Icma.az
close
up
RU
Bir şəkil, min paylaşım bəs müəllif haradadır?

Bir şəkil, min paylaşım bəs müəllif haradadır?

Turkstan.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bir rəsm çəkmək, məqalə yazmaq və ya musiqi bəstələmək saatlar, bəzən isə aylarla zəhmət tələb edir. Lakin rəqəmsal mühitdə həmin məhsulun icazəsiz kopyalanması və yayılması cəmi bir neçə saniyə çəkir...

İnsan yaradıcılığının sərhədi yoxdur. Hər gün yeni məqalələr yazılır, fotoşəkillər çəkilir, musiqilər bəstələnir, proqramlar hazırlanır və müxtəlif yaradıcı məhsullar ortaya çıxır. Bu məhsulların bir hissəsi qanunla qorunur və onların müəlliflərinə müəyyən hüquqlar – əqli mülkiyyət hüquqları verir.

Rəqəmsal texnologiyaların inkişafı bu əqli məhsulların, məzmunun daha geniş auditoriyaya çatdırılmasını asanlaşdırıb – düzdür. Lakin əlavə problemlər də törədib. Belə ki, bir çox hallarda müəllif hüquqları ilə qorunan əsərlərin icazəsiz istifadəsi, mənbə göstərilmədən paylaşılması və ya başqa şəxslərin adına çıxarılması halları getdikcə çoxalır. Çox vaxt bu pozuntuları heç aşkarlamaq mümkün olmur. Çünki məzmunlar çox sürətlə yayılır. Digər tərəfdən rəqəmsal mühitə nəzarət çətindir. Və nəhayət bəzi istifadəçilər heç müəllif hüquqları ilə bağlı kifayət qədər məlumatlı deyil.

Ən çox rast gəlinən pozuntulardan biri də əqli mülkiyyət sayılan məzmunun icazəsiz şəkildə sosial şəbəkələrdə paylaşılmasıdır. Məsələn, bir fotoqrafın çəkdiyi şəkil Instagram və Facebook səhifələrində onun adı qeyd olunmadan başqa bir istifadəçi tərəfindən “öz işi” kimi paylaşılır. Bəzən isə həmin şəkillər üzərində filtr və ya loqo dəyişdirilərək “öz işi” kimi təqdim edilir. Bu cür hallar xüsusilə turizm, moda və tədbir çəkilişlərində daha çox rast gəlinir.

Fotoqraf Tofiq Babayev: “Çəkdiyim fotoların icazəsiz istifadə olunduğunu görürəm”

Tanınmış fotoreportyor Tofiq Babayev deyir ki, uzun illik təcrübəsi boyunca müəllifi olduğu şəkillərin icazəsiz istifadəsi halları ilə dəfələrlə qarşılaşıb. Özü də bu pozuntu halları həm böyük şirkətlər, həm də fərdi şəxslər tərəfindən baş verib: “Bir dəfə məşhur şirkətlərdən birinin ofisində olanda, divardan özümün çəkdiyim fotoların asıldığını gördüm. Müəllifin adı qeyd edilməmişdi. Çox təəccübləndim, çünki bu fotoları kiməsə verməmişdim, satışa çıxarılmamışdı. Şirkət təmsilçiləri bu şəkilləri hardan əldə etdiklərini izah edə bilmədilər. Belə qənaətə gəldim ki, hansısa layihə üçün işləyərkən fotolar tanış dizaynerlərin kompüterində qalıb, onlar da rahatlıqla istifadə ediblər”.
Neçə illərdir Azərbaycanın aparıcı informasiya agentliyində fotoreportyor kimi çalışan Tofiq Babayev deyir ki, bəzən mühüm tədbirlərdə çəkdiyi şəkillər də istinadsız olaraq digər rəqib media qurumları tərəfindən istifadə olunur: “Məsələn, “Qarabağ” futbol klubunun oyunlarından birində çəkdiyim şəkilləri sonradan digər informasiya agentliyi tərəfindən istifadə olunmuşdu. Halbuki, o oyunda yalnız mən foto çəkmişdim və məhz mən məşqçinin, futbolçuların konkret anını tuta bilmişdim. Bunlar həm etikaya, həm də qanunlara ziddir”.

