Icma.az
close
up
RU
Bir şəklin tarixçəsi: “Gizir Xanı”nın Raquf Orucova verdiyi SƏSSİZ VƏD

Bir şəklin tarixçəsi: “Gizir Xanı”nın Raquf Orucova verdiyi SƏSSİZ VƏD

Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Döyüşçü yoldaşları deyirlər ki, “Gizir Xanı”nın hərb meydanında – onların yanında olması həmişə ruh yüksəkliyi yaradırdı. O, öz varlığı ilə əsgərlərə ümid, komandanlığa güvən verirdi.

Çox təəssüf ki, Birinci və İkinci Qarabağ müharibələrinin od-alovundan sağ çıxmış, düşmənin canına vəlvələ salmış belə bir döyüşçü savaş bitəndən 2 il sonra – dinc dövrdə şəhid oldu.
Uzun illər canını Vətən uğrunda sipər edən “Gizir Xanı” ləqəbli savaş qəhrəmanı Səyyaf Əhmədov 23 sentyabr 2025-ci il tarixində Ağdam rayonunun Mirəşelli kəndindəki qəbiristanlıqda minaya düşdü.
Modern.az saytının “Bir şəklin tarixçəsi” rubrikasında təqdim etdiyi bu foto iki qəhrəmandan bəhs edir: “Murov qartalı” ləqbli şəhid polkovnik-leytenat Rauf Orucovla “Gizir Xanı”dan...
Zaman 2016-cı ilin aprelin 5-i... Məkan Sumqayıtın Şəhidlər Xiyabanı... Aprel döyüşlərində qəhrəmanlıqla şəhid olan Rauf Orucovun dəfninin ertəsi günü “Gizir Xanı” onu ziyarətə gəlib.
Bu anı kameranın yaddaşına köçürən fotoqraf Ceyhun İsayev deyir ki, həm vaxt orada çəkiliş apararkən tanımadağı bir hərbci gəlib Rauf Orucovun məzarı başında çökdü... Polkovnikin şəklinə baxdı, baxdı... və hönkür-hönkur ağladı... Həmin vaxt kənarda kim dayanıb baxırmışsa, onlar da özünü saxalaya bilməyib... “Gizir Xanı” hamını ağladıb...
Bu şəkil təkcə bir insanın şəhid məzarı qarşısında diz çöküb baş əyməsini göstərmir. Bu şəkil zamanın donduğu, səssizliyin hayqırtıya çevrildiyi bir andır. Diz çökən “Gizir Xanı” şəhid polkovnik Raquf Orucovun məzarı qarşısında fikrə dalıb. Bəlkə də içində bir fırtına qopur, bəlkə də “mən də sənin yolundayam, komandir” deyə pıçıldayır.

Bəlkə də bu bir tale yazısı idi - bir şəhidin məzarı qarşısında diz çökən əsgər, illər sonra özü də şəhid olur və torpağa əmanət edilir.

Bu şəkil bir döyüşçünün şəhidə olan sədaqətini, Vətənə olan sevgisini, sarsılmaz andını göstərir.
Vətən üçün yaşayıb, Vətən üçün ölənlərin yolu birdir: əbədi hörmət, əbədi ehtiram.

Bu baxışda səssiz bir vəd var idi, bəlkə də “Gizir Xanı” danışmadan and içdi: “Bir gün mən də gələcəyəm, komandir. Sənin kimi...”

Bu şəkil, sədaqətin, Vətən sevgisinin və şəhidlik zirvəsinə aparan səssiz bir vədin rəmzidir.

İllər keçdi. Söz yerinə yetdi.

Vətən sağ olsun!
Ruhun şad olsun, “Gizir Xanı”!
Əfqan Qafarlı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://modern.az
archiveBu xəbər 25 Sentyabr 2025 10:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see202

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see190

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see184

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see169

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see164

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see151

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see150

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see150

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see147

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see145

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see145

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see141

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see133

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see129

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri