“Gizir Xanı”nın elə görüntüsü tapıldı ki... FOTO
Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.
Azərbaycan Ordusunun tarixində iz qoymuş iki hərbçinin – “Gizir Xanı” ləqəbi ilə tanınan Səyyaf Əhmədov və Vətən müharibəsi şəhidi, baş gizir Yasən Əhmədovun birlikdə çəkilmiş nadir fotosu üzə çıxıb.
Bakıvaxtı.az-ın əldə etdiyi foto onların Azərbaycan Ordusunda xidmət etdiyi illərə aiddir.
Fotoda uzun illər Azərbaycan Ordusunda xidmət etmiş, döyüş yolu ilə seçilən iki gizirin bir arada olduğu görünür.
“Gizir Xanı” kimdir?
Əhmədov Səyyaf Fiqan oğlu 5 aprel 1971-ci ildə Ağdam rayonunun İsmayılbəyli kəndində anadan olub. O, “Gizir Xanı” ləqəbi ilə tanınan kəşfiyyatçı kimi Azərbaycan Ordusunda xüsusi hörmət qazanıb.
Səyyaf Əhmədov 1992-ci ildə könüllü olaraq Azərbaycan Ordusunun sıralarına qoşulub. Birinci Qarabağ müharibəsində döyüşüb və üç dəfə yaralanmasına baxmayaraq, yenidən cəbhəyə qayıdıb. Onun döyüş yolu sonrakı illərdə də davam edib.
O, həmçinin şəhid polkovnik-leytenant, “Murov Qartalı” ləqəbli Raquf Orucovun yaxın silahdaşlarından biri kimi tanınıb. Mənbələrdə Raquf Orucovun da Səyyaf Əhmədovun döyüş yolundan danışdığı qeyd olunur.
2025-ci il sentyabrın 23-də Ağdam rayonun Mirəşelli kəndi ərazisində, keçmiş neytral sahədə, minalardan təmizlənməmiş bir qəbiristanlıqda mina partlayışı baş verib və nəticədə Əhmədov həlak olub.
Yasən Əhmədov kim idi?
Yasən Yelmar oğlu Əhmədov 16 sentyabr 1974-cü ildə Ağdam rayonunun Kosalı kəndində anadan olub.
O, 1993-cü ildən Azərbaycan Ordusunda xidmətə başlayıb. 1994-cü ildə kiçik gizir rütbəsi alan Yasən Əhmədov müxtəlif hərbi hissələrdə fərqli vəzifələrdə xidmət edib.
2002-ci ildə hərbi xidmətdən ehtiyata buraxılsa da, 2007-ci ildə yenidən Silahlı Qüvvələrdə həqiqi hərbi xidmətə qayıdıb. Müxtəlif hərbi hissələrdə xidmət etdikdən sonra 2017-ci ildən mühəndis-istehkam bölüyündə baş texnik vəzifəsində fəaliyyət göstərib. 2016-cı ildə isə ona baş gizir hərbi rütbəsi verilib.
Yasən Əhmədov uzunmüddətli hərbi xidməti ərzində “Qüsursuz xidmətə görə” medallarının müxtəlif dərəcələri, “Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi”, “95 illiyi” və “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalları ilə təltif olunub.
Vətən müharibəsində şəhid oldu
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində baş gizir Yasən Əhmədov da ön cəbhədə döyüşüb. Mənbələrə görə, Suqovuşan və Talış istiqamətində gedən döyüşlərdə iştirak edib, yaralı hərbçilərin döyüş meydanından çıxarılmasına kömək göstərib.
2020-ci il oktyabrın 9-da Talış yüksəkliyində ağır yaralanan Yasən Əhmədov əvvəlcə Naftalan, daha sonra Gəncə və Bakıdakı xəstəxanalarda müalicə olunub. 13 gün komada qaldıqdan sonra oktyabrın 22-də şəhid olub. Bəzi mənbələrdə isə onun oktyabrın 23-də şəhid olduğu qeyd edilir. Azərbaycan Müdafiə Nazirliyinin şəhidlər siyahısında da Yasən Yelmar oğlu Əhmədov baş gizir kimi yer alır.
Şəhid baş gizir Yasən Əhmədov ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə” medalları və “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Murad İsmayıl
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 07 Oktyabr 2026 14:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