Tofiq Babayev digər maraqlı bir faktı da diqqətə çatdırır: “Şəhərin mərkəzində bəzən tikinti zonaları böyük bannerlərlə əhatələnir. Bəzən o bannerlərin üzərində də özümün çəkdiyim şəkilləri görürəm. Heç bilmək olmur ki, fotoları haradan götürüb istifadə edirlər. Bu da düzgün deyil”.

Fotoqrafın fikrincə, bu kimi hallar ölkədə müəllif hüquqlarına yanaşmanın hələ tam formalaşmadığını göstərir. Əksər istifadəçilər internetdən və müxtəlif saytlardan götürdükləri şəkillərdən icazəsiz, çox vaxt isə aşağı keyfiyyətdə istifadə edirlər.

Tofiq Babayev vurğulayır ki, foto materiallardan qanuni yolla istifadə edən, icazə alanlar da az deyil. Məsələn, 44 günlük müharibə zamanı, eləcə də aprel döyüşləri ilə bağlı çəkdiyi fotoları sosial şəbəkələrdə çox səhifələr istinadla dərc ediblər: “Bunun üçün mənimlə əlaqə saxlayıb icazə də aldılar. Belə olanda, insana çox xoş olur. Ölkəmizdə bununla bağlı ciddi maarifləndirməyə ehtiyac var. Çünki nəinki sıravi internet istifadəçiləri, hətta bəzən müəyyən özəl şirkətlər, aktiv sosial şəbəkə istifadəçiləri də bəzən bu bəsit qaydalara əməl etmir”.

Getty Images minlərlə ictimai fotonu satmaq istəyib
Azərbaycanda olmasa da, beynəlxalq praktikada bu mövzuda diqqətçəkən məhkəmə işləri mövcuddur. Onlardan biri ABŞ-da tanınmış foto platforması Getty Images ətrafındakı hüquqi mübahisələrlə bağlıdır. Fotoqraf Carol M.Highsmith tərəfindən çəkilən və ABŞ Konqres Kitabxanasına ictimai istifadə məqsədilə təqdim edilən minlərlə foto sonradan Getty Images tərəfindən kommersiya məqsədilə lisenziyalaşdırılmağa başlamışdı. Maraqlısı odur ki, fotoqraf öz çəkdiyi şəkillərdən birini öz şəxsi layihəsində istifadə etdikdə, Getty Images bunun üçün ondan ödənişi tələb etmişdi. Bu hadisə ciddi ictimai müzakirələrə səbəb olmuş və rəqəmsal mühitdə “ictimai istifadəyə açıq” anlayışının hüquqi sərhədlərini yenidən gündəmə gətirmişdi.

Sonradan müxtəlif fotoqraflar və foto agentliklər də Getty Images platformasını məhkəməyə verərək minlərlə fotoşəkili lisenziyasız istifadədə ittiham etmişdilər. Qeyd olunmuşdu ki, həmin görüntülər kommersiya məqsədilə yayımlanıb və müəllif hüquqları tam şəkildə qorunmayıb. Getty Images isə öz növbəsində bütün materialların müvafiq lisenziya müqavilələri əsasında istifadə olunduğunu bildirirdi. Məhkəmə prosesləri nəticəsində işin müxtəlif hissələri hüquqi qiymətləndirmədən keçsə də, bu mübahisələr rəqəmsal arxivlərdə və stok platformalarında müəllif hüquqlarının idarə olunmasının nə qədər həssas və mürəkkəb məsələ olduğunu bir daha göstərmiş oldu.

İctimai fotoların istifadəsi ilə bağlı digət maraqlı nümunə ABŞ mənşəli məşhur model Gigi Hadidin başına gəlin. O, Nyu-York küçələrində gedərkən paparazzi tərəfindən şəkli çəkilmişdi. Bu şəkil sonradan müxtəlif platformalarda, o cümlədən sosial şəbəkə paylaşımlarında və xəbər səhifələrində mənbə göstərilmədən istifadə edilmişdi. Fotoqraf məhkəməyə müraciət edərək əsərin lisenziyasız istifadəsinə görə kompensasiya tələb etmişdi. İşin nəticəsində məhkəmə fotoqrafın iddiasını qismən əsaslı saymış və bu cür paparazzi fotolarının belə müəllif hüququ ilə qorunduğunu bir daha təsdiqləmişdi.
İctimai yerlərdə– küçədə, kafedə çəkilən şəkillər sərbəst yayıla bilərmi?

Bu hadisə rəqəmsal mühitdə tez-tez rast gəlinən bir problemi göstərir: ictimai məkanda çəkilmiş görüntülər sosial şəbəkələrdə “sərbəst istifadə edilə bilər” kimi qəbul olunsa da, əslində onların müəllif hüquqları fotoqrafda qalır və hər hansı paylaşım və ya kommersiya istifadəsi üçün icazə tələb oluna bilər. Əsas problem hələ də istifadəçilərin çoxunun bu kontentlərin hüquqi qoruma altında olduğunu tam dərk etməməsi və “internetdə olan hər şey sərbəstdir” düşüncəsi ilə davranmasıdır.

Azərbaycanda da rəqəmsal mühitdə əqli mülkiyyət hüquqlarının pozulması halları zaman-zaman gündəmə gəlib. Xüsusilə sosial şəbəkələrdə müəllif icazəsi olmadan paylaşılan foto və videolar, xəbər saytlarından götürülən materialların mənbəsiz istifadəsi və bəzi hallarda musiqi əsərlərinin reklam və videolarda icazəsiz istifadəsi diqqət çəkir.

Vəkil: “Sosial şəbəkələrdə yayımlanan əsərlər də müəllif hüquqları ilə qorunur”

Vəkillər Kollegiyasının üzvü Nail Abdullayev bildirir ki, Azərbaycan Respublikası Konstitusiyasının 30-cu maddəsində əqli mülkiyyət hüququnun, o cümlədən müəlliflik hüququnun qorunması təsbit olunub. Bundan əlavə, müəllif və əlaqəli hüquqların müdafiəsi “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.

Onun sözlərinə görə, sosial şəbəkələrdə paylaşılan müəllif əsərləri də qanunvericiliklə qorunur. Müəllif hüquqlarının pozulmasına görə məsuliyyət Azərbaycan Respublikasının Mülki Məcəlləsi, İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsi ilə müəyyən edilir: “Hüquqları pozulan müəlliflər məhkəmə qaydasında öz hüquqlarının bərpasını, zərərin ödənilməsini və kompensasiya tələb edə bilərlər. Lakin praktikada bir çox müəllif hüquq pozuntuları ilə bağlı məhkəməyə müraciət etmir. Çünki insanlar prosesin uzun sürəcəyini deyir, hansısa nəticə verəcəyinə inanmırlar.

Bununla bağlı çoxsaylı nümunələr var. Məsələn, rəssam Vasif Səfərovun əsərləri sosial şəbəkələrdə geniş şəkildə paylaşılır, lakin əksər hallarda müəllifin adı göstərilmədən və ya onun razılığı alınmadan istifadə olunurdu. Müəllifə hüquqlarının müdafiəsi üçün hüquqi addımlar atmağı tövsiyə etsək də, bir çox yaradıcı şəxslərdə ‘nəticə olmayacaq’, ‘uzun müddət vaxt itirəcəyəm’ düşüncəsi üstünlük təşkil edir. Bu problem təkcə bir müəllifə deyil, ümumilikdə müəllif hüquqları sahiblərinin əksəriyyətinə aiddir”, – deyə Nail Abdullayev qeyd edir.

“Müəllif hüququ pozulan şəxs məhkəmə rüsumundan azaddır”

Hüquqşünas vurğulayır ki, qanunvericilik müəlliflərin məhkəməyə müraciətini asanlaşdıran mexanizmlər də nəzərdə tutur. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, müəlliflik hüquqlarının müdafiəsi ilə bağlı iddialar üzrə müəlliflər müəyyən hallarda dövlət rüsumunun ödənilməsindən azad edilirlər. Bundan başqa, məhkəmə xərcləri, o cümlədən vəkil xidmətinə görə çəkilmiş xərclər iddia təmin olunduğu halda hüququ pozan tərəfdən tutula bilər.

Nail Abdullayevin sözlərinə görə, müəllif hüquqlarının pozulması hallarında məhkəmə tərəfindən kompensasiya da müəyyən edilə bilər. Bu baxımdan tanınmış şəxslərin və yaradıcı insanların hüquqlarını müdafiə etmək üçün məhkəməyə müraciət etməsi həm onların maraqlarının qorunmasına, həm də cəmiyyətdə müəllif hüquqları ilə bağlı maarifləndirmənin artmasına xidmət edə bilər.

Mütəxəssislər hesab edirlər ki, bu sahədə maarifləndirmə xüsusi əhəmiyyət daşıyır. Eyni zamanda, platformaların özləri də daha sərt nəzarət mexanizmləri tətbiq etməli, müəllif hüquqlarını qoruyan texnoloji alətləri gücləndirməlidirlər. İstifadəçilərə isə mənbə göstərmək, icazə almaq və orijinal kontent yaratmaq vərdişləri aşılanmalıdır.

Nəticə etibarilə, rəqəmsal mühit böyük imkanlarla yanaşı ciddi məsuliyyət də tələb edir. Əqli mülkiyyət hüquqlarına hörmət həm yaradıcı insanların motivasiyasını qoruyur, həm də informasiya mühitinin sağlam inkişafına xidmət edir.

Fidan Əli

P.S. Yazı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə icra olunan “Rəqəmsal məkanda əqli mülkiyyətə hörmət” layihəsi çərçivəsində hazırlanıb. Yazıda əks olunan fikir və mülahizələr Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 17 İyun 2026 14:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Milli astrofizikada məktəb yaratmış alim

05 Sentyabr 2026 18:13see283

1400 metrlik yol asfaltlandı, amma əsas sual cavabsız qaldı: Bu, xidmət, yoxsa PR görüntüsüdür?

05 Sentyabr 2026 19:17see276

PSJ, “Real” və “Bodo Qlimt” qazandı

06 Sentyabr 2026 00:43see267

Saz susdu, ustad köçdü: Aşıq Astan haqqın dərgahına qovuşdu

05 Sentyabr 2026 19:42see267

Tuğba Ekinçi saxlanıldı

05 Sentyabr 2026 21:02see261

Sürücülərin diqqətinə: Pəncərəsi açıq maşın sürmək...

06 Sentyabr 2026 04:04see258

Boyları 1.52 metrdən az olan 7 məşhur (Fotolar)

06 Sentyabr 2026 02:02see253

Səhiyyə naziri sərgidə tapança ilə atəş açdı VİDEO

05 Sentyabr 2026 22:49see240

“İstisu” ilə bağlı iddialar əsassızdır Su daim axır VİDEO

05 Sentyabr 2026 17:52see239

Türkiyədə ƏMƏLİYYAT: müğənni Tuğba Ekinci saxlanıldı

05 Sentyabr 2026 21:38see239

CD lər geri qayıdır: rəqəmsal musiqi dövründə gözlənilməz trend

06 Sentyabr 2026 02:34see237

Süni intellektin “diaqnoz”u xəstələri qorxudur Həkimlər nə deyir?

06 Sentyabr 2026 15:02see232

Bu insanlar hər gün mütləq qəhvə içməlidirlər

06 Sentyabr 2026 06:07see226

Xərçəng üçün inqilabı müalicə: Dərman tapıldı

06 Sentyabr 2026 12:33see223

Maşın bazarında SON VƏZİYYƏT: Qiymətlərə təsir edən amillər hansılardır? VİDEO

06 Sentyabr 2026 08:38see219

Stress zamanı bunları edin Özünüzü daha yaxşı hiss edəcəksiniz

06 Sentyabr 2026 01:01see207

Kseniya Borodina ABŞ dan məyus oldu: “Moskvada bizi çox ərköyün ediblər”

06 Sentyabr 2026 06:41see204

Trampın haqlı çıxdığı məqam: İran iqtisadiyyatı həqiqətən də ağır böhran içindədir VİDEO

06 Sentyabr 2026 09:26see203

Bu gün Esvatini Krallığının milli bayramıdır

06 Sentyabr 2026 12:07see184

Filipp Kirkorovu səhnədə “qırxmağa” çalışacaqlar

06 Sentyabr 2026 03:27see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri