42see139

Dünyanın ən yaxşı hücumçusu bilindi

29 Dekabr 2025 02:22see138

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see138

Mənzil almaq istəyənlərə ŞAD XƏBƏR

29 Dekabr 2025 02:07see135

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri